Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4417/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X3 rayon X5 Şöbəsinin inzibati tənbeh vermə haqqında 23 iyun 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsinə dair verdiyi şikayəti nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Emin Həsənli şikayət verərək Sabunçu rayon X5 Şöbəsinin inzibati tənbeh vermə haqqında 23 iyun 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Sabunçu rayon X5 Şöbəsinin inzibati tənbeh vermə haqqında 23 iyun 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarından görünür ki, X2 23 iyun 2025-ci il tarixdə saat 07:05-də ünvan 1 ünvanında “FORD TRANSİT YÜK minik” markalı **- JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə Azərbaycan Respublikası İnzibati Xətlar Məcəlləsinin 342.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi, Sabunçu rayon X5 Şöbəsinin inzibati tənbeh vermə haqqında 23 iyun 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarı X1 barəsində tərtib edilmişdir. Lakin qərardan şikayət Emin Həsənli tərəfindən verilmiş, və onun barəsində qərar qəbul edilmiş şəxsin nümayəndəsi qismində iştirakını təsdiq edən sənəd şikayətə əlavə edilməmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmin qərardan barəsində qərar çıxarılmış fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şikayət vermək hüququnun olması izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 rayon X5 Şöbəsinin inzibati tənbeh vermə haqqında 23 iyun 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsinə dair şikayəti Emin Həsənliyə geri qaytarılsın. 23 iyun 2025-ci il tarixli, TP seriyalı ******* saylı qərardan barəsində qərar çıxarılmış fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şikayət vermək hüququnun olması izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4417/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4417/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver