Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4283/2025 28.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə AP seriyalı ******* nömrəli, 04 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 13 iyun 2025-ci il tarixdə, saat 19:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Maştağa-Buzovna yolu ilə Heybət Heybətov küçəsinin kəsişməsindəki dairədə yolnəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Şəxs etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dairədə hərəkətdə olarkən, baş yolla hərəkət edən sürücü X1 idarə etdiyi “Kia Ceed” markalı, **- HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə zərərçəkmiş X3 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, BC kateqoriyalı sürücülük hüququna malikdir. 13 iyun 2025-ci il tarixdə saat 19:40 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində, Maştağa-Buzovna yolu ilə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olmuş, Heybət Heybətov küçəsinin kəsişməsində yerləşən dairəyə yaxınlaşdıqda dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək, yol hərəkəti qaydalarına uyğun şəkildə təxminən 5–10 km/saat sürətlə hərəkətə başlamış, bu zaman idarə etdiyi nəqliyyat vasitəsinin ön hissəsi ilə dairədə baş yolla hərəkətdə olan “Kia Ceed” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön və sağ qabaq qapı hissəsinə toxunaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Hadisə baş verdikdən sonra nəqliyyat vasitəsindən düşərək hadisə ilə maraqlanmış, bu zaman qarşı tərəfin sürücüsü Rəşad İstəmov heç bir aydın səbəb olmadan xəsarət aldığını bildirərək X5 Stansiyasına (TTYS) və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi sisteminə məlumat vermişdir. Hadisə nəticəsində zərər çəkmiş ilə aralarında qarşılıqlı razılıq əldə olunmuş, tərəflər barışmış və zərərçəkmiş şəxsin barəsində hər hansı şikayəti qalmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, o, “BC” kateqoriyalı sürücülük hüququna malikdir. 13 iyun 2025-ci il tarixdə, saat 19:30 radələrində özünə məxsus və idarəsində olan “Kia Ceed” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Maştağa-Zabrat yolu ilə Maştağa dairəsi istiqamətində, yolun sağ tərəfində yerləşən ikinci zolaqla təxminən 30–40 km/saat sürətlə hərəkət etmiş, Heybət Heybətov küçəsi ilə Maştağa-Buzovna yolunun kəsişməsində yerləşən dairəyə çatdıqda, sürətini azaltmış və dairəyə daxil olaraq Maştağa qəsəbəsi istiqamətində hərəkətini davam etdirmək istəmişdir. Bu zaman dairənin sağ tərəfindən, Maştağa-Buzovna yolu ilə hərəkət edən “Hyundai Elantra” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil, gözləmə zərurətinə riayət etmədən qəfil şəkildə dairəyə daxil olmuş və idarə edilən nəqliyyat vasitəsinin sağ ön və sağ qapı hissəsinə sol ön hissəsi ilə çırpılaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Hadisə zamanı sürücü zərbənin təsirindən bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər almış və bu barədə X5 Stansiyasına (TTYS) və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi sisteminə məlumat vermişdir. Lakin xəsarətlərin xarakterinə və vəziyyətin ciddiliyinə ilkin qiymətləndirmə aparıldıqdan sonra onun həyati təhlükəsi olmadığı müəyyən edilmiş, bu səbəbdən sürücü hər hansı xəstəxanaya yerləşdirilməmişdir. Hal-hazırda dəymiş ziyan ödənildiyindən edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 yazılı ərizə təqdim edərək barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş AP seriyalı ******* nömrəli, 04 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 13 iyun 2025-ci il tarixdə, saat 19:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Maştağa-Buzovna yolu ilə Heybət Heybətov küçəsinin kəsişməsindəki dairədə yolnəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Şəxs etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dairədə hərəkətdə olarkən, baş yolla hərəkət edən sürücü X1 idarə etdiyi “Kia Ceed” markalı, **- HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə zərərçəkmiş X3 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 24 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Hyundai Elantra” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 1292 nömrəli, 17 iyun 2025-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, X1 bədən səthində aşkar olmuş xəsarətlər-sağmalığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/863 saylı 13 iyun 2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışığın əldə olunmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4283/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4283/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver