Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4405/2022 10.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, şikayətçi X2 iştirakı ilə, Bakı şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul olunmuş 14 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul olunmuş 14 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək göstərmişdir ki, Bakı şəhər DYPİnin polis mayoru X1 tərəfindən qəbul olunmuş 14 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. İlk növbədə qeyd edir ki, barəsində inzibati tənbehin tətbiq olunması barədə qərarlarıən surətləri ona yalnız 29 iyul 2022-ci il tarixdə təqdim olunmuşdur. Həmçinin, bildirir ki, qərarda göstərilən avtomobil onun qardaşının mülkiyyətində olmaqla həmin dövrdə etibarnamə əsasında onun tərəfindən də idarə edilmişdir. İnzibati xətanın mənim yoxsa qardaşım tərəfindən törədilməsini müəyyən etmək mümkün deyil. Bakı şəhər DYPİ-nin polsi mayoru X1 tərəfindən qəbul olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar isə 14 mart 2022-ci il tarixdə qəbul olunmuşdur. Hesab edr ki, Bakı şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul olunmuş 14 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ona təqdim olunmadığından və elektron kabinetdə yerləşdirilmədiyindən həmin qərar ləğv olunmalı və barəsində aparılan inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə ünvanlanmış ərizəyə əsasən, vətəndaş X4 “Mersedes Benz E-240” markalı **- NU-*** dövlət nömrə nişanlı və “Nissan Tiida” markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobillərlə bağlı tərtib olunmuş və cəriməsi ödənilməyən inzibati xətalar protokolları üzrə qəbul edilmiş qərarların surətlərinin ona təqdim edilməsini, həmin inzibati tənbeh qərarlarından hansıların və nə vaxt elektron kabinetdə yerləşdirilməsi barədə məlumat verilməsini xahiş etmişdir. AR DİN Baş X11 İdarəsindən X3 göndərilmiş 17 iyun 2022-ci il tarixli, № 016- 71324Y-3222 saylı məktuba əsasən, vətəndaş X2 AR DİN Baş X11 İdarəsinə ünvanladığı müraciət araşdırılaraq tədbir görülməsi üçün Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradova göndərilmişdir. 15 iyul 2022-ci il tarixdə təkrar olaraq AR DİN Baş X11 İdarəsinə, Bakı şəhər Baş X11 İdarəsinə və Sabunçu Rayon Polis İdarəsinin X11 Şöbəsinə ünvanlanmış ərizəyə əsasən, vətəndaş X4 “Mersedes Benz E-240” markalı **-NU-*** dövlət nömrə nişanlı və “Nissan Tiida” markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobillərlə bağlı tərtib olunmuş və cəriməsi ödənilməyən inzibati xətalar protokolları üzrə qəbul edilmiş qərarların surətlərinin ona təqdim edilməsini, həmin inzibati tənbeh qərarlarından hansıların və nə vaxt elektron kabinetdə yerləşdirilməsi barədə ətraflı məlumat verilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. AR DİN Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 073-7/324Y nömrəli məktuba əsasən, Nissan Tida markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixində yol ayırıcını keçmə qaydasını pozduğuna görə X4 barəsində İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Bundan əlavə qeyd edilən məktubda X4 barəsində tərtib edilmiş elektron qərarların surətlərinin də vətəndaşa göndərildiyi qeyd edilmişdir. Məhkəmə verilmiş şikayəti iş materialları ilə əlaqəli tədqiq edərək belə qənaətə gəlir ki, Bakı şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul olunmuş 14 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq iş yenidən baxılmasıı və səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Bakı şəhər X11 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1.müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Hazırda məhkəməyə verilmiş şikayət ərizəsindən görünür ki, X3 14 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın təqdim edilməsini və ya şəxsin elektron kabinetinə yerləşdirilməsini təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, xətanın Orxan Yusubovun özü və ya avtomobilin mülkiyyətçisi olan və həmin avtomobili idarə edən qardaşı X5 tərəfindən törədilməsi araşdırılmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul olunmuş 14 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və material yenidən baxılaraq qanunvericiliyin tələblərinə əməl olunması üçün Bakı şəhər DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmasına dair Bakı şəhər DYPİ-nin polis mayoru X1 tərəfindən qəbul olunmuş 14 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və material yenidən baxılaraq qanunvericiliyin tələblərinə əməl olunması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4405/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4405/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver