Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4313/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 16 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 1096/2019 nömrəli, 30 dekabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 1600 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi, 1630 manat alınaraq X4 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X2 bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1096/2019 nömrəli, 30 dekabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 1600 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi, 1630 manat alınaraq X4 ödənilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1096/2019 nömrəli, 30 dekabr 2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılması məqsədilə sənəd ilk olaraq Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Daha sonra aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, sonradan isə icra sənədinin icrası Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə yönləndirilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 1096/2019 nömrəli, 30 dekabr 2019-cu il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş təqdim edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1096/2019 nömrəli, 30 dekabr 2019-cu il tarixli icra vərəqəsi üzrə tutma Şəxs maaşına yönləndirilmiş, lakin, Şəxs orduda təxris olunduğu üçün maaşdan tutmanın davam etdirilməsi mümkün olmamışdır. Şəxs tələbi könüllü icra müddətində təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanılması məqsədilə üçün müxtəlif təşkilatlara ünvanlanmış sorğulara verilmiş cavablardan ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəfələrlə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, isə izahatlarında işsiz olduğunu əsas gətirərək alimenti ödəmədiyini bildirmişdir. Hazırda uzun müddət keçsə də Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınır. İcra vərəqəsinin icrasından yayındığı üçün Şəxs barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq axtarış elan edilmiş və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq icra orqanına gətirilmişdir. Hazırda Şəxs aliment borcunun məbləği 6649 manat təşkil edir. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1096/2019 nömrəli, 30 dekabr 2019-cu il tarixli icra vərəqəsindən və bununla əlaqədar olaraq həyata keçirilən icra prosedurlarından məlumatı olmamışdır. Məhkəmə iclasının keçirilməsinə dair ona əvvəlcədən hər hansı bir bildiriş, zəng və ya digər xəbərdarlıq göndərilməmiş, bu barədə heç bir məlumat əldə etməmiş və məhkəməyə aid hər hansı bir sənəd almamışdır. Onun atası rəhmətə getdikdən sonra, X3 700 manat məbləğində faizə pul almışdır. X5 həmin məbləği geri tələb etmək məqsədilə bir neçə dəfə onun yaşadığı ünvanda olmuş, lakin ona məhkəməyə müraciət etməsi barədə heç bir məlumat verməmişdir. ünvan 3 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamaqdadır. İcra məmuru tərəfindən ona zəng edilərək icra vərəqəsi və icra tədbirlərinə dair məlumat verilməmişdir. Həmçinin, icra şöbəsinə dəvət olunması barədə hər hansı bir bildiriş və ya rəsmi xəbərdarlıq göndərilməmişdir. Polis əməkdaşları tərəfindən ona zəng edilərək, barəsində mülki axtarışın elan olunduğu bildirilmişdir. Polis idarəsinə yaxınlaşdıqda, ona icra vərəqəsinin və axtarışın əsaslandırılması ilə bağlı məlumat verilmişdir. Polis idarəsində, icra məmuru tərəfindən barəsində axtarışın həyata keçirildiyi, hətta icra vərəqəsinin mövcud olduğu barədə məlumat verilmişdir. İcra şöbəsinə dəvət olunmuş və burada icra məmuru tərəfindən ona icra vərəqəsi təqdim edilmişdir. O isə bu barədə əvvəlcədən heç bir məlumatı olmadığını, üzərində yalnız 50 manat olduğunu bildirərək, həmin məbləği dərhal ödəməyi təklif etmişdir. O, geri qalan məbləği isə yaxın zamanlarda ödəmək niyyətində olduğunu qeyd etmişdir. Ümumiyyətlə, məhkəmə iclası və icra tədbirləri barədə əvvəlcədən heç bir məlumat almamış, ona heç bir rəsmi bildiriş və ya xəbərdarlıq göndərilməmişdir. İcra tədbirləri çərçivəsində icra məmuru tərəfindən əmək haqqından müəyyən məbləğin tutulduğu bildirilsə də, bu barədə əvvəlcədən məlumatlandırılmamışdır. Belə ki, hərbi qulluqçudur və xidmətdə olduğu hərbi hissənin təyinatı və dövri rotasiyası ilə əlaqədar olaraq, maaşının miqdarı və mənbəyi müəyyən dövrlərdə dəyişkənlik göstərir. Bu səbəbdən, onun əmək haqqından hər hansı məbləğin tutulması ilə bağlı məlumatlı olmamış, aidiyyəti üzrə nə bank, nə də iş yeri tərəfindən ona rəsmi bildiriş təqdim edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 16 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1096/2019 nömrəli, 30 dekabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 1600 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi, 1630 manat alınaraq X4 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1096/2019 nömrəli, 30 dekabr 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 1600 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi, 1630 manat alınaraq X4 ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 10 iyun 2022-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs Ağərim oğlu barəsində axtarış elan edilmişir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Gədəbəy rayon icra şöbəsinin 31 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, "İcra sənədində göstərilmiş tələbləri icra etməmə" halı inzibati məsuliyyətə səbəb olur. Lakin bu inzibati xətanın yaranması üçün şəxsin əvvəlcədən həmin icra sənədi barədə məlumatlandırılması, ona könüllü icra üçün müddət müəyyənləşdirilərək bu barədə rəsmi bildirişin təqdim edilməsi zəruridir. Məhkəmə qərarlarının və icra sənədlərinin icrası ilə bağlı əsas prinsiplərdən biri tərəfin məlumatlandırılması və müdafiə hüququnun təmin edilməsidir. Təqdim olunan hallar əsasında müəyyən olunur ki, Əliyev X6 Rayon Məhkəməsinin 2(042)-1096/2019 nömrəli, 30 dekabr 2019-cu il tarixli qərarı və ona əsasən tərtib olunmuş icra vərəqəsindən məlumatsız olmuş, bu barədə nə məhkəmədən, nə də icra orqanından hər hansı bildiriş almamışdır. Ona məhkəmə iclasının vaxtı və keçirilməsi ilə bağlı hər hansı çağırış, məktub, telefon zəngi və ya digər xəbərdarlıq edilməmiş, iclasda iştirakı təmin olunmamışdır. Nəticədə, onun özünü müdafiə etmək hüququ pozulmuşdur. İcra məmuru tərəfindən icra tədbirləri çərçivəsində ona icra vərəqəsi təqdim edilməmiş, icra şöbəsinə dəvət olunması və könüllü icra müddətinin müəyyən olunması ilə bağlı rəsmi bildiriş göndərilməmişdir. Mülki axtarış elan olunması yalnız polis əməkdaşlarının zəngi nəticəsində şəxsin diqqətinə çatdırılmış, daha sonra polis idarəsində ilk dəfə icra vərəqəsi və tədbirləri barədə məlumatlandırılmışdır. Şəxs icra şöbəsinə gələn zaman üzərində olan 50 manat məbləği dərhal ödəməyi təklif etmiş, qalan məbləği də qısa müddətdə ödəmək niyyətində olduğunu bildirmişdir. Bu isə onun qəsdən icradan yayınma niyyəti olmadığını, əksinə, borcun ödənilməsinə hazır olduğunu göstərir. Hərbi qulluqçu olaraq xidmət etdiyi bölmələrin dövri rotasiyası nəticəsində maaş mənbəyi və məbləği dəyişkən olduğundan, əməkhaqqından hər hansı tutma barədə nə əvvəlcədən məlumatlandırılmış, nə də rəsmi bildiriş almışdır. Məhkəmə qərarının icrası zamanı tətbiq edilən əsas prinsiplərdən biri borclunun məlumatlandırılması və könüllü icra üçün real imkanın yaradılmasıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununa əsasən, icra sənədi üzrə borclunun tələbləri könüllü icra etməsi üçün ona 10 günlük müddət verilir. Bu müddət yalnız borclunun icra sənədi ilə rəsmi şəkildə tanış edilməsi, bildirişin göndərilməsi və qəbul olunması halında hüquqi qüvvəyə malik ola bilər. Müəyyən olunmuş hallarda isə bu müddət yalnız borclunun faktiki məlumatlandırıldığı sübuta yetirildikdə qüvvədə hesab edilə bilər. Hazırkı işdə isə qeyd olunan prosedurların heç biri yerinə yetirilməmiş, şəxsin nə icra sənədindən, nə də könüllü icra müddətindən xəbəri olmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tətbiqi üçün zəruri olan "qəsdən icra etməmə" niyyəti və hüquqi tərkib əlamətləri formalaşmamışdır. Eyni zamanda, şəxsin məsuliyyətə cəlb olunması üçün inzibati xətanın subyektiv tərəfi, yəni qəsd elementi sübuta yetirilməlidir. Halbuki, şəxs icra vərəqəsi ilə ilk dəfə tanış olduğu anda üzərində olan vəsaiti (50 manat) dərhal ödəməyi təklif etmiş, borcun qalan hissəsini də mümkün qədər tez ödəməyə hazır olduğunu bildirmişdir. Bu hal borclunun yaxın zamanda borcu icra etməyə niyyətinin mövcud olduğunu və qəsdən icradan yayınmadığını sübut edir. Bundan əlavə, şəxsin xüsusi statusu – yəni, hərbi qulluqçu olması, xidmət etdiyi hərbi hissənin rotasiya qaydalarına əsasən daimi olaraq müxtəlif coğrafi məntəqələrə göndərilməsi, maaş mənbəyinin və məbləğinin dəyişməsi kimi hallar onun əməkhaqqından tutmaların aparılması və ya bu barədə məlumatlandırma prosesini daha da mürəkkəbləşdirmişdir. Bu baxımdan, şəxsin əmək haqqından tutmalar aparılması ilə bağlı iş yeri tərəfindən rəsmi bildiriş təqdim edilməmişdir ki, bu da onun əmək haqqından tutulmalardan məlumatının olmaması səbəbini açıqlayır. Göstərilən faktlar kontekstində qeyd edilməlidir ki, şəxsin icra sənədi və ona dair icra tədbirləri barədə əvvəlcədən məlumatlandırılmaması, habelə könüllü icra müddətinin təyin olunaraq bu barədə ona rəsmi şəkildə bildirişin göndərilməməsi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini istisna edir. Şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xətanın tərkibi formalaşmamışdır. Bu səbəbdən, İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokola xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4313/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4313/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver