Məhkəmə qərarları › İş №3(008)-4424/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4424/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4424/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan y/m, 1 kv, sahə 55 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 23 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Zərdab Rayon Məhkəməsinin 2(035)- 653/2023 nömrəli, 23 iyul 2025-ci il tarixli icra sənədinə əsasən, Şəxs 14 sentyabr 2023cü il tarixdən başlayaraq 01 mart 2021-ci il təvəllüdlü X5 və 01 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X6 bildirdi ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-653/2023 nömrəli, 23 iyul 2025-ci il tarixli icra sənədinə əsasən, Şəxs 14 sentyabr 2023-cü il tarixdən başlayaraq 01 mart 2021-ci il təvəllüdlü X5 və 01 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Zərdab Rayon Məhkəməsinin 2(035)-653/2023 nömrəli, 23 iyul 2025-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş təqdim edilmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-653/2023 nömrəli, 23 iyul 2025-ci il tarixli icra vərəqəsi üzrə Şəxs tərəfindən aliment borcundan 3800 manat ödəniş edilmiş, lakin sonradan aliment ödənişləri dayandırılmış, ara-sıra az məbləğdə ödənişlər olmuşdur. Şəxs tələbi könüllü icra müddətində təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanılması məqsədilə üçün müxtəlif təşkilatlara ünvanlanmış sorğulara verilmiş cavablardan ona məxsus əmlakları aşkar etmək mümkün olmamışdır. İcraatda olan aliment işinə əsasən, borclu Şəxs aliment ödənişlərini uzun müddət ərzində həyata keçirməməsi faktı müəyyən edilmişdir. Qeyd olunan səbəbdən, borclu ilə telefon əlaqəsi yaradılmış, alimentin ödənilməməsinin səbəbi soruşulmuşdur. Borclu Şəxs sözügedən öhdəliyin icra edilməməsini əsaslandıraraq bildirmişdir ki, guya tələbkar alimentdən könüllü şəkildə imtina etmişdir və bu səbəbdən ödəniş həyata keçirilməmişdir. Borclunun bu iddiasının dəqiqləşdirilməsi məqsədilə tələbkarla telefon vasitəsilə əlaqə saxlanılmış, o, həqiqətən də alimentdən imtina etdiyini bildirmiş və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim edəcəyini qeyd etmişdir. Lakin sonrakı müddət ərzində tələbkar tərəfindən məhkəməyə və ya icra şöbəsinə alimentdən imtinaya dair heç bir yazılı ərizə təqdim edilməmişdir. Bir müddət sonra tələbkar tərəfindən edilən müraciət zamanı alimentdən imtina etmədiyi bildirilmiş və borclu Şəxs aliment öhdəliyini yerinə yetirməsi tələb edilmişdir. Müraciət əsasında borclu ilə yenidən əlaqə yaradılmış, o, icra şöbəsinə dəvət olunmuş, lakin şöbəyə gəlməkdən imtina etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, borclunun icra tədbirlərindən yayınması səbəbindən onun barəsində axtarış elan olunmuşdur. Axtarış tədbirləri nəticəsində borclu Şəxs daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə icra şöbəsinə gətirilmiş və icra məmuruna təhvil verilmişdir. Qeyd olunan hallar, borclunun aliment öhdəliyindən yayınması və icra tədbirlərinə məhəl qoymaması səbəbilə, icraata hüquqi qiymət verilməsi üçün əlavə tədbirlərin görülməsini zəruri etmişdir. Hazırda Şəxs aliment borcunun məbləği 3000 manat təşkil edir. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, bioloji olaraq sonsuz olduğu üçün övlad sahibi ola bilməmişdir. Atalıq hissini yaşamaq arzusu ilə o, həyat yoldaşı ilə razılaşaraq donor yolu ilə uşaq sahibi olmuşdur. Tərəflər arasında bu məsələnin sirr olaraq qalacağı barədə razılıq əldə edilsə də, sonradan həyat yoldaşı X4 bu məlumatı üçüncü şəxslərə yaymış, nəticədə onun öz ailəsi və qohumları arasında nüfuzuna xələl gəlmiş, cəmiyyətdə mənəvi təzyiqlərlə üzləşmişdir. Evlilik münasibətləri pozulduqdan sonra, bir müddət o uşaqları görmək imkanına malik olmuş, lakin daha sonra X4 valideynlərinin və onun uşaqlarla ünsiyyətinə etiraz edərək, onların görüşməsinə mane olmuşdur. O, bu vəziyyətə görə bir neçə dəfə uşaqlardan imtina etmə ilə bağlı məhkəməyə müraciət etsə də, uşaqları çox sevdiyinə və donor olsa da, onları öz uşaqları hesab etdiyinə görə sonradan ərizələrini geri götürmüşdür. X4 aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-653/2023 nömrəli, 23 iyul 2025-ci il tarixli icra sənədinə əsasən, ondan 14 sentyabr 2023-cü il tarixdən başlayaraq 01 mart 2021-ci il təvəllüdlü X5 və 01 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlisi qət edilmişdir. O, icra sənədi üzrə müəyyən məbləğdə ödənişlər etmiş, lakin, sonradan boşanma prosesi zamanı X4 məhkəmə iclasında o uşaqlardan imtina edəcəyi təqdirdə, aliment tələbindən imtina edəcəyini bildirmişdir. Hakimin tərəflərin razılığını soruşması əsnasında o, qarşı tərəfin təklifi ilə razılaşdığını bildirmiş, X4 bu fikrində qəti olduğunu bəyan etmişdir. Bu səbəbdən qarşılıqlı razılaşma əsasında aliment ödənişini dayandırmışdır. Lakin bu barədə ona məhkəmənin müvafiq qətnaməsi təqdim olunmamışdır. Daha sonra icra məmuru tərəfindən o, telefon vasitəsilə icra şöbəsinə dəvət olunmuş, lakin dəvətin aliment öhdəliyi ilə bağlı olduğu ona bildirilməmişdir. O, qarşı tərəfin alimentdən imtina etdiyini əsas götürərək, aliment tələbi ilə bağlı çağırıldığını ehtimal etməmişdir. Hazırda maddi imkansızlıq səbəbindən ödəniş etmək mümkün deyil. Lakin 23 avqust 2025-ci il tarixindən başlayaraq, hər ay mütəmadi şəkildə 250 (iki yüz əlli) manat məbləğində aliment ödənişi həyata keçiriləcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-653/2023 nömrəli, 23 iyul 2025-ci il tarixli icra sənədinə əsasən, Şəxs 14 sentyabr 2023-cü il tarixdən başlayaraq 01 mart 2021-ci il təvəllüdlü X5 və 01 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Zərdab Rayon Məhkəməsinin 2(035)-653/2023 nömrəli, 23 iyul 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-653/2023 nömrəli, 23 iyul 2025-ci il tarixli icra sənədinə əsasən, Şəxs 14 sentyabr 2023-cü il tarixdən başlayaraq 01 mart 2021-ci il təvəllüdlü X5 və 01 mart 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 13 dekabr 2023-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)- 653/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 13 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 14 dekabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, aliment borcunun ödənilməsi barədə Şəxs xəbərdarlıq edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 10 dekabr 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, boşanma prosesi zamanı məhkəmə iclasında X4 açıq şəkildə aliment tələbindən imtina edəcəyini, qarşı tərəf isə buna uyğun olaraq uşaqlarla görüşdən imtina edəcəyini bildirmişdir. Hakim bu barədə tərəflərin razılığını soruşduqda, hər iki tərəf razı olduqlarını bəyan etmişdir. Bu isə faktiki olaraq aliment tələbinin könüllü imtina əsasında ləğv olunması anlamına gəlir. Qarşı tərəfin qəti mövqeyi və razılıq bəyanatı, hüquqi əhəmiyyət daşıyan iradə ifadəsidir. Aliment öhdəliyinin qüvvədə olub-olmaması yalnız müvafiq məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır. Qarşı tərəf alimentdən imtina etməsinə baxmayaraq, bu barədə hüquqi qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim edilməmişdir. Belə olan halda, borclunun öhdəliyin davam edib-etmədiyi ilə bağlı qeyrimüəyyənlikdə qalması hüquqi əsaslarla izah oluna bilər. İcra məmuru tərəfindən telefonla edilən çağırış zamanı aliment öhdəliyinə dair məsələnin müzakirə olunacağı barədə borcluya məlumat verilməmişdir. Borclunun çağırışın məqsədi barədə məlumatlandırılmaması onun müdafiə hüququnu məhdudlaşdırır və inzibati protokolun formalaşmasında prosedur pozuntusu yaradır. Hazırda borclu maddi imkansızlıq səbəbindən ödəniş edə bilmədiyini bildirmiş, lakin 23 avqust 2025-ci il tarixindən etibarən hər ay 250 manat aliment ödəyəcəyini könüllü şəkildə bəyan etmişdir. Bu isə borclunun öz öhdəliyini yerinə yetirməkdə niyyətli olduğunu və öhdəlikdən yayınmadığını göstərir. Göstərilən faktlar kontekstində qeyd edilməlidir ki, aliment öhdəliyinin dayandırılması tərəflərin qarşılıqlı razılığına əsaslanmışdır. Borclu məsuliyyətdən yayınmır, əksinə alimenti yenidən və könüllü olaraq ödəməyə hazır olduğunu bildirmişdir; Ailə, sosial və psixoloji faktorlar da nəzərə alınaraq bu məsələ humanist yanaşma tələb edir. Bu səbəbdən, inzibati xəta haqqında protokola xitam verilməsi hüquqi baxımdan əsaslı, məqsədəuyğun və ədalətli hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar