Məhkəmə qərarları › İş №3(008)-4400/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4400/2022

01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4400/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ YHN inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edimiş inzibati xəta haqqında 31 iyul 2022-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi küçəsində hərəkət edərkən düzgün ara məsafəsi saxlamamış, qarşısındakı “Kia Pride” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil dayandıqda onun arxa hissəsindən vurub toqquşmuş, toqquşma nəticəsində zərbədən həmin avtomaşın da qarşısındakı “VAZ-2107” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Sürücü avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Avtomobilə maddi ziyan yetirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ YHN inspektoru X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs sürücülük vəsiqəsi olmadan Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi küçəsində hərəkət edərkən düzgün ara məsafəsi saxlamamış, qarşısındakı “Kia Pride” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil dayandıqda onun arxa hissəsindən vurub toqquşmuş, toqquşma nəticəsində zərbədən həmin avtomaşın da qarşısındakı “VAZ-2107” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, yol hərəkəti qaydalarını pozduğunu etiraf edir. Əməlindən səmimi peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 31 iyul 2022-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi küçəsində hərəkət edərkən düzgün ara məsafəsi saxlamamış, qarşısındakı “Kia Pride” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil dayandıqda onun arxa hissəsindən vurub toqquşmuş, toqquşma nəticəsində zərbədən həmin avtomaşın da qarşısındakı “VAZ-2107” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Sürücü avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Avtomobilə maddi ziyan yetirilmişdir. Şəxs izahatında göstərmişdir ki, 28 iyul 2022-ci il tarixdə, saat 10:00-da Sabunçu qəsəbəsi, Şəhər şossesində yerüstü piyada keçidinə çatmamış sürücülük hüququ olmadan özünə məxsus olan avtomobillə hərəkətdə olarkən qarşısındakı “Kia Pride” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən sürətini azaltmış, bu zaman onunla həmin maşın arasında ara məsafəsi az olduğundan maşının arxa hissəsindən vurub toqquşmuşdur. Toqquşma nəticəsində zərbədən həmin maşın qarşısındakı “VAZ- 2107” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Avtomobilə maddi ziyan dəymişdir. X2 izahatında göstərmişdir ki, 28 iyul 2022-ci il tarixdə, sxaat 10-da Sabunçu qəsəbəsi,Şəhər şossesində etibarnamə ilə idarə etdiyi “VAZ-2107” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etmiş, qarşısındakı avtomobillər sürətini azaltdıqlarından o da sürətini azaltmış, bu zaman arxadan gələn “Mercedes” markalı, **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ondan arxadakı “Kia” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından dəyərək toqquşmuşdur.Zərbənin təsirindən həmin avtomaşın da onun avtomobilinin arxasına çırpılmışdır. X4 izahatında göstərmişdir ki, 28 iyul 2022-ci il tarixdə, sxaat 10-da Sabunçu qəsəbəsi,Şəhər şossesində etibarnamə ilə idarə etdiyi “Kia Pride” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşısındakı avtomobillər sürətini azaltdıqlarından o da sürətini azaltmış, bu zaman arxadan gələn “Mercedes” markalı, **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsinə dəyərək toqquşmuşdur. Zərbənin təsirindən onun avtomobili qarşısındakı “VAZ-2107” markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsinə dəymişdir. “Vətən müharibəsi əlillərinə kömək ictimai birliyi” tərəfindən verilmiş vəsiqədən görünür ki, Şəxs həmin birliyin fəxri üzvüdür. İnternet portalından çıxarılmış sənəddən görünür ki, Şəxs müddətsiz birinci qrup əlildir. 28 iyul 2022-ci il tarixli, 1/3918 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X4 ayıq olmuşdur. Məhkəmə hesab edir ki, iş materialları ilə Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməklə yanaşı onun öz etirafedici izahatı ilə də öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs sürücülük vəsiqəsi olmadan, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərək zərərçəkmiş şəxslərə maddi zərər vurması iş materialları öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, birinci qrup əlil olmasını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf edərək peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və həmin tənbehin tətbiq edilməsi ilə inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar