Məhkəmə qərarları › İş №3(008)-4286/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4286/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4286/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X9 qızının katibliyi ilə, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2i nömrəsiz fərdi ev ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 16 aprel 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 20:00 radələrində idarə etdiyi HOVVO-yük markalı **-FC-*** dövlət nömrə nişanlı avtomobillə Nardaran qəsəbəsi, Nardaran yolu ilə üzü Bilgəh-Pirşağı yolu istiqamətində sola döngəli və enişli hissədə manevr qaydasını pozub, idarəetməni itirərək yolun sağ kənarında dayanmış “TOYOTA COROLLA” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra aşmış və avtomobilin yük yerində olan torpaq və daş qayaları “TOYOTA COROLLA” markalı avtomobilin üzərinə və yolun sağ kənarında olan mağazanın şüşələrinin üzərinə düşərək maddi zərər yetirmişdir. X1 yüngül bədən xəsarəti almış və avtomobilinə maddi zərər yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində o etibarnamə əsasında idarə etdiyi Hovvo markalı **-FC-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük maşını ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran yolu ilə üzü Bilgəh-Pirşağı itiqamətində təxminən 20-30 km saat sürətlə hərəkətdə olarkən yolun enişli və döngəli hissəsində anidən əyləcdə yaranmış nasazlığa görə idarə etməni itirdikdə yük maşını yolun sağ hissəsinə doğru istiqamətlənmişdi. Bu zamanda yolun sağ kənarında dayanmış Toyota Corolla markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyib aşdıqda, üzərində olan torpaq və daş qayaları Toyota Corolla markalı avtomobilin üzərinə və yolun sağ kənarında olan mağazanın şüşələrinin üzərində aşaraq YNH-i baş vermişdi. Hadisə zamanı o və digər avtomobildə sükan arxasında olan Nurəddin Babayev müxtəlif dərəcəli xəsarətlər almışdırlar. Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran yolu 1 gediş və 1 gəliş olmaqla, iki istiqamətli, 2 zolaqlı, düz, hamar yol nişanları və maksimum 40 km saat sürətlə tənzimlənən yoldur. Hadisə zamanı Hovvo markalı **-FC-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük maşının yük hissəsində təxminən təxminən 35-40 ton kiloqram çəkidə torpaq və daş qayalar olmuşdur. Hadisə zamanı yük maşınında tək olmuşdu.İdarə etdiyi Hovvo markalı **-FC-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük maşının hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qeyd olunan tarixdə yəni hadisədən qabaq heç bir spirtli içki və psixotrop maddə qəbul etməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 20.00 radələrində o Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi Toyota Corolla markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran yolu ilə üzü Bilgəh- Pirşağı yolu istiqamətində hərəkət edib yolun sağ kənarında yerləşən marketin qarşısında saxlayıb marketə daxil olmuşdur. Bir necə dəqiqə sonra marketdən çıxıb avtomobilə əyləşib hərəkətə başlamaq istədikdə anidən həmin yol ilə yüksək sürətlə və ağır cəki ilə hərəkət edən Hovvo markalı **-FC-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük maşını yolun döngəli hissəsində dəqiq bilmədiyi səbəbdən idarə etməni itirib yük maşının sağ ön hissəsi ilə Toyota markalı avtomobili dəydikdən sonra bir qədər qarşıya doğru aparmış və yük maşının üzərində olan torpaq və daş qayaları avtomobilin üzərinə və yolun sağ kənarında olan mağazanın şüşələrinin üzərində aşaraq YNH-i baş vermişdi. Hadisə zamanı o və digər yük maşını idarə edən Şəxs müxtəlif dərəcəli xəsarətlər almışlar. Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran yolu 1 gediş və 1 gəliş olmaqla, iki istiqamətli, 2 zolaqlı, düz, hamar yol nişanları və maksimum 40 km saat sürətlə tənzimlənən yoldur. Hadisə zamanı Toyota Corolla markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində heç bir çəkidə yük olmamışdır. Hadisə zamanı Toyota Corolla markalı avtomobildə tək olmuşdur. İdarə etdiyi Toyota Corolla markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qeyd olunan tarixdə yəni hadisədən qabaq heç bir spritli icki və psixotrop maddə qəbul etməmişdir. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2025-ci il tarixli 1194 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X2 çiyin nahiyəsinin qançırı və sağ said nahiyəsinin əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X8 26 iyun 2025-ci «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, X5 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 07 iyul 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını (İXM- 32.1.1), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini(İXM-32.1.7) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar