Məhkəmə qərarları › İş №3(008)-4455/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4455/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4455/2025 28.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 18 iyul 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 08:50 radələrində idarə etdiyi “HAVAL JOLİON” markalı **-PX-*** dövlət nömrə nişanlı avtomobillə Bilgəh-Pirşağı şossesinin köməkçi yolu istiqamətində hərəkətdə olarkən xx.xx.1997-ci il təvllüdlü Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti və maddi zərər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 08.50 radələrində o sürücü işlədiyi "xxxx" MMC-yə məxsus, etibarnamə əsasında idarə etdiyi Haval markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bilgəh-Pirşağı Şossesinin köməkçi yolu ilə üzü Pirşağı qəsəbəsi istiqamətində təxminən 30-40 km saat sürətlə hərəkət edib yolun sol hissəsinə doğru dönüş etmək üçün sürət həddini azaldıb yolun sol hissəsinə doğru dönüş etmək istədikdə anidən qarşı əks yolda hərəkətdə olan Vaz 2103 markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə idarə etdiyi avtomobilin ön hissəsindən toqquşmuş, X4 baş vermişdir. Hadisə zamanı Vaz 2103 markalı avtomobili idarə edən adını sonradan bildiyi Zərərçəkmiş şəxs xəsarət almasını bildirərək TTYS-na müraciət etmişdi. O da ona yaxınlaşaraq köməklik edib ilkin tibbi yardım göstərmişdir. Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bilgəh-Pirşağı şossesinin köməkçi yolu 1 gediş və 1 gəliş olmaqla iki istiqamətli, 2 zolaqlı düz hamar yol nişanları və maksimum 50 km saat sürətlə tənzimlənən yoldur. Haval markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində heç bir çəkidə yük olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuşdur. İdarə etdiyi Haval markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qeyd olunan tarixdə yəni hadisədən qabaq spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2025-ci il tarixli 1379 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ diz oynağı nahiyəsinin sıyrıqlarla müşayiət olunan dərialtı hematoması; döş qəfəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozuımasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər aldıqlarından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktı ilə əlaqədar şikayətlərinin olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Zərərçəkmiş şəxs 26 iyun 2025-ci il tarixli izahatından görünür ki, o BC dərəcəli sürücülük hüququna malikdir. xx.xx.2025-ci il tarixdə saat 08.50 radələrində o özünə məxsus idarə etdiyi Vaz 2103 markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bilgəh-Pirşağı Şossesinin köməkçi yolu ilə üzü Bilgəh qəsəbəsi istiqamətində təxminən 50-60 km saat sürətlə düzünə hərəkətdə olarkən qarşı əks yolda hərəkətdə olan Haval markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil gözləmədən qarşısına, yəni hərəkətdə olduğu yolun sol hissəsinə doğru dönüş etməsini 4-5 metr məsafədə gördükdə əyləcdən istifadə etsədə hadisənin qarşısını ala bilməyib hərəkətdə olduğu zolaqda idarə etdiyi avtomobilin ön hissəsi ilə idarə etdiyi avtomobilin ön hissəsindən toqquşarkən zərbədən Haval markalı avtomobil fırlanaraq əks istiqamətdə dayanıb X4 baş vermişdir. Hadisə zamanı zərbədən bədən nahiyyəsindən xəsarət alaraq TTYS-na müraciət etmişdir. Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bilgəh-Pirşağı şossesinin köməkçi yolu 1 gediş və 1 gəliş olmaqla iki istiqamətli, 2 zolaqlı düz hamar yol nişanları və maksimum 50 km saat sürətlə tənzimlənən yoldur. Vaz 2103 markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində heç bir çəkidə yük olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuşdur. İdarə etdiyi Vaz 2103 markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qeyd olunan tarixdə yəni hadisədən qabaq spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 18 iyul 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə barışmışlar və onunla bağlı heç bir şikayət və tələbi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar