Məhkəmə qərarları › İş №3(008)-4453/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4453/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4453/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat İXParılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, 18 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs etibarnamə əsasında idarə etdiyi və "xxxx" MMC-yə məxsus olan “Chevrolet Cobalt” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, piyada keçidinə daxil olmuş və həmin vaxt yolu piyada qismində keçən Zərərçəkmiş şəxs ehtiyatsızlıq nəticəsində vurmuşdur. Nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 15 iyun 2025-ci il tarixdə, saat 01:30 radələrində "xxxx" MMCyə məxsus və etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, üzü Zabrat dairəsi istiqamətində təxminən 60 km/saat sürətlə, yolun sağ tərəfində yerləşən üçüncü zolaqla hərəkətdə olmuşdur. Hərəkət zamanı, “Ayxan” marketinin qarşısındakı piyada keçidinə yaxınlaşarkən, yolun üzərində bir nəfər şəxsin keçməyə cəhd etdiyini gördükdə dərhal əyləcdən istifadə edərək nəqliyyat vasitəsini saxlamağa çalışmışdır. Bu zaman, digər bir piyadanı vaxtında görmədiyindən, nəqliyyat vasitəsinin ön hissəsi ilə həmin kişi cinsli piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada nəqliyyat vasitəsinin qarşısına doğru yıxılmış və nəticədə yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisədən dərhal sonra zərərçəkmişə yaxınlaşmış və onun özünü Zərərçəkmiş şəxs kimi təqdim etdiyini bildirmişdir. Onun tərəfindən piyada dərhal yaxınlıqda yerləşən X3, daha sonra isə Neyrocərrahiyyə Xəstəxanasına aparılmış və ona ilkin tibbi yardım göstərilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı iş məhkəmənin icraatında olduğu müddət ərzində, zərərçəkmiş şəxs əlavə olaraq təkrar tibbi müayinədən keçirilmişdir. Bundan əlavə, hadisə zamanı zərərçəkmiş şəxsə məxsus smart saatın qırıldığı nəzərə alınaraq, analoji xüsusiyyətlərə malik yeni cihaz onun istifadəsinə təqdim edilmişdir. Beləliklə, zərərin bir hissəsi qarşı tərəf tərəfindən könüllü şəkildə ödənilmişdir. Hazırda şəxsin maddi vəziyyəti məhdud olduğundan, zərərçəkmiş şəxsin iddia etdiyi qalan məbləğin ödənilməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 15 iyun 2025-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi ərazisində piyada qismində hərəkətdə olarkən svetoforun piyadalar üçün nəzərdə tutulmuş yaşıl işığı yandığı zaman yolun əks istiqamətindən keçərkən, üzü Maştağa qəsəbəsi istiqamətində hərəkət edən, nömrə nişanını xatırlamadığı, ağ rəngli Chevrolet Cobalt markalı avtomobil tərəfindən vurulmuşdur. Nəqliyyat vasitəsi ön hissəsi ilə sol ayağına dəyərək ona fiziki xəsarət yetirmişdir. Hadisədən sonra avtomobilin sürücüsü ona yaxınlaşaraq ona ilkin tibbi yardım göstərmiş və onu X3 aparmaq məqsədilə avtomobilə əyləşdirmişdir. Yolboyu sürücü məsələni polisə bildirməməyi, məsələni aralarında həll etməyi təklif etmiş, xəstəxanada səbəb soruşulduqda isə “yıxılaraq xəsarət aldığını” deməsini istəmişdir. O, Şəxs müalicə xərclərini qarşılayacağına və yardım edəcəyinə inanaraq bu təkliflə razılaşmışdır. X2 müayinədən keçirilmiş və orada xəsarəti yıxılma nəticəsində aldığını bildirmişdir. Lakin hadisədən 6 gün keçməsinə baxmayaraq, avtomobilin sürücüsü tərəfindən vəd edilən heç bir yardım göstərilməmiş, zənglərinə cavab verilməmişdir. Bu səbəbdən, 21 iyun 2025-ci il tarixində, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş yol-nəqliyyat hadisəsi barədə rəsmi məlumat vermişdir. Hadisə nəticəsində zərərçəkmiş şəxs sol ayağından, sağ qolundan və baş nahiyəsindən xəsarət almışdır. 15 iyun 2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus smart saat zədələnmiş və Şəxs tərəfindən həmin cihazın əvəzi alınaraq təqdim edilmişdir. Eyni zamanda yenidən xəstəxanaya aparılaraq ağrılar olan bədən nahiyələri müayinə edilmiş, yol nəqliyyat hadiəsis nəticəsində səhhətində baş verən narahatlıqlarla bağlı hazırda hər hansı əlavə müayinə və müalicəyə ehtiyacı olmadığı bildirilmişdir. Bununla bağlı hər hansı iradı yoxdur. Lakin hadisə zamanı aldığı xəsarətlər səbəbilə həmin dövrdə iştirak etməli olduğu idman yarışına qatıla bilməmiş, bu onun üçün yalnız fiziki deyil, eyni zamanda maddi zərərə də səbəb olmuşdur. Belə ki, yarışda iştirak edə bilməsi üçün həmin vaxtadək 5-6 min manat vəsait xərcləmişdir. Yaranmış vəziyyəti və bu nəticələrin birbaşa yol-nəqliyyat hadisəsi ilə bağlı olduğunu nəzərə alaraq, itirilmiş maddi vəsaitin ödənilməsini qarşı tərəfdən – yəni avtomobilin sürücüsündən tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş İXP seriyalı ******* nömrəli, 15 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs etibarnamə əsasında idarə etdiyi və "xxxx" MMC-yə məxsus olan “Chevrolet Cobalt” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, piyada keçidinə daxil olmuş və həmin vaxt yolu piyada qismində keçən Zərərçəkmiş şəxs ehtiyatsızlıq nəticəsində vurmuşdur. Nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 12 iyul 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Chevrolet Cobalt” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 38/TS nömrəli, 03 iyul 2025-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olmuş xəsarətlər-sağmalığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat İXParılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını, vurulmuş ziyan məbləğindən ödəniş edilməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat İXParılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar