Məhkəmə qərarları › İş №3(008)-4282/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4282/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4282/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Zərərçəkmiş şəxs X5 və onun qanuni nümayəndəsi X2 iştirakı ilə, xx xxxxxxx 1971-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, 04 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 20 may 2025-ci il tarixdə Şəxs idarə etdiyi, “Zaz” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində hərəkətdə olarkən, manevr qaydasını pozaraq yolu keçə piyada X4 vurmuş, nəticədə zərərçəkmiş X5 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. 28 iyul 2025-ci il tarixidndə keçirilmiş məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 20 may 2025-ci il tarixdə Şəxs idarə etdiyi, “Zaz” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində hərəkətdə olarkən, manevr qaydasını pozaraq yolu keçə piyada X4 vurmuş, nəticədə zərərçəkmiş X5 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Hazırda zərəçəkmiş şəxslə barışmış, dəymiş ziyan ödənildiyindən ona qarşı şikayət və tələb yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi X2 iştirakı ilə izahatında göstərmişdir ki, 20 may 2025-ci il tarixində, təxminən saat 08:15 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində yerləşən piyada keçidindən yolu sağ tərəfdən sola doğru keçərkən, sol tərəfdən hərəkətdə olan, yaşıl rəngli, markasını və dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobil tərəfindən vurulmuşdur. Avtomobilin ön hissəsi ilə ona dəyməsi nəticəsində yerə yıxılmış, hadisədən dərhal sonra həmin avtomobilin sürücüsü maşından düşərək ona yaxınlaşmış və vəziyyətini soruşmuşdur. O, şok vəziyyətində olduğu üçün ciddi xəsarət almadığını düşündüyünü bildirmişdir. Daha sonra həmin şəxs hadisə yerindən uzaqlaşmışdır. Hadisədən sonra yaşadığı ünvana qayıtmış, əlində və bədəninmin müxtəlif nahiyələrində ağrılar hiss etdiyi üçün xəstəxanaya müraciət etmişdir. Eyni zamanda hadisə barədə atasına məlumat vermiş, atsı İlkin Paşayev tərəfindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edilərək hadisə barədə məlumat verilmişdir. Halhazırda dəymiş ziyan ödənildiyindən edən barəsində inzibati protokol tərtib edilmiş şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş AP seriyalı ******* nömrəli, 04 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 20 may 2025-ci il tarixdə Şəxs idarə etdiyi, “Zaz” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində hərəkətdə olarkən, manevr qaydasını pozaraq yolu keçə piyada X4 vurmuş, nəticədə zərərçəkmiş X5 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 20 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Zaz” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 1109 nömrəli, 03 iyun 2025-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, X3 bədən səthində aşkar olmuş xəsarətlər-sağmalığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsa İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı APelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar