Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4405/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, X5 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin Bakı şəhər X15 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ Polis X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə 400 manat məbləğində cərimə edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 07:46-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Mercedes Benz 280 minik markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. O, xx.xx.2024-cü il tarixdə, saat 08:35-də işə gedərkən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Mercedes Benz 280 minik markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman DYPİ-nin əməkdaşı ona saxla əmri vermiş və o, da DYP əməkdaşının əmrinə tabe olaraq, avtomobilimi saxlamışdır. Saxlanılmağının səbəbini soruşmuşdur. Polis inspektoru alkotesdən keçməyini tələb etmişdir. O, da öz növbəsində qanuna riayət edərək inspektorun tələbini yerinə yetirmişdir və nəticədə onun alkoqollu içki qəbul etdiyi bildirilmişdir. O da buna etiraz edərək dünən 2 bakal pivə içdiyini, başqa spirtli içki qəbul etmədiyini və sərxoş olmadığını bildirmişdir. Sonra o, dərhal Respublika Narkoloji Mərkəzinə getmiş və sərxoşluğunun yoxlanılmasını xahiş etmişdir. Saat 10:47-də müayinə olunmuş və müyinənin nəticəsinə əsasən onun sərxoş olmadığı təsdiqlənmişdir. DYPİ əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntuları aşağıdakılardır: X15 İnspektorlarının özlərini təqdim etməmələri; Heç bir əsas olmadan nəqliyyat vasitəmi saxlatdırıb, alkotesdən keçməyini tələb etmələri. Sərxoşluq vəziyyətinin müayinəsi zamanı də DYP əməkdaşları tərəfindən qanun pozuntularına da yol verilmişdir. Həmin qanun pozuntuları aşağıdakılardır: nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. DYP əməkdaşı alkotester vasitəsi ilə onun sərxoşluq vəziyyətini müayinə edən zaman qanunvericiliyin tələbinə uyğun olaraq hal şahidlərinin iştirakını təmin etməmişdir. Əgər hal şahidlərinin iştirakı təmin edilmiş olsaydı bütün bu olanlar da baş verməzdi, polis inspektoru da şahidlərin yanında belə saxtakarlığa yol verməzdi. Sərxoşluq vəziyyətinin müayinəsi üçün istifadə edilən alkotesterin saz və yararlı vəziyyətdə olmasını təsdiq etmək üçün həmin cihazın sertifikatı və s. barədə “şərxoşluğun müayinəsi barədə protokol”da heç bir qeyd və məlumat yazılmamışdır. Belə olan halda mən hesab edirəm ki, həmin alkotesterin düzgün müayinə etməsi sübhə doğurur. Çünki həmin texniki vasitə spirtli içki qəbul etməyən şəxs – onun barəsində yanlış nəticə göstərərək, sərxoş olduğunu müəyyən etmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.4-cü bəndində qeyd edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qaydaların 2.6-cı bəndində isə qeyd edilir ki, müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə məsələsinə gəldikdə isə protokol tərtib edilən zaman ona bu barədə heçnə deyilməyib, belə bir inzibati pozuntuya yol verdiyi barədə bu qərarı aldıqdan sonra bilmişdir. Bu hal tamamilə yanlışdır. O, belə bir inzibati pozuntuya yol verməmişdir. DYP əməkdaşları qərarda bu halı sübut edən heç bir sənəd, foto və ya video görüntü təqdim etmədən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə, qaydaları pozmağını qeyd etmişlər. Göründüyü kimi DYP əməkdaşları heç bir sübuta əsaslanmayan, əsassız protokol tərtib etmiş, həmin protokol əsasında da qərar qəbul edilmişdir. Hesab edir ki, vətəndaşın inzibati xəta törətməsini sübut etmək inzibati protokol tərtib etmiş orqanının vəzifəsidir. Əgər sübut yoxdursa onun inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Onun 400 manat məbləğində cərimə olunmağı haqqında Bakı şəhər DYPİ Polis X4 tərəfindən qəbul edilmiş xx.xx.2024- cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 xx.xx.2024-cü il tarixində saat 07:46-da Sabunçu-Bakıxanov qəsəbəsi ərazisində “Mercedes Benz 280” minik markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə görə Azərbaycan Respublikası İXM-nin 333.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 tərəfindən verilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan ******* nömrəli, 13 may 2024-cü il tarixli tibbi müayinə protokolunda X6 ayıq olduğu qeyd edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, görə- qırx manat məbləğində cərimə titbiq edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; X10 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda manevr etmə qaydasının pozulmasının nədə ifadə olunduğu qeyd edilməmiş, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda şəxsin sərxoşluq vəziyyətinin müayinəsini təsdiq edən xüsusi texniki vasitənin məlumatları qeyd edilməmişdir. Şəxsin nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmasını təsdiq edən sübut inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Əksinə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs tərəfindən onun həmin gün ayıq vəziyyətdə olmasına dair sənəd məhkəməyə təqdim olunmuşdur. Həmin sənəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 tərəfindən keçirilmiş tibbi müayinənin nəticələri əsasında tərtib olunmuşdur. Beləliklə yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X10 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib edən Bakı şəhər X16 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN Bakı şəhər X15 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X6 şikayəti qismən təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrilə inzibati xəta törətməsinə dair Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X15 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(008)-4405/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4405/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver