Məhkəmə qərarları › İş №3(008)-4400/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4400/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4400/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X8 qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 16 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana 2-ci sahə ərazisində xx.xx.2025-ci il tarixində ferma təsərrüfatında formalaşan tullantı və çirkab suların Hövsan kanalına təyinatsız olaraq axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana 2-ci sahə ərazisində xx.xx.2025-ci il tarixində ferma təsərrüfatında formalaşan tullantı və çirkab suların Hövsan kanalına təyinatsız olaraq axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 16 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana 2-ci sahə ərazisində xx.xx.2025-ci il tarixində ferma təsərrüfatında formalaşan tullantı və çirkab suların Hövsan kanalına təyinatsız olaraq axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; 16 iyul 2025-ci il tarixli 000214 nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarını, həmçinin Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərini rəhbər tutaraq mütəmadi olaraq monitorinq nəzarət tədbirləri həyata keçirilir. Belə ki, xx.xx.2025-ci il tarixində aparılan monitorinqlər zamanı Hövsan kanalının Sabunçu rayonu, Yeni Ramana 2-ci Sahə ərazisindən keçən (koordinatorlar 40°27´29.8N 50°00´59.5E) hissəsində ferma təsərrüfatlarının olduğu, orada formalaşan çirkab suların isə birbaşa olaraq kanala axıdıldığı müəyyən edilmişdir. Monitorinq müddətində sözügedən fermalarda işləyən şəxslərə danışıqlar zamanı fermalardan birinin Əli Səmədov adlı şəxsə (tel:+994 50-203-60-80) məxsus olduğu (su sayğac nömrəsi ********) digərinin isə Şəxs adlı şəxsə (tel:+994 50-408-07-09) məxsus olduğu (su sayğac nömrəsi ********) bildirilsə də, ferma sahiblərinin şəxslərinin burda olmadığı üçün digər məsələlərlə bağlı məlumat verməkdən imtina etmişdirlər. xx.xx.2025-ci il tarixində Şəxs etibarnamə verdiyi şəxs X7 1 saylı Bakı Regional Bölməyə gələrək yazılı izahatında “çirkab və tullantı suların birbaşa olaraq kanala axıdıldığını və bunun qarşısının alınması üçün tədbirlər görəcəklərini” bildirərək və özü barədə sənədləri təqdim edərək aşkar edilmiş faktı təsdiq etdi. Araşdırma müddətində X5 çirkab suyun idarə edilməsi barədə qanunvericiliyin tələblərini və araşdırma ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası “Su Məcəlləsi”-nin 45, 78, 79, 81, 103-cü maddələrinin Azərbaycan Respublikası “Su Təchizatı və Tullantı Suları haqqında Qanunu”nun 10-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın müvafiq maddələri pozulmuşdur.Bununla bağlı video və fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Şəxs etibarnamə üzrə nümayəndəsi X4 izahatından görünür ki, Şəxs məxsus kiçik fermanın çirkab tullantı suları birbaşa Hövsan kanalına axıdılır. Qeyd olunan hallarla tam razıdır, məsələnin aradan qaldırılması istiqamətində tərəfindən tədbirlər görüləcək. Həmçinin bildirir ki, İXM-nin 262.2.3-cü maddəsinə əsasən maddənin sanksiyasında nəzərdə tutulmuş 150 (bir yüz əlli) manat cəriməni könüllü qaydada ödəmək istəyir; Birbank ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə X1 150 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, fotoşəkillər və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 262.2.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar