Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4478/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X16 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X3, Tələbkar şəxslər X4 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X8 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5630/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, həmçinin xx.xx.2024-cü il tarixli bir neçə icra sənədinin birləşdirilməsi haqqında qərarda göstərilən digər icra sənədlərinin icrası ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5630/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, həmçinin xx.xx.2024-cü il tarixli bir neçə icra sənədinin birləşdirilməsi haqqında qərarda göstərilən digər icra sənədləri üzrə tələbləri üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X8 protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki o, borcunu ödəməkdən yayınmır. Uşaqları körpə olduğu üçün bir neçə ildir işləyə bilməmişdir. Yeni işə düzəldiyini və borclarını tam şəkildə ödəyəmə hal-hazırda gücü çatmadığını, lakin hər ay borclu olduğu şəxslərə hissə-hissə ödəyəcəyini bildirmişdir. Himayəsində 3 azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar şəxs X10 izahatında göstərmişdir ki, Şəxs 5 ildir yalan vədlər verərək onu aldadır. Dekabr ayından bu günə qədər hər gün borcunu ödəyəciyini deyir. Qərəzli olaraq məhkəmənin qərarına laqeyd yanaşdığını bildirərək, məhkəmədən Şəxs barəsində tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar şəxs X6 izahatında göstərmişdir ki, Şəxs karantin dönəmindən bu günə qədər yalan vədlər verərək onu aldadır. Bu günə qədər borcundan cəmi 300 manat pul vermişdir. Məhkəmənin qərarına laqeyd yanaşdığını bildirərək, məhkəmədən Şəxs barəsində tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yuxarıda qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5630/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Şəxs 17.000 (on yeddi min) manat məbləğində pul və 141 (bir yüz qırx bir) manat dövlət rüsumunun tutularaq iddiaçı X7 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5630/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3844/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X2 xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********49322 Samsung galaxy S9 markalı telefon üçün 2115 (iki min yüz on beş) manat əsas, 210 (iki yüz on) manat məbləğində cərimə borcu, cəmi 2325 ( iki min üç iyirmi beş) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3844/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə cavabdeh Cabarova (Hacıyeva) Səadət Fikrət qızından 1050.02 ABŞ dolları əsas, 1024,81 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə borcu (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və iddaçı tərfindən ödənilmiş dövlət rüsumuna görə 30 mant məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1790/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4406/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbinin təmin edilməsi, cavabdeh Şəxs iddiaçı X1 xeyrinə 5013 manat məbləğində borc və ödənilmiş dövlət rüsümuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4406/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1220 (min iki yüz iyirmi) manat pul və 36 (otuz altı) manat dövlət rüsumunun tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4381/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs 525,80 manat satılmış tekstil çeşidlərinin dəyəri, 31 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X9 xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4381/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-8013 saylı, xx.xx.2023-cü il tarixli İcra Qeydindən görünür ki, Şəxs BOKT "xxxx" MMC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 92 manat 05 qəpik, bundan əlavə 54 manat 95 qəpi məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu, əlavə xidmət haqqı və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik olmaqla, cəmi 182 manat 00 qəpik pulun tutulması müəyyən edilmişdir. “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəmsinin 2(008)-3844/2020 saylı, xx.xx.2020-ci il tarixli, Sabunçu Rayon Məhkəmsinin 2(008)-1790/2020 saylı, xx.xx.2020-ci il tarixli, Sabunçu Rayon Məhkəmsinin 2(008)-4406/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sabuçu Rayon Məhkəmsinin 2(008)-4381/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sabunçu Rayon Məhkəməsinin 3(008)-2079/2023 saylı, xx.xx.2023-cü il tarixli, Sabunçu Rayon Məhkəmsinin 2(008)- 3694/2023 saylı xx.xx.2023-cü il tarixli, Bakı şəhəri 54 saylı Notariat ofisinin 8İ-8013 saylı, xx.xx.2023-cü il tarixli, Sabunçu Rayon Məhkəmsinin 2(008)-5630/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədlərinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Əgər borcun ödənilməsi barədə artıq məhkəmə qərarı varsa, bu o deməkdir ki, borcun mövcudluğu artıq qanuni şəkildə təsdiqlənmişdir və borclunun borcu qaytarmaq öhdəliyi qəti hüquqi qüvvəyə malikdir. Məhkəmə qeyd edir ki, tələbkarların mənafeyi baxımından borcun uzun müddət ödənilməməsi çox ciddi huquqi və mənəvi nəticələr doğurur. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədlərinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X17
Məhkəmə qərarları › İş №3(008)-4478/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4478/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver