Məhkəmə qərarları › İş №3(008)-4406/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4406/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4406/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, qərardan şikayət verən şəxs "xxxx" MMC-nin aptek müdiri X5, X2 Bakı Regional Bölməsinin nümayəndəsi X6 iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Ermənistan SSR-də anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Cavid küçəsi ev 24-də qeydiyyatda olan və yaşayan- »Novo Pharm» MMC-nin aptek müdiri X5 X2 Bakı Regional Bölməsinin 13 iyun 2024-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC-nin aptek müdiri X7 X2 Bakı Regional Bölməsinin qəbul etdiyi 13 iyun 2024-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X4 Bakı Regional bölməsi tərəfindən "xxxx" MMC-nin aptek müdiri X7 barəsində MN № ******* saylı, 30 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 13 iyun 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Qərar xx.xx.2024-cü il tarixdə rəsmi qaydada verilmişdir. “Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi” Qaydalarının 3.1.3-cü maddəsinə əsasən, isitmə, havalandırma və kondisionerləşdirmə sistemləri və layihə sənədlərində onların işləmə rejimlərinə qoyulmuş tələblər, hüdudlayıcı konstruksiyaların istilik texnikası xarakteristikalarının qəbul olunmuş hesabi göstəricilərində otaqların aşağıda göstərilən mikroiqlim parametrlərinin ilin isti, soyuq və keçid dövrləri üçün tələb olunan göstəricilərə uyğunluğunu təmin edilməsi tikinti obyektlərinin istilik təchizatına dair tələblərdən biridir. Eyni zamanda həmin Qaydaların 3.2-ci maddəsinə əsasən, layihə sənədlərində bina və ya qurğunun havalandırma sistemi ilə təchiz olunması nəzərdə tutulmalıdır. Layihə sənədlərində bina və ya qurğunun kondisionerləşdirmə sistemi ilə təchiz olunması nəzərdə tutula bilər. Ventilyasiya və kondisionerləşdirmə sistemləri otağa və ya istehsalat sahələrinin işçi zonasına verilən havada zərərli maddələrin miqdarının yol verilən qatılıq həddindən çox olmamasını təmin etməlidir. İnzibati orqanın “Yoxlama nəticələri üzrə” Qərarda istinad etdiyi X10 Gigiyena tələblərinin 2 nömrəli Əlavəsinin 1.5-ci bəndində yuxarıda qeyd etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 71 nömrəli qərarına istinad mövcuddur. Həmin istinada və tələblərə əsasən belə nəticəyə gəlmək olar ki, havalandırmanın kondisioner vasitəsilə də həyata keçirilməsi mümkündür. Qeyd olunan maddələrdən belə nəticəyə gəlmək olur ki, aptekdə havalandırma tək daxili havalandırma sistemi ilə deyil, eyni zamanda kondisioner vasitəsilə də həyata keçirilə bilər. Yoxlama həyata keçirilən zaman və halhazırda aptekdə havalandırma sistemi kondisioner vasitəsilə təmin olunmaqdadır Həmçinin, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimatın, “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”in, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları’nın, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın və “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qida X1 03 noyabr 2020-ci il tarixli, 19 saylı qərarına əsasən qida satışı həyata keçirilən obyektlərdə daxili havalandırma sistemi aptek müəssisələrinə deyil, baytarlıq apteklərinə, ət satışı müəssisələrinə, heyvan və quş kəsimi məntəqələrinə şamil olunur. Barəsində protokol və qərar tərtib edilmiş aptek müəssisəsi adıçəkilən müəssisələrin heç birinə aid olmadığından hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin aptek müdiri X7 şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X2 Bakı Regional Bölməsinin nümayəndəsi X8 izahatında şikayətin əsassız olduğunu həmçinin tərəfin iştirakı ilə yoxlama keçirilən zaman uşaq qida məhsullarının saxlanma temperaturunun 20-25 selsi dərəcə olmalı olduğu halda aptekdə zəruri havalandırma qurğusunun olmaması səbəbilə havanın temperaturunun 26 selsi dərəcə olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, qərardan şikayət verən şəxsi və qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin 13 iyun 2024-cü il tarixli yoxlamanın nəticələri üzrə qərardan görünür ki, "xxxx" MMC-yə məxsus “Aloe” aptekdə Azərbaycan Respublikasının Qida X1 19 saylı Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydaları”nın 2 nömrəli əlavəsinin 1.6-cı tələbi pozulmuşdur. Azərbaycan Respublikası Qida X1 19 saylı qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydaları”-ın 2 nömrəli əlavəsinin müvafiq bəndinin tələbi pozulmuşdur. Belə ki, iş materiallarında olan 13 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 29-xx.xx.2024-cü il tarixdə “Aloe” aptekdə yoxlama zamanı satış sahəsində havalandırma qurğusunun təchiz edilməməsinə görə "xxxx" MMC-nin aptek müdiri X7 Azərbaycan Respublikası İXM-in 220.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. X10 Gigiyena Tələblərinin 1.6-cı bəndinə əsasən qida obyektlərinin istehsal və yardımçı sahələrində müvafiq qaydada yerləşdirilmiş və təbii, ümumi mübadiləli və özözünə (avtonom) mexaniki havalandırma sistemləri qurulmalıdır. Havanın çirkli zonadan təmiz zonaya mexaniki axınına yol verilməməlidir. Havalandırma sistemlərinin filtrləri, təmizləmə və ya əvəzləmə tələb edən digər hissələri əlçatan səviyyədə yerləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırılmasının, havalandırılmasının və akustikasının layihələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 3.2-ci bəndinə əsasən layihə sənədlərində bina və ya qurğunun havalandırma sistemi ilə təchiz olunması nəzərdə tutulmalıdır. Layihə sənədlərində bina və ya qurğunun kondisionerləşdirmə sistemi ilə təchiz olunması nəzərdə tutula bilər. Ventilyasiya və kondisionerləşdirmə sistemləri otağa və ya istehsalat sahələrinin işçi zonasına verilən havada zərərli maddələrin miqdarının yol verilən qatılıq həddindən çox olmamasını təmin etməlidir; otaqlarında insanların olması nəzərdə tutulmuş bina və ya qurğunun layihə sənədlərində aşağıda göstərilənlər üzrə tədbirlər nəzərdə tutulmalıdır: atmosfer havasından otaqlara tozun, rütubətin, zərərli maddələrin və pis qoxunun daxil olmasının məhdudlaşdırılması; havadan zərərli maddələrin vaxtında kənarlaşdırılması və havanın kimyəvi tərkibinin insan fəaliyyəti üçün əlverişli nisbətdə saxlanması məqsədi ilə kifayət edən hava mübadiləsinin təmin olunması; insanların daimi olduğu otaqlara zərərli və pis qoxulu maddələrin kanalizasiya, isitmə, havalandırma, kondisionerləşdirmə sistemlərinin və qurğuların boru kəmərlərindən və texnoloji boru kəmərlərindən, o cümlədən daxili avtomobil dayanacaqlarından işlənmiş qazların daxil olmasının qarşısının alınması tikinti obyektlərinin havalandırma ilə təmin olunması üzrə tələblərdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X2 Bakı Regional Bölməsinin “inzibati tənbeh vermə haqqında” 13 iyun 2024-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Əksinə Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin 13 iyun 2024-cü il tarixli yoxlamanın nəticələri üzrə qərarı ilə "xxxx" MMC-nin aptek müdiri X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilmişdir.Mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, X2 Bakı Regional Bölməsinin 13 iyun 2024-cü il tarixli MN № ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə "xxxx" MMC-nin aptek müdiri X5 şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99- 100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin aptek müdiri X7 barəsində X2 Bakı Regional Bölməsinin “inzibati tənbeh vermə haqqında” 13 iyun 2024-cü il tarixli MN № ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsm qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar