Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4404/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası FHN-nin X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi 12 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası FHN-nin X7 Xidməti 4-cü ərazi X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası FHN-nin X7 Xidməti 4-cü ərazi X7 İdarəsindən daxil olmuş 13 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən 13 iyun 2024-cü il tarixdə Sabunçu rayon Zabrat qəsəbəsi, Babək küçəsi 16 ünvanında yerləşən tikinti materialları mağazasında planlı YTM keçirilən zaman istismardan keçmədən fəaliyyət göstərmək aşkar olundu. Bununla da Şəxs MMC tərəfindən AR İXMnin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd edilən protokolda bu faktın xx.xx.2024-cü il tarixli 01728 nömrəli YTM aktı ilə təsdiq edildiyi qeyd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi bildirmişdir ki, inzibati xəta haqqında protokolda tərəflərindən müayinə keçirilən ünvan Sabunçu rayonu Zabrat qəsəbəsi, Babək küçəsi 16 qeyd edilmişdir. Faktiki olaraq Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin qeyd etdiyi ünvanda, yəni Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində yerləşən mağazada müayinə aparmışlar. Protokolda qeyd edilən ünvanı reyestrdən əldə etmişlər. Onlar müayinə aparılan zaman istismara qəbul aktını tələb etmişlər.Lakin bu akt onlara təqdim olunmadığından inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi 12 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmə iclasında bildirmişdir ki, inzibati işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən tərəflərindən X7 Xidməti tərəfindən tərtib edilmiş obyektin yanğın təhlükəsizliyinin normativ tələblərinə uyğun olmasına dair rəy məhkəməyə təqdim edilmişdir. Qeyd edilən sənəd obyekt sahibində olduğu üçün onlar yoxlama aparılan zaman təqdim edə bilməmişlər. Şəxs MMC Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində inşa olunmuş X1 məxsus qeyri-yaşayış obyektini icarəyə götürmüşlər. Həmin qeyri-yaşayış sahəsinin yanğın təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması, bununla bağlı müvafiq orqanlara müraciətlərin edilməsi, istismara qəbul aktının əldə olunması obyekt sahibi tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan həmin rəydən görünür ki, müayinə olunan obyekt yanğın təhlükəsizliyi tələblərinə cavab verir. 4-cü ərazi yanğın nəzarəti idarəsinin səlahiyyəli nümayəndəsi də məhkəmə iclasında bildirdi ki, faktiki olaraq Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində yerləşən ünvanda yoxlama aparmışlar. Həmin ünvanda yerləşən obyektin istismara qəbul aktını təsdiq edən sənəd məhkəməyə təqdim olunmuşdur. Məhkəmədən qeyd edilənləri nəzərə alıb inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Yanğın-texniki müayinə aktı"nda Omid MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Zabrat qəsəbəsi, Babək küçəsi 16 ünvanda yerləşən obyektin istismardan keçmədən fəaliyyət göstərdiyi, bununla da “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində inşa olunmuş X1 məxsus birmərtəbəli qeyri-yaşayış (722,96 m2) obyektində keçirilmiş yanğın-texniki müayinəyə əsasən bina və qurğularla yanğına qarşı ara məsafəsinin, eləcə də təxliyə yollarının yanğın təhlükəsizliyinin normativ tələblərinə uyğun olması qeyd edilmişdir İcarəyə verən X5 ilə icarəçi Şəxs MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 27/23 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində yerləşən qeyri-yaşayış sahəsini 10 il müddətinə icarəçinin istifadəsinə vermişdir. Həmin müqavilənin 5.1.11 -ci bəndinə əsasən elektrik ötürücülərinin (kabellərin, naqillərin) Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq seçilib quraşdırılmasını, onların artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməsi icarəyə verənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikası FHN-nin X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin səlahiyyətli nümayəndəsi barəsində inzibati xəta haqqında protokol tərtib edilən orqanın nümayəndəsinin qeyd etdiyi ünvanda, yəni Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində yerləşən obyektdə tərəfindən yoxlama aparıldığını bildirmişdir. Qeyd olunan obyektə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli rəy verilmiş və həmin rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsində inşa olunmuş X1 məxsus birmərtəbəli qeyri-yaşayış (722,96 m2) obyektində keçirilmiş yanğın-texniki müayinəyə əsasən bina və qurğularla yanğına qarşı ara məsafəsinin, eləcə də təxliyə yollarının yanğın təhlükəsizliyinin normativ tələblərinə uyğun olduğu qeyd edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin dispozisiyasına əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs MMC tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-4404/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4404/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver