Məhkəmə qərarları › İş №3(008)-4402/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4402/2022

01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4402/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin sahə rəisi Rizvan Muxtarovun iştirakları ilə, 05 avqust 1986-cı il tarixdə Tər-Tər şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Tər-Tər şəhəri, H.Aslanov küçəsi, ev 47 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İş materiallarında olan MN ******* saylı, 01 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 31 iyul 2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində polisin qanuni tələblərini yerinə yetirməmiş və polisin iş rejiminin pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, öz evində ailə üzvləri ilə mübahisə etdiyini etiraf edir. Lakin polis əməkdaşlarına hər hansı tabesizlik göstərməmişdir. Əksinə polis əməkdaşları onunla pis rəftar etmişlər, onu döyərək xəsarət yetirmişlər. Göstərilənlərin nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin sahə rəisi Rizvan Muxtarov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, 31 iyul 2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində Şəxs ailə üzvləri dalaşdığından onun anası ərizə ilə polis şöbəsinə müraciət etmiş, polis əməkdaşları Şəxs bölməyə dəvət etdikdə o, gəlməkdən imtina edərək polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs barəsində qanunla müəyyən edilmiş tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Rizvan Muxtarov polis əməkdaşları tərəfindən Şəxs hər hansı xəsarət yetirilmədiyini, ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 ərizəsindən görünür ki, o, öz ərizəsində oğlu Şəxs gecə saat 03:30 radələrində sərxoş vəziyyətdə evə gələrək onlarla münaqişə etdiyini, evi dağıtdığını, onları söyərək hədələdiyini,nalayiq ifadələrlə onu və digər ailə üzvlərini təhqir etdiyini, çəkic götürüb onların üzərinə gəldiyini qeyd edərək oğlu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. 01 avqust 2022-ci il tarixli raportdan görünür ki, 31 iyul 2022-ci il tarixdə Balaxanı qəsəbəsində xidmətdə olarkən təxmini saat 05:00 radələrində vətəndaşların polis əməkdaşlarına yaxınlaşaraq Balaxanı qəsəbəsi, Müsavat küçəsində səs-küy olduğunu bildirmişlər. Onlar dərhal həmin ünvana yaxınlaşmışlar, həmin şəxsin anası oğlunun onları söyüb təhqir etdiyini və evi dağıtdığını bildirmiş, Həmin şəxs saxlanılarkən polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq polisə tabesizlik göstərməklə polisin nüfuzuna nalayiq söyüşlər işlətmişdir. “Xəsarətin aşkar olunması barədə” 31 iyul 2022-ci il tarixli aktdan görünür ki, Şəxs polis şöbəsinəm gətirilərkən sərxoş vəziyyətdə olmuş, özünü idarə edə bilmədiyi müəyyən edilmiş, onun dodaq nahiyyəsində çapıq olması müəyyən edilmişdir. 31 iyul 2022-ci il tarixli, 1/1652 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs həmin tarixdə orta dərəcədə sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 31 iyul 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həsbetmənin əvvəli 01 avqust 2022-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 01 avqust 2022-ci il tarixdən, tarixdə saat 18:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar