Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4348/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X11 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 17 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10950/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay 170 manat aliment tutularaq tələbkar X4 ödənilməlidir. Hazırda Şəxs 5270 manat məbləğində aliment borcu vardır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10950/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan hər ay 170 manat aliment tutularaq tələbkar X4 ödənilməlidir. Aliment ödəməkdən imtina edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10950/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay 170 manat aliment tutularaq tələbkar ona ödənilməlidir. Lakin Şəxs bu günədək aliment borcundan ödəniş etməmiş və ödəniş etməkdən imtina etmişdir. Odur ki, yaranmış aliment borcunu tam şəkildə ödəməzsə, Şəxs barəsində inzibati həbs tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(103)-10950/2021 saylı icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 anası X2 himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə, uşaq anasının yanında qalmağa başladığı vaxtdan hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır; İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, 26 oktyabr 2021-ci il tarixli, 2(103)-10950/2021 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs 26 oktyabr 2021-ci il tarixli, 2(103)-10950/2021 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmiş və bu xəbərdarlıqlar müvafiq olaraq Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1977-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; İnzibati xəta haqqında 19 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10950/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs uşaq anasının yanında qalmağa başladığı vaxtdan hər ay 170 manat məbləğində aliment tutularaq X5 yetkinlik yaşına çatanadək X2 xeyrinə ödənilməlidir. Lakin borclu icra vərəqəsi üzrə yaranmış aliment borcunu ödəməkdən qərəzli olaraq yayındığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi halda cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar edilmiş və bu xəbərdarlıqlar müvafiq olaraq Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkənəsinin xx.xx.2023-cü il tarixli 3(008)-2010/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1977-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 8(008)- 784/2023 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(103)-10950/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu – xx.xx.1977-ci il tarixdə ünvan 1indən qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; Borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1977-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1977-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu xx.xx.1977-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir; Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı və zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 17 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 iyul 2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X8 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4348/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4348/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver