Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4440/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsurullayevanın katibliyi, xx xxxxxx 1987-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ Yol patrul xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 23 iyun 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs AR İXM-nin 334.1-ci və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə GP 12093201 saylı, 23 iyun 2022-ci il tarixli qərardaddan görünür ki, inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu DYPŞ Yol patrul xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 23 iyun 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan inzibati xətanın harada, nə vaxt törədilməsini, Şəxs inzibati xəta hesab olunan əməlinin nədən ibarət olmasını müəyyən etmək mümkün deyil. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, məhkəməyə təqdim edilmiş inzibati işə mahiyyəti üzrə baxmağa imkan verməyəcək dərəcədə natamamdır və hazırki məhkəmə iclasında həmin natamamlığı aradan qaldırmaq mümkün olmamışdır. AR İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərar qəbul edir. Odur ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu DYPŞ-nə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 334.1-ci maddələri ilə tərtib edilmiş 23 iyun 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu DYPŞ-nə qaytarılsın. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4440/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4440/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver