Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4467/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 03 iyun 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “TOYOTA LAND-CRUİSER-PRADO” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs Bakıxanov qəsəbəsində Mercedes markalı **-MO-*** nömrə nişanlı avtomobili vurub maddi ziyan yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 327.6-cı maddələri nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 03 iyun 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. 03 iyun 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokolda “TOYOTA LAND- CRUİSER-PRADO” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024cü il tarixdə saat 14:20-də Şəxs tərəfindən idarə edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 327.6-cı maddələri nəzərdə tutulmuş inzibati xətanı törədildiyi qeyd olunmuşdur. Barəsində protokol tərtib edilmiş Şəxs izahatı iş materiallarında olmamışdır. Əksinə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:20-də TOYOTA LAND-CRUİSER-PRADO” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun qızı X1 tərəfindən idarə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən anlaşılmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4467/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4467/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver