Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4464/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsurullayevanın katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş materiala əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3886/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə Şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X2 3 yaşına çatanadək kimi saxlanılması üçün əlavə olaraq, hər ay 50 manat aliment alınaraq, X3 ödənilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5891/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə cavabdeh Şəxs iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1000 manat əsas, 172,7 manat faiz, 9,37 manat cərimə borcu olmaqla, cəmi 1182,07 (bir min yüz səksən iki manat, yeddi qəpik) manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bundan əlavə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3439/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə cavabdeh Şəxs 1185,8 manat əsas borc, 150,51 manat faiz borcu və 7,86 manat cərimə borcu olmaqla, cəmi 1344,17 manat borcun və 33,45 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-ə ödənilməlidir. Lakin Şəxs məhkəmə qətnamələrini icra etməyərək, icra sənədləri üzrə yaranmış 3600 manat aliment borcu, ümumilikdə yaranmış 2589,69 manat borc tələbinin ödənilməsindən üzürlü səbəb olmadan yayınmışdır. Bununla da Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan icra vərəqələri bir protokolda bir birləşdirilərək, Şəxs barəsində Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 11 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X5 qətnamə ilə müəyyən edilmiş 3600 manat məbləğində alimentin borclu tərəfindən ay sonundan hissə-hissə ödənilməsi ilə bağlı razılıq verdiyindən 11 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru 11 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin və icra məmurunun mövqeyini dinləyib, iş materiallarını araşdıraraq Şəxs barəsində Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 11 avqust 2022-ci il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokolun geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4464/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4464/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver