Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4485/2025 26.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Belə ki tərtib edilmiş raport və protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, N.İsmayılov küçəsində 2 nəfər şəxsin vizual görünüşdən və hərəkətlərindən nakotik vasitələrin istifadəçisi olduğundan şübhə olduğu üçün həmin şəxslərə yaxınlaşılıb polis əməkdaşları özlərini təqdim edərək şəxsiyyət vəsiqələri tələb edilmiş, cavab olaraq həmin şəxslər suallara cavab verməyərək yayınmağa başlayaraq qaçmaq istəmişlər. Onlara polisin qanuni tələblərinə tabe olmağa və intizama cəlb edilmiş, həmin şəxslər polisə qarşı əl qol hərəkətləri edərək qəsdən yenidən tabe olmamışlar. Həmin şəxsləri nəqliyyat vasitəsinə əyləşdirməyə çalışarkən şəxslər yenidən ictimai əməyi mühafizə edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmamağa cəhd etmişlər və bununla əlaqədar olaraq həmin Polis haqqında qanunun 27.1ci bəndinə uyğun olaraq fiziki qüvvə tətbiq olunaraq 13-cü PŞ-nə təqdim etmişlər. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən MN № ******* saylı, 26 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, N.İsmayılov küçəsində 2 nəfər şəxsin vizual görünüşdən və hərəkətlərindən nakotik vasitələrin istifadəçisi olduğundan şübhə olduğu üçün həmin şəxslərə yaxınlaşılıb polis əməkdaşları özlərini təqdim edərək şəxsiyyət vəsiqələri tələb edilmiş, cavab olaraq həmin şəxslər suallara cavab verməyərək yayınmağa başlayaraq qaçmaq istəmişlər. Onlara polisin qanuni tələblərinə tabe olmağa və intizama cəlb edilmiş, həmin şəxslər polisə qarşı əl qol hərəkətləri edərək qəsdən yenidən tabe olmamışlar. Həmin şəxsləri nəqliyyat vasitəsinə əyləşdirməyə çalışarkən şəxslər yenidən ictimai əməyi mühafizə edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmamağa cəhd etmişlər və bununla əlaqədar olaraq həmin Polis haqqında qanunun 27.1-ci bəndinə uyğun olaraq fiziki qüvvə tətbiq olunaraq 13-cü PŞ təqdim etmişlər. Raport əsasında Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Verilmiş suallara cavabında bildirmişdir ki, polisin qanuni tələbi ondan ibarət olmuşdur ki, həmin şəxslərdə şübhə olduğu üçün polis əmədaşları özlərini təqdim etdikdən sonra polis bölməsinə dəvət edilmiş, həmin şəxs gəlməkdən qəsdən imtina etmiş və əl qol hərəkətləri atmışdır. Buna cavab olaraq polis əməkdaşları fiziki qüvvə tətbiq edərək onu polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə dostu ilə maşında olarkən polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona və dostuna bölməyə getməli olduğunu bildirmişlər və bununla aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları heç bir əsas olmadan onu döyərək xəsarətlər yetirmişlər. Özü müharibə iştirakçısı olduğundan, ola bilər ki, müharibədə iştirak etdiyi üçün psixoloji vəziyyəti ilə bağlı dəliqanlı olaraq qarşılıqlı surətdə mübahisə etmişdir. Bu polis əməkdaşlarının xoşuna gəlməsin. Əgər istəmədən tabesizlik göstərmişsə, buna görə üzr istəyir. Ola bilsin onun bir dostu əvvəl narkotik vasitə ilə bağlı polis əməkdaşları tərəfindən tutduğu üçün və bir neçə dəfə o dostunun yanında olduğu üçün polis əməkdaşları ondan şübhələnmişlər. Ondan şübhələndikləri üçün əvvəl də polis əməkdaşları ona yaxınlaşmışlar. O heç kimə müqavimət göstərmək gücündə deyil. Ona xəsarətlər yetirmişlər, gözü qulağı, qabırğası və qoluna xəsarət yetirərək işgəncə vermişlər. Nəzərə alınmağını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında göstərmişdir ki, Sabunçu RPİnin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili işləyir. xx.xx.2025-ci il tarixdə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, N.İsmayılov küçəsində 2 nəfər şəxsin vizual görünüşdən və hərəkətlərindən nakotik vasitələrin istifadəçisi olduğundan şübhə olduğu üçün həmin şəxslərə yaxınlaşılıb özlərini təqdim edərək şəxsiyyət vəsiqələri tələb edilmiş, cavab olaraq həmin şəxslər suallara cavab verməyərək yayınmağa başlayaraq qaçmaq istəmişlər. Həmin şəxslərdən biri Vüsal Məmmədli onlarla gəlsə də, Şəxs tabesizlik göstərərək, siz kimsiniz deyərək polis bölməsinə gəlməmiş, qapını çırpmış və onu nəqliyyat vasitəsinə əyləşdirməyə çalışarkən yenidən tabe olmamış və özünü müharibə iştirakçısı olmasını bildirərək yayınmış və bununla əlaqədar olaraq həmin şəxsə qarşı fiziki qüvvə tətbiq olunaraq 13-cü PŞ-nə təqdim etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında göstərmişdir ki, Sabunçu RPİnin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili işləyir. Şəxs xx.xx.2025-ci il tarixdə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, N.İsmayılov küçəsində 2 nəfər şəxsin vizual görünüşdən və hərəkətlərindən nakotik vasitələrin istifadəçisi olduğundan şübhə olduğu üçün həmin şəxslərə yaxınlaşılıb özlərini təqdim edərək şəxsiyyət vəsiqələri tələb edilmiş, cavab olaraq həmin şəxslər suallara cavab verməyərək yayınmağa başlayaraq qaçmaq istəmişlər. Onlara polisin qanuni tələblərinə tabe olmağa və intizama cəlb edilmiş, Vüsal Məmmədli tabe olsa da, Şəxs isə tabe olmayaraq polisə qarşı əl qol hərəkətləri edərək qəsdən yenidən tabe olmamışdır. Bu səbəbdən də onun barəsində fiziki qüvvə tətbiq olunaraq 13-cü PŞ təqdim etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, N.İsmayılov küçəsində 2 nəfər şəxsin vizual görünüşdən və hərəkətlərindən nakotik vasitələrin istifadəçisi olduğundan şübhə olduğu üçün həmin şəxslərə yaxınlaşılıb polis əməkdaşları özlərini təqdim edərək şəxsiyyət vəsiqələri tələb edilmiş, cavab olaraq həmin şəxslər suallara cavab verməyərək yayınmağa başlayaraq qaçmaq istəmişlər. Onlara polisin qanuni tələblərinə tabe olmağa və intizama cəlb edilmiş, həmin şəxslər polisə qarşı əl qol hərəkətləri edərək qəsdən yenidən tabe olmamışlar. Həmin şəxsləri nəqliyyat vasitəsinə əyləşdirməyə çalışarkən şəxslər yenidən ictimai əməyi mühafizə edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmamağa cəhd etmişlər və bununla əlaqədar olaraq həmin Polis haqqında qanunun 27.1-ci bəndinə uyğun olaraq fiziki qüvvə tətbiq olunaraq 13-cü PŞ təqdim etmişlər. AZA 016999 saylı, 25 iyul 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 iyul 2025-ci il tarixdə, saat 23:45-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Şəxs 13-cü PŞ-nə gətirilən zaman sağ göz nahiyyəsinin əziyi və sağ əlin ovucundan cızılmış yarası aşkar olunmuşdur. Vətəndaşın bildirməsinə görə xəsarəti 2 gün əvvəl yıxılan zaman almışdır. (Şəxs imza etməkdən imtina etmişdir). Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını və şahid ifadələrini dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddələrinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, raport və iş materiallarındakı digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, polis əməkdaşları tərəfindən özlərini təqdim etdikdən sonra Vüsal Məmmədlini və Şəxs narkotik vasitələrin istifadəçisi olduğundan şübhələndikləri üçün yaxınlaşmış və onlara özlərini təqdim etməsini bildirmiş, şəxsiyyət vəsiqələri üzərində olmadığından polis bölməsinə dəvət etmişlər. Bundan sonra Şəxs onların bu tələblərinə tabe olmadığından aralarında mübahisə yaranmışdır. Nəticədə isə polis əməkdaşları tərəfindən Şəxs qarşı fiziki qüvvə tətbiq edilərək polis bölməsinə gətirilməsi protokola əlavə edilmiş materiallardan müəyyən edilmişdir. Şahid izahatlarından da müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, N.İsmayılov küçəsində 2 nəfər şəxsin vizual görünüşdən və hərəkətlərindən nakotik vasitələrin istifadəçisi olduğundan şübhə olduğu üçün həmin şəxslərə yaxınlaşılıb polis əməkdaşları özlərini təqdim edərək şəxsiyyət vəsiqələri tələb edilmiş, cavab olaraq həmin şəxslər suallara cavab verməyərək yayınmağa başlayaraq qaçmaq istəmişlər. Onlara polisin qanuni tələblərinə tabe olmağa və intizama cəlb edilmiş, Vüsal Məmmədli tabe olsa da, Şəxs isə tabe olmayaraq polisə qarşı əl qol hərəkətləri edərək qəsdən yenidən tabe olmamışdır. Bu səbəbdən də onun barəsində fiziki qüvvə tətbiq olunaraq 13-cü PŞ təqdim etmişlər. Məhkəmə Şəxs vətən müharibəsi iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materialında olan izahatında Şəxs etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətaya görə, Şəxs müharibə iştirakçısı olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq və kifayət hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-4485/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4485/2025
26.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver