Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4420/2022 02.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Dövlət X7 axtarış üzrə inspektoru X1 iştirakları ilə, xx xxxxxxxx 1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Göy Qurşağı küçəsi, yeni tikilidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu rayon Polis İdarəsininin Dövlət X6 daxil olmuş 02 avqust 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 18 iyul 2022-ci il tarixdə Şəxs spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamayıb qarşısında svetaforda dayanmış vəziyyətdə olan “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş və avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Dövlət X7 axtarış üzrə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə bir az çaxır içərək avtomobili idarə etmişdir. Sükan arxasında olarkən qəfildən onu yuxu aparmış və o, qarşısında olan avtomobillə toqquşmuşdur. Əməlindən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, soncunun İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. 02 avqust 2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 18 iyul 2022-ci il tarixdə Şəxs spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində avtomobili idarə edərkən düzgün ara məsafəsi saxlamayıb qarşısında svetaforda dayanmış vəziyyətdə olan “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş və avtomobilə maddi ziyan dəymişdir. sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 18 iyul 2022-ci il tarixli, 1/3698 saylı aktdan görünür ki, həmin tarixdə Şəxs sərxoş olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs AR İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 333.3-cü ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, evli olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova İş № 3(011)-561/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 21 aprel 2020-ci il Bakı şəhəri X10 Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Dövlət X7 axtarış üzrə inspektoru X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 12:45-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlmişdirlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyənləşdirir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Polad Xəlilov– 11 iyun 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Dövlət X7 inspektoru işləyən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs – 20 yanvar 1982-ci ildə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla yaşayan Sədrlik edən məhkəmə iclasına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlunun sədrlik etdiyini, məhkəmə iclas katibinin Səfərov Nihad Asif oğlu olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə onların İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçıları hüquq və vəzifələrinin onlara aydın olunduğunu bildirirlər. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən müdafiəçiyə ehtiyyacı olub olmamasını soruşur. Sədrlik edənin s/c barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: Məhkəməyə ərizəmi təqdim edərək bildirmək istəyirəm ki, müdafiəçiyə ehtiyacım yoxdur, məhkəmədə özüm-öz hüquqlarımı müdafiə edəcəyəm. Bu mənim maddi vəziyyətim ilə bağlı deyil. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən proses iştirakçılarına izahat verməyi təklif edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Polad Xəlilovun izahatı: - Şəxs 20 mart 2020-ci il tarixdə saat 23:30 radələrində sərxoş halda idarə etdiyi «Vaz 21013» minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1ndə qəza törətmiş, nəticədə zərərçəkmiş şəxs X2 avtomobilinə maddi zərər vurmuşdur. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Suallar daxil olmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı: - 20 mart 2020-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyim «Vaz 21013» minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ünvanından yerləşən binanın həyətindən çıxan zaman, əsas yolla hərəkət edən sonradan adının X4 olduğunu bildiyim şəxsin idarə etdiyi “Mercedes-Benz E220” minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi baş verdi. Mən həmin vaxt sərxoş olmuşam. Yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb Elşən Qoşqarovun gəldiyi istiqamət əsas yol olmasına baxmayaraq mənim yolun əsas hissəsinə çıxmağım olub. Nəticədə yol nəqliyyat hadisəsi baş verdi. Bundan sonra hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəldi, müayinədən keçirilən zaman sərxoş olduğum aşkarlandı və barəmdə inzibati xəta haqqında protokol tərtib edildi. Əlavə suallar olmadı. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən çıxış üçün proses istirakçılarına söz verir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: - Hörmətli hakim! barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul etməyinizi xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hörmətli hakim! Törətdiyim əməldən səmimi peşmançılıq çəkdiyimi, ailəli olmağımı, himayəmdə iki azyaşlı övladımın olmasını, ailənin tək gəlir gətirən şəxsi olmamı, bir daha belə hallara yol verməyəcəyimi nəzərə alaraq barəmdə olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 13:00-da bağlı elan olunur. Protokol 21 aprel 2020-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(008)-4420/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4420/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver