Məhkəmə qərarları › İş №3(008)-43/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-43/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-43/2024 02.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi 13 noyabr 2023-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. X1 rayonu, Çəkil çayı ətrafı dağlıq ərazisində lazımi icazə sənədi olmadan, qadağan olunmuş ərazidə qanunsuz olaraq ovla məşğul olmuşdur. Ov tüfəngindən qeyd olunan ərazidə heç bir vaxt atəş açmamış və hər hansı bir ov etməmişdir. Həmin silahın onda olması heç də onun ov etmək niyyətini ifadə etmir. Belə ki, həmin vaxt qeyd olunan ərazidə tanış şəxslərə məxsus avtomaşın batdığı üçün kömək etmək məqsədilə həmin ərazidə olarkən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri onlara yaxınlaşaraq üzərlərində olan silahla maraqlanmış və onların şəxsiyyətlərini müəyyən etdikdən sonra heç bir irad bildirmədən çıxıb getmişlər. Nazirliyinin nümayəndələri protokol tərtib edərkən, araşdırma apararkən, qərar qəbul edərkən onun iştirakını təmin etməmiş, ondan həmin məsələ ilə bağlı izahat belə almamışlar. Ümumiyyətlə onun barəsində hər hansı icraat aparılmasından xəbəri belə olmamışdır. Eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati tənbeh X4 barəsində yetərli araşdırma aparmadan Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin sanksiyasının yuxarı həddində tənbeh tətbiq etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Xızı rayonu, Çəkil çayı ərazisində dağlıq ərazidə 4 nəfər şəxsin qanunsuz ov fəaliyyəti ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxslər hadisə yerində saxlanılmışdır. Həmin şəxslər lazımi icazə sənədi (lisenziya) olmadığı ərazidə qanunsuz olaraq 7 ədəd kəklik quşunu ovladığı aşkar edilmişdir. Bu səbəbdən Əli Ağakişiyev, Fəzail Səfərov, Elmir Mirzəyev və Müzəffər Həsənov barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə qanuna müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, toplanmış sübutlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, inzibati xəta törətmiş X4 barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. X3 tətbiq edilmiş inzibati tənbehə gəlincə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, X3 tətbiq edilmiş 2000 (iki min) manat inzibati cərimə növündə tənbeh tədbiri onun törətdiyi əmələ münasibətdə ağır olduğundan 1000 (min) manata endirilməlidir. Qeyd olunanlara görə hesab edirəm ki, şikayət qismən təmin edilməli, qərar dəyişdirilməli, X3 tətbiq edilmiş inzibati cərimə miqdarı azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99- 100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilməsinə dair 13 noyabr 2023-cü il tarixli, MN № ******* saylı qərar ləğv edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təyin edilmiş 2000 manat inzibati cərimə növündə tənbeh tədbiri 1000 (min) manata endirilsin. Qərarın surəti rəsm qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar