Məhkəmə qərarları › İş №3(008)-4310/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4310/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4310/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1 iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 15 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14 iyul 2025-ci il tarixdə Bilgəh qəsəbəsində çimərlikdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bilgəh qəsəbəsində çimərlikdə içikili olduğundan səs-küy salmış, polis əməkdaşları ona yaxınlaşdıqda polisin qanuni tələblərinə tabe olmadığından, polis əməkdaşlarına tabesizlik göstərdiyindən o 14-cü Polis Şöbəsinə gətirilmişdir. Özünün psixi problemləri var, dəfələrlə stasionar müalicə almışdır. Əməlindən səmimi peşmandır, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 izahatında göstərmişdir ki, 14 iyul 2025-ci il tarixdə Şəxs polis əməkdaşlarına tabesizlik etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 15 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 iyul 2025-ci il tarixdə Bilgəh qəsəbəsində çimərlikdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; 14 may 2025-ci tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixində AP 9798 çağırışlı avtopatrul ilə inzibati ərazidə xidmət apardıqları zaman Bilgəh qəsəbəsi “Daçnik” çimərliyi adlanan ərazidə 3 nəfər şəxsin yüksək səslə mübahisə etdiyini görüb dərhal həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişdirlər. Həmin şəxsləri 14-cü PŞ-nə dəvət etdikdə həmin şəxslərdən biri onların qanuni tələblərinə məhəl qoymayaraq, onların ünvanına təhqir işlətməyə başlamışdır. Həmin vətəndaşı ona tabesizlik göstərməsinə baxmayaraq PŞ-nə gətirmişdirlər. Vətəndaşın içkili olmağı hiss olunurdu və müqavimətini itirərək yıxılmışdır. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur; 14 iyul 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:05 radələrində ƏÇPA-nın 8-ci bölüyünün əməkdaşları tərəfindən 14-cü PŞ-nə gətirilmiş vətəndaş xx.xx.1998-ci il təvəllüdlü Muradov X3 binada yüksək səslə nalayıq söyüşlər söymüş, polisin ünvanına nalayıq ifadələr işlədərək polisin iş fəaliyyətini 20-25 dəqiqə pozmuşdur. Dəfələrlə həmin şəxs tərəflərindən nizam-intizama dəvət edilsədə polisin qanuni tələblərinə qəsdən tabe olmamışıdır. 14-cü PŞ-nə şikayət üçün müraciət edən vətəndaşların diqqətini özünə cəlb etmiş və vətəndaşlarda böyük narazılıq yaranmışdır. Vətəndaş Şəxs sərxoş olduğundan həkim müainəsinə aparılmış orta dərəcə sərxoşlğu müəyyən olunmuşdur; 14 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 iyul 2025-ci il tarixdə saat 00:05-də inzibati qaydada tutulmuş, 15 iyul 2025-ci il tarixdə saat 17:00-da azad edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 14 iyul 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Muradov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Muradov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar