Məhkəmə qərarları › İş №3(008)-4455/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4455/2024

29.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4455/2024 29.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə isnpektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Zərdab rayonu, Alıcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2di evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 29 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsində polisin qanuni tələbini qəsdən pozaraq polis əməkdaşlarını hədələmiş, PŞ-nə getməkdən imtina etmiş, təhqir edərək polisin qanuni tələbinə əməl etməmişdir. Bununlada İXM-nin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 29 iyun 2024-cü il tarixdə saat 00:00 radələrində Bakıxanov qəsəbəsində işdən çıxıb evə gedərkən mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Ondan şəxsiyyəti ilə bağlı suallar soruşduqlarında polis əməkdaşları olduqlarına inanmadığından aralarında mübahisə olmuşdur. İçkili olduğundan hadisəni tam təfərrüatı ilə xatırlamır. X6 təmin etmişdirlər. Beləliklə o, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə isnpektoru, polis leytenantı X2 29 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində xidmət apararkən 3 nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişdirlər. Onlardan biri polisin qanuni tələblərini pozaraq ictimai yerdə qışqıraraq polis əməkdaşlarını hədələmiş və PŞnə getməkdən imtina etmişdir. Təhqir edərək polisin qanuni tələbini pozmuşdur. Onlar həmin şəxsi 13-cü Polis Şöbəsinə təmin etmişdirlər. Şöbədə həmin şəxsin xx.xx.1996-cı il təvəllüdlü Şəxs müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 29 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsində polisin qanuni tələbinə qəsdən əməl etməmiş və bununlada İXM-nin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsində xidmət apararkən 3 nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişdirlər. Onlardan biri polisin qanuni tələblərini pozaraq ictimai yerdə qışqıraraq polis əməkdaşlarını hədələmiş və PŞ-nə getməkdən imtina etmişdir. Təhqir edərək polisin qanuni tələbini pozmuşdur. Onlar həmin şəxsi 13-cü Polis Şöbəsinə təmin etmişdirlər. Şöbədə həmin şəxsin xx.xx.1996-cı il təvəllüdlü Şəxs müəyyən edilmişdir. İnzibati qaydada tutma haqqında 29 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 29 iyun 2024-cü il tarixdə saat 00:30-da tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı nzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatını, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 29 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərildiyi kimi Şəxs xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsində polisin qanuni tələbinə qəsdən əməl etməmiş və bununlada İXM-nin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşman olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli «29» iyun 2024-cü il tarixdən saat 00:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «29» iyun 2024-cü il tarixdən saat 00:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar