Məhkəmə qərarları › İş №3(008)-44/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-44/2024

01.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-44/2024 01.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Anayeva Sevinc Vahid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Qubadlı rayonu, Qubadlı qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru, polis kapitanı X8, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə MN №1558585 seriya nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru polis kapitanı X2 protokolu müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 19:40 radələrində ünvan 1 ünvanında Şəxs X3 yaxınlaşaraq onun narahat etməsi barədə sonuncunun valideyni X1 şöbəyə ərizəsi daxil olmuşdur. Bununla bağlı X1 və Şəxs izahatları alınmış, nəticədə tərəfindən sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə müraciət olunmuşdur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, əvvəllər Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi ünvanında kafe işlətmişdir. X4 da əvvəllər kafesində işləmiş qadın işçisinin qızına bənzədərək, ona anasını yenidən işə dəvət etməkdən ötrü nömrəsini götürmək məqsədilə yaxınlaşmışdır. Lakin onun hər hansı başqa niyyəti olmamışdır. Elə buna görədir ki, bir daha sözügedən ünvanda olmamış və heç kimi narahat etməmişdir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5, məhkəmə iclasında protokolda göstərilənləri təsdiq edərək izahatında bildirdi ki, qızı xx.xx.2023-cü il tarixdə, saat 19:16 radələrində fənn məşğələsindən çıxaraq faktiki yaşadıqları Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi ünvanında yerləşən evlərinə qayıdan zaman möhkəm qorxmuşdur. Bunun səbəbi isə, 40-45 yaşlarında tanımadığı bir kişinin onu təqib etməsi və idarə etdiyi avtomaşına minməyi təklif etməsi olmuşdur. Hesab edir ki, həmin şəxsin, yəni Şəxs hazırkı izahatı həqiqəti əks etdirmir və o, pis niyyətlə qızına yaxınlaşmışdır. Qızı halhazırda Naxçıvan MR-da – nənəsinin yanındadır. Qeyd olunanlara əsasən, qanuni nümayəndə Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, işin faktiki halları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - MN №1558585 seriya nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə, saat 19:40 radələrində ünvan 1 ünvanının qarşısında Şəxs ona yaxınlaşaraq onun narahat etdiyini bildirmişdir. barədə sonuncunun valideyni X1 şöbəyə ərizəsi daxil olmuşdur. - Şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-də verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə heç kimə qarşı xırda xuliqanlıq hərəkətləri törətməmişdir. O, heç kimə yaxınlaşmamış və heç bir söz deməmişdir. - X7 Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-də verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində tanımadığı 40-45 yaşlarında bir nəfər şəxs ona yaxınlaşaraq, maşına əyləşib getməyi təklif etmişdir. Sonradan dalınca gələrək, yaşadığı binanın qarşısında dayanaraq, onu izləmiş və giriş qapısına qədər gəlmişdir. - İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli, AZA № 017133 seriya nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatlarını özünümüdafiə məqsədi daşıdığı qənaətinə gələrək, hesab edir ki, məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın inzibati xətanın yetkinlik yaşına çatmayana qarşı törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi, onun ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə digər halları nəzərə alaraq, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (bir yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar