Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4396/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X2, X1, Müdafiəçi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Ermənistan Respublikasının Böyük Qarakilsə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Daşkəsən rayonu, Bayan Ə/D, Bayan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 21 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 150/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 29 noyabr 2010-cu il təvəllüdlü X3 və 24 iyun 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X7 bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-150/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 29 noyabr 2010-cu il təvəllüdlü X3 və 24 iyun 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-150/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş təqdim edilmişdir. Şəxs tələbi könüllü icra müddətində təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanılması məqsədilə üçün müxtəlif təşkilatlara ünvanlanmış sorğulara verilmiş cavablardan ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəfələrlə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, isə izahatlarında işsiz olduğunu əsas gətirərək alimenti ödəmədiyini bildirmişdir. Hazırda uzun müddət keçsə də Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınır. İcra vərəqəsinin icrasından yayındığı üçün Şəxs barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq axtarış elan edilmişdir. X8 30 may 2025ci il tarixində 100 (yüz) manat, 5 iyun 2025ci il tarixində 50 (əlli) manat, 17 iyun 2025ci il tarixində 150 (yüz əlli) manat, 21 iyun 2025ci il tarixində 100 (yüz) manat, 25 iyun 2025ci il tarixində 50 (əlli) manat, 12 iyul 2025ci il tarixində 80 (səksən) manat, 19 iyul 2025ci il tarixində 120 (yüz iyirmi) manat, yekun olaraq, 30 may — 19 iyul 2025-ci il tarixləri aralığında ümumilikdə 650 manat məbləğində aliment ödəməsi həyata keçirmişdir. Hazırda Şəxs aliment borcunun məbləği 1220 manat təşkil edir. Tələb edilən bütün məbləğin tam şəkildə, qalan balansın hissəvi ödənişlə deyil, birdəfəlik ödənilməsi tələb olunur. Tələbkar hissəvi ödənişlərin qəbul edilməsinə razılıq vermir. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-150/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ondan 29 noyabr 2010-cu il təvəllüdlü X3 və 24 iyun 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. O, hal-hazırda qeyri-rəsmi şəkildə qul bazarında gündəlik əmək müqabilində işləyərək, orta hesabla 15-16 manat məvacib əldə edir. O, qazancının əsas hissəsini aliment ödənişlərinə yönəldir, qalan məbləğ isə şəxsi ehtiyaclarını ödəməyə kifayət edir. Müəyyən vaxtlarda, borclu olmamasına baxmayaraq, bir neçə dəfə barəsində əsassız axtarış elan edilmiş və bu hallar nəticəsində iş yerini itirmişdir. Əvvəllər o, "Qazel" markalı avtomobil ilə metal qəbulu işi ilə məşğul olmuş, sabit qazanc əldə etdiyindən aliment ödənişlərini vaxtında və gecikmədən həyata keçirmişdir. Lakin həmin iş imkanını itirdiyindən, hazırda eyni səviyyədə gəlir əldə edə bilmir və bu səbəbdən aliment borcunu tam şəkildə ödəyə bilmir. Hal-hazırda yalnız aylıq 200 manat miqdarında ödəniş etməyə imkan tapır. Eyni zamanda, qarşı tərəfin (tələbkarın) işlədiyi və müstəqil gəlir əldə etdiyi də məlumdur. O bildirir ki, qarşı tərəfin məqsədi aliment ödənişinin təmin edilməsi deyil, şəxsi prinsip və qərəzli yanaşmalar əsasında onu cəzalandırmaq və həbs etdirməkdir. Bundan əlavə, qarşı tərəf uşaqları ona qarşı yönləndirir, onlarla görüşmək imkanını məhdudlaşdırır və ya tamamilə əngəlləyir. Bu hallar valideynlik hüquqlarının pozulması ilə nəticələnir. Bütün bu çətinliklərə baxmayaraq, öhdəliklərini yerinə yetirməyə çalışır və real gəlir imkanları çərçivəsində aliment ödənişlərini davam etdirir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəçisi Nümayəndə izahatında göstərmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi (icra məmurunun qanuni tələblərini üzrsüz yerinə yetirməmə) üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs aliment öhdəliyinin tam yerinə yetirilməsində obyektiv maddi çətinliklərlə üzləşmişdir. Belə ki, vətəndaşın sabit və rəsmi gəliri yoxdur, lakin o, maddi imkanlarına uyğun olaraq mütəmadi şəkildə ödənişlər həyata keçirmiş və öhdəliyin tam yerinə yetirilməsi üçün səylər göstərmişdir. Şəxs hərəkətində qərəzli niyyət, icra məmurunun qanuni tələblərini bilərəkdən yerinə yetirməmə halları müşahidə olunmamış, o, qanunla müəyyən olunmuş tələblərə etinasız yanaşmamışdır. Əksinə, şəxsin davranışı maddi imkanları çərçivəsində öhdəliyi yerinə yetirməyə yönəlmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq, şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X9 izahatında göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-150/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 29 noyabr 2010-cu il təvəllüdlü X3 və 24 iyun 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etəmişdir. Şəxs faktiki olaraq “Ford” markalı avtomobil idarə edir və metal qəbulu sahəsində fəaliyyət göstərərək, gəlir əldə edir. Onun maddi vəziyyəti haqqında "qul bazarında işlədiyi" barədə verdiyi bəyanatlar həqiqətə uyğun olmayan məlumatlardır. Hər iki övladın sağlamlıq problemləri mövcuddur və onların müalicə xərclərini özü qarşılayır. Lakin maddi imkanı bu xərcləri tam şəkildə ödəməyə kifayət etmir. Aliment məbləğinin müntəzəm və ya ən azı yarı miqdarda ödənilməsi uşaqların gündəlik ehtiyaclarının ödənilməsi baxımından zəruri hesab olunur. Onun məqsədi qarşı tərəfin cəzalandırılması və ya azadlıqdan məhrum edilməsi deyil. Onun əsas istəyi alimentin vaxtında və tam (və ya qismən) ödənilməsidir ki, bu da uşaqların rifahına xidmət edir. Tərəfindən uşaqlarla ata arasında görüşlərin keçirilməsinə hər hansı maneə yaradılmır. Əksinə, ata özü görüşlərdə iştirak etmir, eyni zamanda uşaqlarla telefon əlaqəsi zamanı alimenti ödəmək niyyətində olmadığını bildirir. Yuxarıda göstərilənləri nəzərə alaraq, aliment öhdəliklərinin tam və ya heç olmasa yarı miqdarda yerinə yetirilməsi üçün zəruri tədbirlərin görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-150/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 29 noyabr 2010-cu il təvəllüdlü X3 və 24 iyun 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-150/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 29 noyabr 2010-cu il təvəllüdlü X3 və 24 iyun 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat aliment tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 150/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Daşkəsən rayon icra şöbəsinin 19 mart 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və müdafiəçinin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə hesab edir ki, borclunun öhdəliyi hər ay 340 manat (iki uşağa görə) ödəməkdir. Lakin o yalnız 200 manat ödədiyini etiraf edir. Bu, öhdəliyin təxminən 40%-lik bir hissəsinin davamlı şəkildə yerinə yetirilməməsi deməkdir və qanunvericilikdə bu hal tam və düzgün icra edilməməsi kimi qiymətləndirilir. Borclu qeyri-rəsmi işlədiyini və gündəlik 15–16 manat qazandığını bəyan edir. Lakin o, sabit gəlirli bir iş axtarmaq və ya əmək müqaviləsi ilə işləmək üçün heç bir konkret cəhd etdiyini sübut etmir. Bu, məhkəmə tərəfindən iradənin olmaması və məqsədli yayınma kimi dəyərləndirilə bilər. Əvvəlki iş imkanını itirdiyini bəyan etməsinə baxmayaraq alternativ fəaliyyətə dair sübut yoxdur. Borclu “Qazel” ilə metal yığımı işini itirdiyini bildirir. Ancaq o zamandan bəri qanuni, sabit və rəsmi gəlirli alternativ fəaliyyət tapmaq üçün atdığı addımları sənədlərlə sübut etmir. Bu isə qəsdən passivlik və alimentdən yayınma niyyəti kimi qiymətləndirilə bilər. O, daha əvvəl bir neçə dəfə əsassız olaraq axtarışa verildiyini və bunun iş yerinin itirilməsinə səbəb olduğunu bildirir. Lakin alimenti ödəməmək üçün bu cür bəhanələrin gətirilməsi və ödəmənin yalnız qismən həyata keçirilməsi, qanun qarşısında borcun icrasından yayınma hesab edilə bilər. Axtarış elan edilməsi borcu aradan qaldırmır və hüquqi öhdəliyin icrasını istisna etmir. Aliment övladların saxlanılması üçün nəzərdə tutulmuş məcburi ödənişdir. Onun müntəzəm və tam məbləğdə ödənilməməsi uşaqların rifahına zərər vurur. Borclu bunu bilərəkdən və maliyyə imkanlarını "minimallaşdıraraq" öhdəlikdən qismən yayınırsa, bu, qərəzli və məqsədli yayınma kimi hüquqi qiymət ala bilər. Borclunun qəsdən rəsmi işə düzəlməməsi, aylıq məcburi məbləğin yalnız bir qismini ödəməsi, alimentin tam və vaxtında ödənilməməsini müxtəlif sosial və şəxsi səbəblərlə əsaslandırması, alternativ iş imkanları axtarmağa dair sübut təqdim etməməsi bütün bu hallar İXMnin 528.1-ci maddəsinə əsasən "üzrsüz səbəbdən icra sənədinin tələblərini yerinə yetirməmək" kimi qiymətləndirilə bilər və qərəzli yayınma faktını sübut edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4396/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4396/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver