Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4325/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, Xəzərdənizneft-Sosialtikinti Tresti Tik. Mex. İdarəsinin (Xətai Tikinti Mexanizasiya) direktoru X1 iştirakı ilə, Xəzərdənizneft-Sosialtikinti Tresti Tik. Mex. İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİdən daxil olmuş inzibati xəta haqqında materiala Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-dən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə baxılması üçün Xəzərdənizneft-Sosialtikinti Tresti Tik. Mex. İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Xəzərdənizneft- Sosialtikinti Tresti Tik. Mex. İdarəsi tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxsi barəsində məlumatı bu günə kimi təqdim etməmişdir. Bununla da Xəzərdənizneft-Sosialtikinti Tresti Tik. Mex. İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də 08 oktyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Xəzərdənizneft-Sosialtikinti Tresti Tik. Mex. İdarəsinin (Xətai Tikinti Mexanizasiya) direktoru X2 izahatında bildirmişdir ki, direktoru olduğu cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Çünki protokolda göstərilən “QAZ 31029 minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil onların balansında olsa da, naməlum şəxs tərəfindən dörd il əvvəl aparılan avtomobilin tapılması barədə dəfərlərlə Baş X4 İdarəsinə və Bakı şəhər Sabunçu RPİ X4 Şöbəsinə müraciət etmişlər. Hal-hazırda avtomobil onların balansında olsa da, onlar tərəfindən idarə olunmur. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 08 oktyabr 2021-ci il tarixdə onun barəsində İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Xəzərdənizneft-Sosialtikinti Tresti Tik. Mex. İdarəsi nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xəzərdənizneft-Sosialtikinti Tresti Tik. Mex. İdarəsinin barəsində tərtib olunmuş protokolu əsassız hesab edərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, hüquqi şəxs Xəzərdənizneft-Sosialtikinti Tresti Tik. Mex. İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Xəzərdənizneft-Sosialtikinti Tresti Tik. Mex. İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi DYPŞ inspektoru E.Əbilov tərəfindən tərtib edilmiş İXP ******* saylı 08 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-4325/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4325/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver