Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4426/2022 03.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin sahə inspektoru X4 iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Masallı, Boradigah qəsəbəsində doğulmuş, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında 03 avqust 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 23 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki bağ evindən 30 metr uzunluğunda elektrik naqillərini oğurlamış və nəticədə zərərçəkmiş şəxs X5 150 manat məbləğində zərər dəymişdir. İnzibati xəta haqqında 03 avqust 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 30 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Bağlar massivində yerləşən bağ evininin aliminium qapısını oğurlamış və nəticədə zərərçəkmiş şəxs X1 100 manat məbləğində zərər dəymişdir. İnzibati xəta haqqında 03 avqust 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 28 iyun 2022-ci il tarixdə Pirşağı qəsəbəsində dəniz kənarında “Samsung” A520 markalı telefonu oğurlamış və nəticədə zərərçəkmiş şəxs X2 100 manat məbləğində zərər dəymişdir. İnzibati xəta haqqında 08 avqust 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 18 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni massivdə həyətdən 33 ədəd toyuq oğurlamış və nəticədə zərərçəkmiş şəxs X3 210 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, inzibati xəta haqqında protokollarda göstərilən inzibati xətaları törətmişdir. Əməlindən səmimi peşmandır. Vurulmuş ziyanı ödəməyə maddi imkanı yoxdur. Barəsində qanunla nəzərdə tutulmuş ədalətli tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin sahə inspektoru X7 protokolların məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 03 avqust 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 23 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki bağ evindən 30 metr uzunluğunda elektrik naqillərini oğurlamış və nəticədə zərərçəkmiş şəxs X5 150 manat məbləğində zərər dəymişdir. İnzibati xəta haqqında 03 avqust 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 30 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pişağı qəsəbəsi, Bağlar massivində yerləşən bağ evininin aliminium qapısını oğurlamış və nəticədə zərərçəkmiş şəxs X1 100 manat məbləğində zərər dəymişdir. İnzibati xəta haqqında 03 avqust 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 28 iyun 2022-ci il tarixdə Pirşağı qəsəbəsində dəniz kənarında “Samsung” A520 markalı telefonu oğurlamış və nəticədə zərərçəkmiş şəxs X2 100 manat məbləğində zərər dəymişdir. İnzibati xəta haqqında 08 avqust 2022-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 18 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni massivdə həyətdən 33 ədəd toyuq oğurlamış və nəticədə zərərçəkmiş şəxs X3 210 manat məbləğində maddi zərər dəymişdir Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-cı maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materialları əsasında tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunmaqla inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. AR İXM-nin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Tənbeh tədbirinin əvvəli Şəxs həmin tənbehin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə İcra və probasiya idarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4426/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4426/2022
03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver