Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4346/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi Nümayəndə1, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4, Şikayət vermiş şəxs X6 iştirakları ilə, X6 Azərbaycan Respublikası DİN Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X8 izahatında bildirmişdir ki, hadisənin baş verdə yerdə həmin ərazidə yaşayan şəxslərin kollektiv müraciəti əsasında qırıq-qırıq xətlər 22 iyul 2022-ci il tarixdə bərpa edilmişdir. Həmin faktı təsdiq edən rəsmi məktub da iş materiallarına əlavə edilmişdir. Lakin buna baxmayaraq yenə də həmin yerdən sola dönərkən bu hal inzibati xəta kimi qiymətləndirilərək əsssız olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilir. Bununla bağlı, müxtəlif dövlə orqanlarına, o cümlədən, prokurorluq orqanına kollektiv şəkildə müraciətlərimiz var. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, 08- 09638/ROL-06600/4 saylı məktubuna baxmayaraq barəsində həmin məktubda göstərilənlərə zidd olaraq cərimə tətbiq edilmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində qəbul edilmiş 09 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş etirazı müdafiə edərək izahatında bildirmişdir ki, şəxs barəsində AR CM-nin 327.2-ci maddəsi ilə qəbul edilmiş qərar yalnız qoşa xəttin tələblərini pozaraq dönməsi ilə bağlı deyil, həm də onun sağ tərəfdən gələn hərəkət üstünlüyünə malik avtomobilə yol verməməklə sola dönmə əməliyyatını həyata keçirməsi ilə əlaqədar qəbul edilmişdir. Belə olan halda hətta həmin ərazidə olan xəttin qoşa düz xətt deyil, sağ zolaqda qırıq-qırıq xətlərin olması və sola dönmə hərəkətinin qadağan edilmədiyi qəbul edilsə belə, şəxsin əməlində AR CM-nin 327.2-ci maddəsinin tələblərinin pozuntusu mövcud olmaqdadır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası DİN Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Göstərilən pozuntu ilə əlaqədar X2 ünvanlandıqda o, sağ tərəfdən gələrək hərəkət üstünlüyünə malik avtomobilin nisbətən sürətini azaltdığını görərək sola dönmə əməliyyatını həyata keçirdiyini və qəza şəraiti yaratmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 bildirmişdir ki, inzibati xətanın törədildiyi iddia edildiyi yerdə olan xətlər qırıq xətlərdir. Orada əvvəllər düz xətt olmuş, lakin sonradan həmin xətlər qırıq xətlərlə əvəz edilmişdir. Yağışlı hava ilə əlaqədar həmin qırıq xətlər solmuş və altda olan düz xətt üzə çıxmışdır. Son vaxtlar Bakı Nəqliyyat Agentliyinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə çevrilməsi ilə əlaqədar işlər çox olduğundan ərazidə olan qırıq xətləri yeniləyə bilməmişlər və məktubla həmin ərazidə yaşayan sakinlərə orada olan xəttin qırıq xətt olduğu, dönmə əməliyyatının qadağan edilmədiyi və tez bir zamanda qırıq xətlərin yenilənəcəyi barədə məlumat verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X8 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 09 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, 08-13887/N-12599 saylı məktubundan görünür ki, Ramiz Qəmbərov küçəsində (Bakıxanov qəsəbəsi istiqamətindən, “Lukoil” yanacaqdoldurma məntəqəsinin çıxış hissəsində) 1.11 nişanlama xətti (Bakıxanov qəsəbəsi istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi) təşkil edilmişdir. Həmin ərazidə sola dönmənin qadağan edilməsi üçün Agentlik tərəfindən hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “Mercedes GL450” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qarşı yoldan gələn və hərəkət üstünlüyünə malik avtomobilə yol vermədən sola dönmə əməliyyatını həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. İlk növbədə məhkəmə iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, 08-13887/N-12599 saylı rəsmi məktubunu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 izahatını, bununla da Bakıxanov qəsəbəsi istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi üçün 1.11 nişanlama xəttinin təşkil edildiyini və belə olan halda həmin yerdən sola dönmə hərəkətinin həyata keçirilməsinin inzibati xəta hesab edilməməsini nəzərə alaraq X6 şikayət ərizəsində həmin hissədə göstərdiyi dəlilləri əsaslı hesab edir. Bununla yanaşı, məhkəmə iclasında tədqiq edilmiş videodiskdə olan görüntülərə münasibətdə isə məhkəmə “Mercedes GL450” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 dönmə nəzərdə tutulan yerdən sola dönmə əməliyyatını həyata keçirən zaman sağdan gələn və hərəkət üstünlüyünə malik olan avtomobilə yol vermədən sola dönmə əməliyyatını həyata keçirdiyini və onun həmin əməlinin də AR İXMnin 327.2-ci maddəsi ilə əhatə olunduğunu nəzərə alaraq onun əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə iclasında videodikdəki görüntülərə baxaraq X3 gələn avtomobillərə yol verməli olduğunu bildiyini, sadəcə sağdan gələn avtomobilin hərəkət sürətini azaltdığını gördüyündən həmin avtomobilin keçməsini gözləmədən sola döndüyünü bildirmişdir. X6 həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sağdan gələn və hərəkət üstünlüyünə malik avtomobilin sola dönən sürücüyə yol verməsinə əmin olmadan, avtomobilin dayandığını və ona yol verməsini bildirən hər hansı işarə verməsini görmədən yolayırıcından sola dönən sürücünün sadəcə sağdan gələn avtomobilin sürücüsünün avtomobilin sürətini azaltmasını görməsi həmin sürücünün ona yol verməsini düşünməsi və qanunvericiliyin tələblərini pozmaqla sola dönməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X6 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 09 avqust 2023-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4346/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4346/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver