Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4337/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, şikayətçi X2 iştirakı ilə, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin rəisi Azər Məmmədov tərəfindən qəbul edilmiş 03 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin rəisi Azər Məmmədov tərəfindən qəbul edilmiş 03 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək göstərmişdir ki, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin rəisi Azər Məmmmədov tərəfindən qəbul edilmiş 03 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. İlk növbədə qeyd edir ki, o, ümumiyyətlə AR İXM-nin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Bununla yanaşı, hətta həmin inzibati xətanı törətmiş olsa idi belə həmin maddə üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Lakin səlahiyyətli orqan qanunun tələbini pozaraq özü həmin maddə üzrə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bu səbəbdən də Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin rəisi Azər Məədov tərəfindən qəbul edilmiş 03 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 21 aprel 2022-ci il tarixdə Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələndə yerləşən “Gön-dəri” zavodunda X1 qarşı xırda xuliqanlıq hərəkətləri etmişdir. 03 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin əməlinə görə X3 AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə verilmiş şikayəti iş materialları ilə əlaqəli tədqiq edərək belə qənaətə gəlir ki, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin rəisi Azər Məmmədov tərəfindən qəbul edilmiş 03 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla material Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsu barəsində tənbeh tədbirinin tətbiq edilməsi məhkəmənin müstəsna səlahiyyətinə aid olmaqla qanunvericiliklə başqa hər hansı orqana belə bir səlahiyyət verilməmişdir. Bununla yanaşı, AR İXM-nin 510-cu maddəsinin sanksiyasında inzibati həbs növündə inzibati tənbeh tədbiri nəzərdə tutulduğundan və inzibati həbs növündə tənbeh tədbirinin tətbiq etmək səlahiyyətinə malik yeganə orqan məhkəmə olduğundan həmin maddə ilə təqsirli bilinən şəxsə hər hansı tənbeh tədbirinin səlahiyyətli orqan tərəfindən tətbiq edilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin rəisi Azər Məədov tərəfindən qəbul edilmiş 03 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və material yenidən baxılaraq qanunvericiliyin tələblərinə əməl olunması üçün Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin rəisi Azər Məmmədov tərəfindən qəbul edilmiş 03 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və material yenidən baxılaraq qanunvericiliyin tələblərinə əməl olunması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4337/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4337/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver