Məhkəmə qərarları › İş №3(008)-4350/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4350/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4350/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X11, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı İnzibati Məhkəməsinin MXMT(112)-85/2021 nömrəli, xx.xx.2021-cü il tarixli icra vərəqəsinə əsasən X9, X4 və Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağ küçəsi, sahə 104a və 104-də(mübahisəli ərazi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa subtropik bitkilər sovxozu ərazisi) hər hansı tikinti işlərinin aparılması qadağan edilmişdir. Şəxs tərəfindən icra sənədi icra edilməyərək AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X15 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin MXMT(112)-85/2021 nömrəli, xx.xx.2021-cü il tarixli icra vərəqəsi icraata 08 may 2021-ci il tarixdə daxil olmuş və həmin tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. 18 may 2021-ci il tarixdə mübahisəli əraziyə gedilmiş, oraya borclu Şəxs, tələbkar dəvət edilmişdir. Digər borcluların onda məlumatı olmadığı üçün onları dəvət edə bilməmişdir. Mübahisəli əraziyə qapı bağlı olduğu üçün daxil ola bilməmişlər. Yalnız kənardan baxmış, akt tərtib etmişlər. Həmin vaxt Şəxs məhkəmə qərarına əsasən tikinti işlərinin aparılmasının qadağan edildiyi izah edilmiş, bununla bağlı aktı özü imzalamışdır. Həmin vaxt Şəxs tikintini aparan şəxsin özü olmadığını, tikən şəxsə bu barədə məlumat verəcəyini bildirmişdir. Lakin bununla bağlı aktda hər hansı qeyd aparılmamışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə tələbkar ona məlumat verərək həmin sahədə tikinti işlərinin aparıldığını bildirmişdir. Bununla bağlı yenidən borclulara rəsmi qaydada tikintinin dayandırılması ilə bağlı rəsmi qaydada xəbərdarlıq olunmuşdur. Bundan sonra həmin əraziyə bir daha baxış keçirilmiş, lakin orada borcluların olmadığı, usta və fəhlə olsa da onların işləmədiyi, əvvəlki vəziyyətdən fərqli olaraq xeyli işin getdiyi, evin damının vurulduğu, demək olar ki evin tikintisinin başa çatdığı müəyyən edilmişdir. Məhkəməyə təqdim edilən fotoşəkillər tələbkar tərəfindən çəkilmiş fotoşəkillərdir. Həmin əraziyə baxış keçirilən zaman darvaza bağlı olduğu üçün içəriyə daxil ola bilməmişlər, yalnız kənardan baxmışlar. Bundan sonra Şəxs ilə əlaqə saxlamağa çalısa da telefonuna zəng çatmamışdır. Sonra onunla əlaqə saxlayan zaman Azərbaycanda olmadığını bildirmişdir. Daha sonra səhv etmirsə 2022-ci ilin yanvar ayında Zülfüqarlı Baxışa münasibətdə tikinti işlərinin dayandırılması barədə Bakı İnzibati Məhkəməsinin icra vərəqəsi daxil olmuşdur. Lakin həmin icra vərəqəsində borclu barəsində məlumatlar qeyd edilmədiyindən ona icra vərəqəsi barədə məlumat vermək mümkün olmamışdır. Həmin icra vərəqəsi geri qaytarılmamışdır. İcra vərəqəsində əvvəlki borclular barəsində məlumat qeyd edilmişdir. Həmin icra vərəqəsi əsasında yenidən mübahisəli əraziyə gedilmiş, orada həmin vaxt heç kim olmamışdır. Demək olar ki, tikinti işləri tamamlanmışdır. Daha sonra 2024-cü il tarixdə tərəfindən borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Şəxs məhkəmə iclasında alğısatqı müqaviləsini məhkəməyə təqdim edərək torpağın Zülfüqarlı Baxış adlı şəxsə satıldığını bildirmişdir. Bununla bağlı ona hər hansı rəsmi sənəd təqdim etməmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi 2020-ci ilin yay aylarında X1. Həmin torpaq sahəsində tikinti işlərini mülkiyyətçi X10 aparmışdır. O, icra qurumuna torpağı başqa şəxsə satması barədə məlumat vermişdir. İcra məmuru ona telefon vasitəsilə əlaqə saxlayaraq mübahisəli ünvana gəlməsini bildirmişdir. O, da həmin ünvana getmişdir. İcra məmuru orada ona icra vərəqəsində yazılanları bildirmişdir. O, həmin tikilinin ona aid olmadığını orada icra məmuruna bildirmişdir. İcra məmuru tərəfindən orada akt tərtib etmişdir, o da həmin aktı imzalamışdır. Onun yeganə səhvi torpaq sahəsinin mülkiyyətçisinə bu barədə məlumat verməməsi olmuşdur. Həmin ərəfədə başı uşağının xəstəliyinə qarışmışdır. O, uşağının xəstəliyi ilə bağlı tez-tez Türkiyəyə getmiş, orada müalicəsini aparmışdır. İzahatında qeyd etdiyi tikinti işlərinin dayandırılması barədə tədbirlərin görülməsi dedikdə bu barədə mülkiyyətçiyə məlumat verməyi nəzərdə tutmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, birinci dəfə icra məmuru mübahisəli torpaq sahəsində olduqda borclu Şəxs də orada olmuşdur. İcra məmuru icra vərəqəsinin tələblərini, yəni həmin sahədə tikinti işlərinin aparılmasının ona və digər borclulara qadağan edildiyini izah etmişdir. Bundan sonra Şəxs kiminləsə telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxsin Baxış və ya başqa şəxs olması barədə məlumatı olmamışdır. Bu telefon danışığından sonra o, aktı imzalamışdır. Görünür ki, danışdığı şəxs ona aktı imzalamasını bildirmişdir. Həmin vaxt darvaza açıq olmuş, içəridə ustalar işləmişlər. Həmin torpaq sahəsi qanuni əsaslarla ona məxsus olmuşdur. Oranın darvazasını da, hasarını da o çəkmişdir. Sonradan borclular necəsə oraya çıxarış almışlar. Orada tikinti işlərinin getməsi barədə ona mühafizəçisi məlumat vermişdir. İcra məmuru Şəxs tikinti işlərinin aparılmasının qadağan edilməsini bildirməsinə baxmayaraq bir müddət sonra tikintinin demək olar ki tamamlandığını, evin damının vurulduğunu müəyyən etmişdir. Bununla bağlı icra məmuruna məlumat vermiş, evin həmin vəziyyətdə olan fotoşəkillərini çəkərək ona göndərmişdir. Torpağın Baxış adlı şəxsə satılmasını bildikdən sonra tikinti işlərinin aparılmasının X5 qadağan edilməsinə dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən həmin torpaq sahəsində tikinti işlərinin aparılması X6 qadağan edilmiş, bu qərar icraya yönəldilmişdir. O, Baxış adlı şəxslə telefon vasitəsilə danışmışdır. Baxış ona bildirmişdir ki, icra məmuru onun evinə gələndə onlar içəri daxil olmuş, lakin o, onun evinə daxil olmamış, buna görə ona öz təşəkkürünü bildirərək, belə bir vəziyyətin yaranmasını istmədiyini, bu məhkəmə proseslərinə görə tikdiyi evini özəlləşdirə bilmədiyini qeyd etmişdir. Şəxs neçə il ərzində evin tikilməsi barədə Baxış adlı şəxsə məlumat verə bilməməsini inadırıcı hesab etmir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı İnzibati Məhkəməsinin MXMT(112)-85/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı İnzibati Məhkəməsinin MXMT(112)-85/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli icra sənədinə əsasən, iddiaçılar Zərərçəkmiş şəxs və X16 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 adına reyest nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli 0.059 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN455957 saylı torpaq sahəsinin plan və ölçüsünün: X3 adına reyest nömrəsi **********22, qeydiyyat nömrəsi********** olan xx.xx.2019-cu il tarixli 0.1 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN455920 saylı torpaq sahəsinin plan və ölçüsünün; Şəxs adına reyest nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli 0.1 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN 413950 saylı torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab ediməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərinin ləğv edilməsi barədə iddiaya mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək, üçüncü şəxslər X9, X4 və Şəxs Bakı şəhəri Nardaran qəsəbəsi, Bağ küçəsi sahə 104 a-da və sahə 104-də (mübahisəli ərazi-Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Subtropik birkilər sovxozu ərazisi) hər hansı tikinti işlərinin aparılması qadağan edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Maştağa subtropik bitkilər sovxozu ərazisində yerləşən 0,259 ha torpaq sahəsinin mülkiyyətçisi X8r. Daşınmaz Əmlakın alğı-satqısı haqqında 23 iyul 2020-ci il tarixli, 0838828, 0838829, ******* saylı müqavilələr ilə X9, X4 və Şəxs məxsus torpaq sahələri etibarnamə əsasında Şəxs tərəfindən X1. 08 may 2021-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, həmin tarixdə Bakı İnzibati Məhkəməsinin MXMT(112)-85/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirov tərəfindən xx.xx.2021-ci il tarixli aktda Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MXMT (112)-85/2021 saylı icra vərəqəsinin icrası ilə bağlı tələbkarla mübahisəli ünvana gəldiyi, həmin ünvanda onları Şəxs onları qarşıladığı, icra vərəqəsinin məzmunun tərəfindən elan edildiyi, tikinti işlərinin aparılmasının qadağan edildiyi, buna görə bu aktın tərtib edildiyi, doğruluğunu öz imzaları ilə təsdiq etdikləri qeyd edilmiş və akt icra məmuru, tələbkar, cavabdeh, hal şahidi tərəfindən imzalanmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirov tərəfindən xx.xx.2021-ci il tarixli aktda borclu tərəfindən tikinti işlərinin aparılmasına dair tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli müraciətinə əsasən mübahisəli torpaq sahəsində olarkən bundan əvvəl xx.xx.2021-ci il tarixdə aşkar edilən vəziyyətdən fərqli olaraq hazırda tikinti işlərinin böyük hissəsinin tamamlandığı, 2-ci mərtəbədə arakəsmələrin tikildiyi, hər iki mərtəbədə qapı və pəncərələrin, eləcə də evin dam örtüyünün quraşdırıldığı, lakin tikilinin yaşayış üçün tam yararlı olmadığının müəyyən edildiyi, tikilinin həmin vəziyyətini əks etdirən fotoşəkillərin çəkilərək akta əlavə olunduğu, tikili yerində borclulardan heç kimin olmadığı, eləcə də usta və fəhlələrin işləmədiyinin müəyyən edildiyi qeyd edilmişdir. Akt icra məmuru və hal şahidləri tərəfindən imzalanmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Amil Əmirov tərəfindən xx.xx.2021-ci il tarixli aktda borclu tərəfindən tikinti işlərinin aparılmasına dair tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli müraciətinə əsasən mübahisəli torpaq sahəsində olarkən bundan əvvəl xx.xx.2021-ci il tarixdə aşkar edilən vəziyyətdən fərqli olaraq hazırda tikinti işlərinin böyük hissəsinin tamamlandığı, 2-ci mərtəbədə arakəsmələrin tikildiyi, hər iki mərtəbədə qapı və pəncərələrin, eləcə də evin dam örtüyünün quraşdırıldığı, lakin tikilinin yaşayış üçün tam yararlı olmadığının müəyyən edildiyi, tikilinin həmin vəziyyətini əks etdirən fotoşəkillərin çəkilərək akta əlavə olunduğu, tikili yerində borclulardan heç kimin olmadığı, eləcə də usta və fəhlələrin işləmədiyinin müəyyən edildiyi qeyd edilmişdir. Akt icra məmuru, tələbkar və hal şahidləri tərəfindən imzalanmışdır. İcra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MXMT (112)- 85/2021 saylı (Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağ küçəsi, sahə 104a və 104-də(mübahisəli ərazi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa subtropik bitkilər sovxozu ərazisi) hər hansı tikinti işlərinin aparılmasının X9, X4 və Şəxs qadağan edilməsinə dair) və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MXMT (112)-339/2021 saylı (Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağ küçəsi, sahə 104a və 104-də (mübahisəli ərazi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa subtropik bitkilər sovxozu ərazisi) hər hansı tikinti işlərinin aparılmasının X5 qadağan edilməsinə dair) qərardadları üzrə verilmiş icra vərəqələri ümumi icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş və Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli qərarı ləğv edilərək işdə olan natamamlıqların həll edilib aradan qaldırılması və inzibati xətaya dair işə yenidən baxılması üçün materialın Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında icra məmuru mübahisəli torpaq sahəsində olan zaman darvaza bağlı olduğundan torpaq sahəsinə daxil olub, evə baxış keçirə bilmədiklərini, Şəxs telefon vasitəsilə əlaqə saxlayaraq oraya dəvət etdiyini, borclu Şəxs evin onun tərəfindən tikilmədiyini bildirdiyini qeyd etmişdir. Yəni, icra məmuru özü Şəxs tikintinin onun aparmadığını akt tərtib olunan zaman bildirdiyini təsdiqləmişdir. Bundan başqa icra məmuru xx.xx.2021-ci il tarixdə borclunun icra şöbəsinə yenidən müraciət edərək torpaq sahəsində tikinti işlərinin davam etməsini bildirdikdən sonra yenidən mübahisəli əraziyə baxış keçirən zaman borcluların orada olmadığı, usta və fəhlələrin isə işləmədiyini bildirmiş, tərəfindən tərtib etdiyi aktlarda da bu halları qeyd etmişdir. Sədrlik edənin sualına cavab olaraq oradakı fəhlələrdən tikintini kimin aparması ilə bağlı suala ustanın göstərişlərini icra etdiklərini bildirdiklərini qeyd etmişdir. Bundan başqa Şəxs öz izahatında tikintinin dayandırılması üçün tədbirlər görəcəyini dedikdə bununla bağlı mülkiyyətçiyə məlumat verməsini nəzərdə tutduğunu, lakin başı uşağının xəstəliyinə qarışdığı üçün məlumat verə bilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icra vərəqəsindən görünür ki, borclu Şəxs mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması qadağan olunmuşdur. Məhkəmə tərəfindən borclunun üzərinə yeni mülkiyyətçiyə tikinti işlərinin aparılmasının qadağan edilməsi kimi bir öhdəlik qoyulmamışdır. Ona görə də onun yeni mülkiyyətçiyə məlumat verməməsi icra vərəqəsinin icra edilməməsi, tikinti işlərinin aparılması kimi qiymətləndirilə bilməz və onun inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Bundan başqa işin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi Bakı İnzibati Məhkəməsinin qərardadından öncə X1. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsində tikinti işlərinin aparılmasının X5 qadağan edilməsinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı mövcuddur və icraya yönəldilmişdir. İcra məmurunun sözlərinə əsasən həmin icra vərəqəsi 2022-ci ilin yanvar ayında icraata qəbul edilməsinə baxmayaraq bu günə qədər icra olunmamışdır. İcra olunmamasının səbəbi kimi isə icra vərəqəsində borclu X10 barəsində məlumatların qeyd edilməməsinə istinad etmişdir. Halbuki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən icra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən yol verilmiş pozuntular üç gün müddətində aradan qaldırılmalı və həmin icra sənədi yenidən icra məmuruna göndərilməlidir. Həmin Qanunun 7.1.4-ci maddəsinə əsasən tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i icra sənədində göstərilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi icra sənədində borclu barəsində məlumatların göstərilməməsi icra sənədinin geri qaytarılması üçün əsasdır. Lakin icra məmuru bunu etmək əvəzinə borclunun məlumatlarının göstərilməməsini əsas gətirərək icra sənədini icra edilməmiş vəziyyətdə 3 il icraatında saxlamışdır. 2025-ci il tarixdə isə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun 2021-ci il tarixdə mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması nəticəsinə gəlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs də bildirmişdir ki, 2021-ci il tarixdə birinci qərardan 7 ay sonra torpaq sahəsinin X2 bildikdən sonra həmin şəxsə tikinti işlərinin aparılmasının qadağan edilməsinə dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MXMT (112)-339/2021 saylı qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağ küçəsi, sahə 104a və 104-də (mübahisəli ərazi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa subtropik bitkilər sovxozu ərazisi) hər hansı tikinti işlərinin aparılması X5 qadağan edilmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Zülfüqarlı Baxışla telefon vasitəsilə danışan zaman ona evi özünün tikdiyini, məhkəmə mübahisələri ilə bağlı evini özəlləşdirə bilmədiyini demişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə keçirilən məhkəmə iclasında X10 video görüntü ilə əlaqə saxlanılan zaman, o müvafiq torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında Şəxs aldığını, sərəncam əsasında torpaq sahəsində tikinti işlərini apardığını, Şəxs tərəfindən həmin torpaq sahəsində heç bir tikinti işləri aparılmadığını, tikinti işlərinin müvafiq icazə əsasında onun tərəfindən həyata keçirildiyini bildirmişdir. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin tikintisinə icazənin olubolmaması, tikilinin hündürlüyündən asılı olaraq məlumatlandırma icraatının şamil olunduğu halda bununla bağlı yaxud tikintiyə icazə alınıbsa bu icazənin kim tərəfindən alınması halı da aydınlaşdırılmamışdır. Məhkəmə araşdırması nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağ küçəsi, sahə 104a və 104-də (mübahisəli ərazi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa subtropik bitkilər sovxozu ərazisi) hər hansı tikinti işlərinin aparılması öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən Şəxs tərəfindən mübahisəli ərazidə tikinti işlərinin aparılmasını təsdiq edən sübut təqdim edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqanın istinad etdiyi yeganə hal xx.xx.2021-ci il tarixdə akt tərtib edilən zaman Şəxs heç bir etiraz bildirmədən həmin aktı imzalamasıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin aktdan görünür ki, icra məmuru tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MXMT (112)-85/2021 saylı icra vərəqəsinin tələbləri şəxsə izah edilmişdir. Yəni həmin aktda icra məmuru tərəfindən mübahisəli torpaq sahəsində Şəxs tərəfindən tikinti işlərinin aparılması faktının müəyyən edilməsi qeyd edilməmiş, icra vərəqəsinin elan edilməsi qeyd edilmiş və borclu, tələbkar, hal şahidi və icra məmuru tərəfindən imzalanmışdır. Ümumiyyətlə xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, üç nəfər şəxsə tikinti işlərinin aparılması qadağan edilmişdir. Ondan sonra verilən icra vərəqəsinə əsasən isə X5 tikinti işlərinin aparılması qadağan edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən tikinti işlərinin məhz Şəxs tərəfindən aparılmasını təsdiq edən sübut təqdim edilməmişdir. Orada işləyən usta və fəhlələrin kimin göstərişi əsasında işləməsi müəyyən edilməmişdir. Bundan başqa icra məmuru məhkəmə iclasında bildirmişdir ki, darvaza bağlı olduğundan ümumiyyətlə mübahisəli torpaq sahəsinə daxil olub baxış keçirə bilməmişlər. Yuxarıda göstərilən halları nəzərə alsaq inzibati xəta haqqında protokol tərtib edən orqanın nəyə əsasən məhz Şəxs tərəfindən tikinti işlərinin aparılması nəticəsinə gəlməsi aydın deyil. Şəxsin təqsirini təsdiq edən heç bir mötbər sübut olmadığı halda onun inzibati məsuliyyətə cəlb olunması təqsirsizlik prezumpsiyasının tələblərinə ziddir. İş materiallarında olan sənədlər, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallari əksinə şəxsin təqsirsizliyini göstərir. Şəxsin təqsirliliyini sübuta yetirmək vəzifəsi inzibati xəta haqqında protokol tərtib edən orqanın üzərinə düşür. Məhkəmə ehtimallara dayanaraq şəxsin təqsirli olması nəticəsinə gəlib şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcudluğu sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar