Məhkəmə qərarları › İş №3(008)-4401/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4401/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4401/2021 11.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 17 sentyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 17 sentyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 oğlu AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 17.09.2021-ci il tarixli EQ ******* saylı «İnzibati tənbeh haqqında» elektron qərarına əsasən AR İXM-nin 346.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat cərimə olunmuşdur. İşin halları ondan ibarətdir ki, X3 oğlu barəsində şikayət olunan elektron qərar qəbul edilmişdir ona görə ki, guya o “İSUZU ESOBUS” markalı **-KP-*** dövlət nömrəli avtobusla «ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançasından kənarda dayandırmışdır. Bu barədə elektron qərarı aldıqdan sonra Baş Dövlət Yol Polisi İdarəsinə məlumat göndərmişdir ki, bu avtobusu o idarə etmir, onun həmin avtobusu idarə etmək üçün heç hüququ da yoxdur. Bildirir ki, xətanı o və ya onun maşını yox, həmin avtomaşının sürücüsü törətmişdir və indi belə bir nəticə çıxır ki, DYPİ onu törətmədiyi bir xətaya görə inzibati məsuliyyətə cəlb edərək cərimə etmişdir. Bu isə qanunsuz olmuşdur. Hesab edir ki, barəsində qanunsuz olaraq qərar qəbul edilərək cərimə olunmuşdur. Məhkəmədən şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçi X1 şikayətini nəzərdən keçirib, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 17.09.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini və əsaslığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş 17 sentyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqın da iş üzrə icraat aparılan X2 17 sentyabr 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Beləliklə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X1 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Qərarın ləğv olunması üçün X2 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 17 sentyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından ləğv olunması barədə şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 17 sentyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə şikayəti təmin olunmasın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar