Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4289/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, X1 nümayəndəsi X5, Barəsində şikayət verilən orqan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X4 Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin inzibati xəta haqqında TP ******* saylı, 08.01.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin inzibati xəta haqqında TP ******* saylı, 08.01.2021-ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 50 (əlli) manat məbləğində cərimə olunmuşdur. X8 həmin inzibati tənbeh vermə haqqında qərardan şikayət vermişdir. Məhkəmə iclasında X1 nümayəndəsi X9 göstərmişdir ki, atası X8 08 yanvar 2021-ci il tarixdə idarə etdiyi “Qaz YÜK” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna-Maştağa yolu ilə hərəkətdə olarkən işıqforun yaşıl işığında zolaqlara uyğun olaraq hərəkətə başlayarkən ondan sağda hərəkətdə olan “Toyota” markalı nəqliyyat vasitəsi zolaqlar üzrə hərəkəti pozaraq, yəni yalnız sağa məcburi hərəkət istiqaməti nişanının tələbini pozaraq düzünə hərəkət etdiyinə görə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi barədə səlahiyyətli orqanlara məlumat verildikdən sonra hadisə yerinə polis mayoru X10 yaxınlaşaraq sənədlərini onlardan almış və heç bir araşdırma aparmadan Bakı şəhəri BPİ DYPİ-nin 15-ci otağına yaxınlaşmalarını bildirmişdir. Həmin gün inzibati otağa yaxınlaşdıqda hadisə barədə məlumat almaq istədikdə atasına bildirmişdirlər ki, günahkar “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsüdür, “sizlik bir şey yoxdur” gedə bilərsiniz deyib barəsində heç bir inzibati xəta haqqında protokol, heç bir inzibati tənbeh vermə haqqında qərar qəbul etmədən və ona təqdim edilmədən izahatını alaraq yola salmışlar. Təxminən 8 aydan sonra ona məlum olmuşdur ki, yuxarıda adı qeyd edilən YPX inspektoru onun barəsində İXM-nin 469.3 və 327.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş və həmin tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bir daha bildirir ki, atası YPX əməkdaşının iddia etdiyinin əksinə olaraq heç bir qanun pozuntusuna yol verməmiş və bu səbəbdən də barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır. Məhkəmədən hüquqularını müdafiə etdiyi atası X4 şikayətinin təmin olunmasını, qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində şikayət verilən orqan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X16 İdarəsinin nümayəndəsi X7 izahatında bildirdi ki, 08 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna-Maştağa yolunda baş vermiş yol-nəqliyat hadisəsi ilə bağlı bildirir ki, həmin yol nəqliyyat hadisəsi Bakı şəhər BPİ DYPİ-nin inspektoru X10 tərəfindən araşdırılmış, “Qaz YÜK” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsi törədərdiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddələri ilə protokol tərtib edilərək qərar qəbul edilmişdir. Tərtib edilmiş protokolu və qəbul edilmiş qərarı müdafiə edir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə işdə iştirak edən X1 nümayəndəsi X5 izahatını dinləyib, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin TP ******* saylı, 08.01.2021-ci tarixli qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət qismən təmin olunmalı, həmin qərar ləğv edilməli və işə yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilməlidir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, 08.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 barəsində qəbul edilmiş qərara əsasən X8 08.01.2021-ci il tarixində Bakı şəhəri Xəzər rayonu Buzovna-Maştağa yolunda “Qaz YÜK” markalı, **- KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən icbari sığorta müqaviləsinin bağlanmamasına görə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qayadasını pozub ondan sağda hərəkətdə olan “Toyota” markalı nəqliyyat vasitəsi ilə toqquşduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 50 manat məbləğində cərimə edilmə haqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsinə baxmayaraq, faktiki olaraq təqsirli hesab etdiyi şəxsə lazımı qaydada məlumat vermədən, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsin lazımı qaydada məlumatlandırılmaması, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmaması və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrin real olaraq həmin şəxsə izah edilməməsi, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını qeyd edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğundan qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin inspektoru X6 TP ******* saylı, 08.01.2021-ci il tarixli qərarı ləğv edilməli, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti qismən təmin edilsin. Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin inspektoru X6 TP ******* saylı, 08 yanvar 2021-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-4289/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4289/2021
04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver