Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4355/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü Ərazi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 10 iyul 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən, 10 iyul 2025-ci il tarixində ünvan 1 ünvanında yerləşən, Şəxs MMC-yə məxsus olan aptekdə planlı yanğın-texniki müayinə keçirilən zamanı aptek tərəfindən YTQ Ne 01-20011.9.12; 4.4; 6.1; 9.1 və 9.3 bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bununla da Şəxs MMC-nin tərəfindən Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, 10 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında tərtib olunmuş protokolda qeyd olunan hallarla tam şəkildə razı deyilik. Qeyd olunan ünvanda yerləşən aptekdə hüquqi şəxs tərəfindən əsaslı təmir zamanı tikinti sənədlərinin X1 Orqanı ilə razılaşdırılmaması barədə göstərilən bəndlə razıyıq və bu halın hüquqi baxımdan qanunvericiliyin tələblərinə zidd olduğunu qəbul edirik. Lakin protokolda göstərilmiş digər hallar, yəni, obyektin taxta konstruksiyalarının odadavamlı məhlulla hopdurulmaması, elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılmaması, yanğın xəbərverici siqnalizasiya qurğusunun nasaz olması və obyektin bu sistemlə tam təmin olunmaması barədə iddialarla razılaşmırıq. Belə ki, bu hallar üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir əsaslandırıcı sübut, texniki rəy və ya ölçmə nəticələri təqdim edilməmişdir. Tərəfimizdən tələb edilməsinə baxmayaraq, göstərilən texniki qüsurların obyektiv və texniki ekspertiza əsasında müəyyən olunduğunu təsdiqləyən heç bir rəsmi sənəd təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Şəxs MMC-yə AR İXM-nin 518.1-ci maddəsi ilə tətbiq edilmiş inzibati cərimənin şərti tətbiq edilməsini, Şəxs MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 ay müddət təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü Ərazi X1 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü Ərazi X1 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti tərəfindən qəbul edilmiş “Yanğın-texniki müayinənin aparılması haqqında” 30 iyun 2025-ci il tarixli, 3-18- 62/Q-362/2025 saylı qərardan görünür ki, Şəxs MMC-də planlı yoxlamanın aparılması qərara alınmışdır. 07 iyul 2025-ci il tarixli, 3-18-62/Q-362/2025 saylı “Yanğın-texniki müayinə aktı”ndan və “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” 11 iyul 2025-ci il tarixli, 3-18-62/Q-542/2025 saylı qərardan görünür ki, qeyd olunan ünvanda yerləşən aptekdə hüquqi şəxsin əsaslı təmir zamanı tikinti sənədləri X1 Orqanı ilə razılaşdıırlmayıb, obyektdə olan taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb, elektrik qurğuları normativ sənədlərin tələblərinə uyğun quraşdıırimayıb, obyektin yanğın xəbərverici siqnalizasiya qurğusu nasazdır; obyekt yanğın xəbərverici siqnalizasiya qurğusu ilə tam təmin olunmamışdır. İnzibati xəta haqqında 10 iyul 2025-ci il tarixli, MN ******* saylı tarixli protokoldan görünür ki, 10 iyul 2025-ci il tarixində ünvan 1 ünvanında yerləşən, Şəxs MMC-yə məxsus olan aptekdə planlı yanğın-texniki müayinə keçirilən zamanı aptek tərəfindən YTQ Ne 01- 20011.9.12; 4.4; 6.1; 9.1 və 9.3 bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlarla Şəxs MMC-nin nın AR İXM-nin 518.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC barəsində AR İXM-nin 518.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Şəxs MMC-yə AR İXM-nin 518.1-ci maddəsi ilə tətbiq edilmiş inzibati cərimə şərti tətbiq edilsin. Şəxs MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 01 ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (01 ay) ərzində səlahiyyətli orqana (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü Ərazi X1 İdarəsi) və məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Şəxs MMC-yə izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4355/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4355/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver