Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4452/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar Arzu qızı İmanova, X4 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış şikayətə əsasən, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 xx.xx.2022-ci il tarixdə Bakı-Quba yolunda Quba istiqamətində hərəkət edərkən ** YP *** dövlət qeydiyyat nişanlı YPX əməkdaşı tərəfindən saxlanılmış və barəsində qanunsuz olaraq protokol tərtib edilərək 60 AZN məbləğində cərimə yazıldığını qeyd etmişdir. Bununla əlaqədar olaraq, vətəndaş Zaur Ramazanov qanunsuz olaraq yazılan protokolun ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda vətəndaş öz şikayət ərizəsində YPX əməkdaşının əməllərini qanunsuz hesab edərək şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayət ərizəsi X3 geri qaytarılmalıdır. Belə ki, şikayətdə barəsində şikayət verilən inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın tarixi və nömrəsi qeyd olunmamış, qeyd olunan protokol və qərar şikayətə əlavə edilməmişdir. Göründüyü kimi, şikayət ərizəsinin məzmunundan X2 hansı qərardan şikayət etməsini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şikayətin İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Yuxarıda qeyd olunanlara əsasən, hesab edirəm ki, hazırki vəziyyətdə şikayətə baxılması mümkün olmadığından verilmiş şikayət X1na geri qaytarılmalı, vətəndaşa şikayət ərizəsində barəsində şikayət edilən qərarın nömrəsi və tarxinin qeyd olunmaqla və şikayətə müvafiq sənədlər əlavə olunmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli şikayət X3 geri qaytarılsın və vətəndaşa şikayət ərizəsində barəsində şikayət edilən qərarın nömrəsi və tarxinin qeyd olunmaqla və şikayətə müvafiq sənədlər əlavə olunmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4452/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4452/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver