Məhkəmə qərarları › İş №3(008)-4279/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4279/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4279/2022 16.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, X4 katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə MN ******* nömrəli, 20 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq vətəndaş X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrin iştirakı təmin edilməmiş, iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə inzibati işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materillarında olan X2 müraciətindən görünür ki, o, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “X7” MMC-də dayə kimi çalışmışdır. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək öz razılığı ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilmişdir. Əmək haqqını aylıq 300 manat olmaqla imza edərək almışdır. İşdən çıxan zaman son əmək haqqını həyat yoldaşının hesabına köçürülmüşdür. Əsas tələbi ona ödənilməyən əmək haqqının ödənilməsi və əmək müqaviləsinin qanunvericiliyin tələblərinin pozularaq xitam verilməsinin aradan qaldırılmasıdır. xx.xx.2022-ci il tarixdə işdən çıxmaqla bağlı (öz xahişi ilə) ərizə yazsa da müdir müavini ona ərizəsinin cırıldığını və işə davam etməsini bildirmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Buratino Mərkəz MMC”-də əmək müqaviləsi olmadan işləməyini təsdiq edən şahidləri olduğunu bildirmişdir. Şəxs MMC-də xadimə kimi çalışan X1 izahatından görünür ki, o, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına qədər Şəxs MMC-də çalışmışdır. X2 həmin müəssisədə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də dayə vəzifəsində çalışmasına şahidlik etmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 ilə Şəxs MMC arasında xx.xx.2022-ci il tarixdə müddətli olaraq əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş xx.xx.2022-ci il tarixdə imzalanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 13062201 saylı əmrin surətindən görünür ki, “İşçi Heyəti” bölməsində “Dayə” vəzifəsində işləyən X5 ilə bağlanılmış 64B9ZNR000300 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70 nömrəli maddəsinin “ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhrəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan Şəxs MMC-nin 17 saylı, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X2 işə çıxmaması ilə əlaqədar onunla əlaqə saxlanıldıqda rəsmi olaraq Şəxs MMC-nə hərhansı bir üzrlü səbəb göstərilməmiş, rəsmi məlumat verilməmişdir. Ona rəsmi məlumat verilmədiyi və ya işdən çıxmağı ilə bağlı ərizə verilmədiyi təqdirdə Şəxs MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə AR ƏMnin 70 maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. İş materiallarında olan X6 MMC-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, X5 həqiqətən 05 may 2022-ci il tarixindən 07 iyun 2022-ci il tarixinədək heç bir üzrlü səbəb göstərmədən işdə olmamışdır. Ona 3 iş günü ərzində rəsmi məlumat verilmədiyi və ya işdən çıxmağı ilə bağlı ərizə verilmədiyi təqdirdə Şəxs MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70 maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. İş materiallarında olan Şəxs MMC-nin 19 saylı, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X2 işə çıxmaması ilə əlaqədar onunla əlaqə saxlanıldıqda rəsmi olaraq Şəxs MMC-nə hərhansı bir üzrlü səbəb göstərilməmiş, rəsmi məlumat verilməmişdir. Ona 3 iş günü ərzində rəsmi məlumat verilmədiyi və ya işdən çıxmağı ilə bağlı ərizə verilmədiyi təqdirdə Şəxs MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70 maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X5 05 may 2022-ci il tarixindən 14 iyun 2022-ci il tarixinədək heç bir üzrlü səbəb göstərmədən işdə olmamışdır. Ona iki dəfə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq ondan cavab almaq mümkün olmamışdır. İş materiallarında olan Şəxs MMC-nin 23 saylı, xx.xx.2022-ci il tarixli, xəbərdarlıq məktubundan görünür ki, X2 işə çıxmaması ilə əlaqədar onunla əlaqə saxlanıldıqda rəsmi olaraq Şəxs MMC-yə hər hansı bir üzrlü səbəb göstərilməmiş, rəsmi məlumat verilməmişdir. Ona 3 iş günü ərzində rəsmi məlumat verilmədiyi və ya işdən çıxmağı ilə bağlı ərizə verilmədiyi təqdirdə Şəxs MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70 maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X5 05 may 2022-ci il tarixindən 02 iyun 2022-ci il tarixinədək heç bir üzrlü səbəb göstərmədən işdə olmamışdır. Ona üç dəfə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq ondan cavab almaq mümkün olmamışdır. İlk növbədə məhkəmə iş materialları ilə əsasında belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında olan X2 izahatı ilə yanaşı, şahid qismində dindirilmiş X1 izahatı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin məhkəmə qanunvericiliyin normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, hazırki iş üzrə MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdiyindən Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş materiallardan, o cümlədən, inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X5 Şəxs MMC şirkəti tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Göründüyü kimi, Şəxs MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 18 yanvar 2022-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 18 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibait xətanı törədilmiş, lakin hazırda həmin tarixdən üç aydan artıq müddət keçmişdir. AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta 18 yanvar 2022-ci il tarixdə törədildiyindən və həmin xətanın törədilməsindən qanunvericiliklə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar