Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4463/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Məmmədov X1 qəsəbəsində qazıntı apararkən telefon xəttini yararsız hala salmışdır. Bununla da AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan iznibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, usta işləyir. Nardaran qəsəbəsində olan ərazidə qazıntı işlərini o aparmamışdır. O, həmin ərazidə qazıntı işləri aparmaq üçün traktor göndərmişdir. Traktorun sürücüsü qazıntı işlərini apararkən Rabitə xidmətinə məxsus kabelləri yararsız hala salmışdır. Hadisə baş verdikdən sonra ona məlumat vermişlər və o, hadisə yerinə gəlmişdir. O, dəymiş ziyanın az olacağını düşünərək onunla əlaqə saxlanılması üçün nömrəsini Rabitə xidmətinin əməkdaşlarına vermişdir. Sonra əməkdaş onunla əlaqə saxlayaraq 916 manat ziyan dəydiyini bildirərək ondan pulu ödəməsini tələb etmişdir. O, isə onlara reallıqda o qədər ziyanın dəymədiyini bildirərək həmin vəsaiti ödəməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respubllikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X2 Məsuliyyətli Cəmiyyəti 4 saylı Rabitə Xidmətləri Mərkəzinin müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; Azərbaycan Respubllikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X2 Məsuliyyətli Cəmiyyəti 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus əmlakın məhv edilməsi və ya zədələnməsi nəticəsində maddi ziyan vurmuş Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərarın surətinin 42-ci PB-nə təqdim edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Məmmədov X1 qəsəbəsində qazıntı apararkən telefon xəttini yararsız hala salmışdır. Bununla da barəsində AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Telekommunikasiya şəbəklərinin, vasitə və qyrğularının mühafizəsi qaydalarının pozulması haqqında 4 saylı Rabitə Xidmətləri Mərkəzinin nümayəndələri tərəfindən Şəxs iştirakı ilə tərtib olunan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində vətəndaş Şəxs tərəfindən texnika ilə qazıntı işləri aparakən 4 saylı RXM-nə məxsus yeraltı qurğuların FO 12, FO48, FO24, TPP-200x2, TPP-10x2 rabitə kabellərini yararsız hala salması aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə tətbiq edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs törətməsi istinad olunan AR İXM-nin 232-1-ci maddəsinin dispozisiyasında özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Əməlin qəsdən törədilməsi isə o halda olur ki, şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etsin, onun zərərli nəticələrini qabaqcadan görsün və bunları arzu etmiş olsun, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermiş olsun. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki hallarından məlum olur ki, 4 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus naqillərin yararsız vəziyyətə düşməsi yeraltı qazıntı işləri aparılması nəticəsində baş vermişdir. Qazıntı aparan şəxsin təsadüfən torpağın altında yerləşən naqillləri yararsız vəziyyətə salması qəsdən törədilən bir pozuntu kimi qiymətləndirilə bilməz. Çünki yuxarıda da qeyd olunan qanunvericiliyin normalarından da aydın olur ki, şəxsin qəsdən hərəkət etməsi üçün öncə hüquq pozuntusuna səbəb olan məsələ barəsində məlumatı, təsəvvürü olmalı, sonra onun hüquqazidd xarekterini dərk edərək iradəsi əsasında şüurlu olaraq həmin hüquqa zidd davranış aktını etməyi seçməlidir. Şəxs əvvəlcədən torpağın altında naqillərin olmasını bilməsi, onları qəsdən məhv etmək niyyətinin olması, bunu arzu etməsi və buna şüurlu şəkildə yol verməsi hazıki işin halları baxımından müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-4463/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4463/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver