Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4451/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X13 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhləliklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 28 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-36/2022 saylı və Sabunçu Rayon Məhkəməsinin 2(008)-1593/2024 saylı icra sənədlərindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərədindən müəyyən olunmuş müddətdə icra etməmiş, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda 3605 manat məbləğində aliment borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində axtarış qərarı qəbul edilərək gətirilmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin bildirmişdir ki, dəfələrlə zəng edilməsinə baxmayaraq borclu onun çağırışlarına gəlməmiş, barəsində axtarış elan edilərək bugün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-36/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə müyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başalayaraq, 235 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 ödənilməsi qərara alınmışıdr. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 200 manat məbləğində ödəniş etmişdir. Hazırda 400 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Odur ki, barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-36/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə müyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başalayaraq, 235 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 ödənilməsi qərara alınmışıdr. Lakin Şəxs ödənişləri vaxtlı-vaxtından ödəmədiyini, 2-3 aydan bir onun şikayətləri əsasında ödəniş etdiyini bildirmiş, hazırda onunla 400 manat məbləğində ödəniş etməsi ilə bağlı razılığa gəlməyərək, Şəxs barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon Məhkəməsinin 2(008)-1593/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-36/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə müyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başalayaraq, 235 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 ödənilməsi qərara alınmışıdr; Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-36/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 20 sentyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün sabit məbləğdə 120 manat olmaqla iki uşaq üçün cəi 240 manat miqdarında aliment tutularaq 13 sentyabr 2004-cü il təvəllüdlü X4 və 26 sentyabr 2007-ci təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 xeyrinə ödənilməsi qərara alınmışdır; İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-36/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Şəxs 2(078)-36/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1593/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs 2(008)-1593/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü, Naxçıvan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-36/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli və Sabunçu Rayon Məhkəməsinin 2(008)-1593/2024 saylı, 16 aprel 2024cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir; Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X9 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4451/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4451/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver