Məhkəmə qərarları › İş №3(008)-4395/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4395/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4395/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərova Aytən Eldar qızının katibliyi, Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-355/2021 saylı, 07 iyun 2021-ci il tarixli icra vərəqəsini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-355/2021 saylı, 07 iyun 2021-ci il tarixli icra vərəqinə əsasən iddia qismən təmin edilərək, Şəxs cəmi 10.095.96 manat məbləğində pul vəsaiti və 5 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs QSC-nə ödənilməsi qət edilmişdir. İcra vərəqi üzrə icraata başlanılmış, borcluya könüllü icra barədə vaxt verilmiş, izahatları alınmış, borclunun məcburi gətirilməsi barədə təqdimat qəbul edilmişdir. Məhkəmə iclasında Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X2 göstərmişdir ki, borclu tərəfindən bu gün 200 manat ödəniş olmuş və tələbkarın nümayəndəsi və borclu arasında razılaşma əldə edilmiş və bu səbəbdən də xx.xx.2025-ci il tarixli 309798/2021-4-34 saylı Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin rəis müavini Zİya İsmayılzadə tərəfindən yazılmış ərizəni təqdim edərək protokola baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tələbkarın nümyəndəsi Nümayəndə böyük icra məmuru tərəfindən verilmiş ərizəyə münasibətdə göstərmişdir ki, borclu ilə razılıq əldə edilmiş, bu səbəbdən də hazırda protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Borclu Şəxs bu gün 200 manat ödəniş etdiyini və tələbkarın nümayəndəsi ilə razılıq əldə edilməsinə istinad edərək, haqqında protokola baxılmadan geri qaytarılmasına etiraz etmir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, borclu X3 barəsində inzibati xəta haqqında MN-2323002 nömrəli, xx.xx.2025-ci il tarixli protokola baxılması üçün protokol xx.xx.2025-ci il tarixli 309798/2021-4-34 saylı Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin rəis müavini Ziya İsmayılzadə tərəfindən baxılması üçün məhkəməyə göndərilmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixli 309798/2021-4-34 saylı Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin rəis müavini Ziya İsmayılzadə tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Şəxs barəsində tərtib edilmiş protokolun baxılmadan geri qaytarılması xahiş olunur. Odur ki, məhkəmə hesab edir ki, protokolu tərtib edən şəxs onu geri qaytarılmasını da xahiş etdiyindən onun bu hüququ nəzərə alınmalıdır. Təqdim edilmiş xx.xx.2025-ci il tarixli 92904 tranzaksiya nömrəli qəbzin surətindən görünür ki, tələbkarın hesab nömrəsinə 200 manat ödəniş edilmişdir. Tələbkarın nümayəndəsi Nümayəndə tərəfindən Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, borclu barəsində verilmiş protokolun geri götürülməsi xahiş olunmuşdur. Borclu tərəfindən təqdim edilmiş ərizənin surətindən görünür ki, icra vərəqəsi üzrə qalıq qalmış borcdan hər ay 100 manat ödəniş edəcəkdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli 309798/2021- 4-34 saylı Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin ərizəsi nəzərə alınmaqla, protokolu tərtib edən şəxs onu geri qaytarılmasını xahiş etdiyindən onun bu hüququ nəzərə alınmaqla, protokol baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 21 iyul 2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar