Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4416/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızı X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 02 iyul 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 02 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixindən etibarən "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin, X11 İdarəsinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi vəzifəsində işləyir. X11 İdarəsinin, Suölçən cihazların quraşdırılması sahəsinin, Məişət tipli suölçən cihazların quraşdırılması qrupunun Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri X3 xx.xx.2024-cü il tarixində X11 İdarəsinin, Suölçən cihazların quraşdırılması sahəsinin, Məişət tipli suölçən cihazların quraşdırılması qrupunun digər Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri X7 ilə birlikdə abonent (ev sahibi) Zahid Məmmədova məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu, Ev 2548 ünvanında yerləşən həyət evində yeni su sayğacını quraşdıran zaman ev sahibinin itləri tərəfindən sol qolunun dirsək nahiyəsindən dişləyərək xəsarət yetirilmişdir. Baş vermiş hadisə ilə bağlı dərhal müvafiq tədbirlər görülmüş, X6 tibbi müəssəyə aparılaraq ilkin tibbi yardım göstərilmişdir. Həmçinin qanunvericiliyə uyğun olaraq, X2ynar xəttinə zəng edilərək məlumat verilmişdir. Cari ilin yanvar ayında Dövlət Əmək müfətttişliyinin Abdulla adlı müfəttişi tərəfindən İştirakı ilə təhqiqat aparılmışdır. Onun tərəfindən bu təhqiqata lazım olan bütün sənəd və məlumatlar verilmişdir. Lakin təhqiqat uzun müddət ərzində yarımçıq saxlanılmış, ancaq cari ilin aprel ayında, X4 Bərşad adlı əməkdaşı təhqiqatı davam etdirmiş, xx.xx.2025-ci il tarixli təhqiqat aktını cari ilin may ayında hazırlayaraq X11 idarəsinə göndərmişdir. Təhqiqat aktında uyğun hazırlanmış aktında hadisənin baş vermə səbəbi kimi Zahid Məmmədova məxsus itlərin həyətində X6 və X7 tərəfindən yeni su sayğacını quraşdıran zaman açıq olması göstərilsə də X9 tərəfindən hadisənin baş vermə səbəbi kimi mənim itlərin hücumuna qarşı davranış təlimatlarının hazırlanmamağım olaraq dəyişdirilməsi tələb edilmişdir. Halbuki, belə bir təlimat "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs tərəfindən hazırlanmalı və bütün idarələrə verilməli olduğu halda verilməmişdir. X6 və X7 təhqiqat zamanı vermiş olduqları izahatlarda onun tərəfindən şifahi şəkildə itlərin hücumuna qarşı davranışa aid təlimatlarının keçirildiyini bildiirmişdirlər. Lakin X4 Bərşad adlı əməkdaşı Təhqiqat aktında bu halı nəzərə almamışdır. Bununda nəticəsində barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir Həmin qərar ilə o, 800 (səkkkiz yüz) manat məbləğində cərimələmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 02 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş X5 ünvanının ünvan 3q şikayətinə yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması barədə vəsatət vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İndiki halda X5 şikayətinə yaşayış yeri üzrə baxılması barədə vəsatət verdiyi üçün iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 02 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4416/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4416/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver