Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4516/2025 28.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PŞ-nin sahə inspektoru, polis kapitanı X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş X2 iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 28 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnizbati xəta haqqında protokola əsasən Şəxs 08 iyun 2025-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən evdə həyat yoldaşı X4 döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 15-ci Polis Bölməsinin sahə inspektoru X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs azərbaycan dilində tam olaraq başa düşdüyünü bildirərək, hadisənin əsəbi olaraq yaranmış mübahisə əsasında baş verdiyini, hazırda zərərçəkmiş şəxsin onunla barışdığını qeyd edərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 hazırda Şəxs ilə barışdığını, ona dəymiş zərərin barəsində inzibati qaydada icraat aparılan şəxs tərəfindən ödənildiyini, onun Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şəxs X4 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin 15-ci Polis Bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 canlı şəxsin ekspertizasının 20 iyun 2025-ci il tarixli, 1302 nömrəli rəyində göstərilmişdir ki, X1 gözyuvasıaltı, döş qəfəsi və sağ bazu nahiyyələrinin qançırları, burun nahiyyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 06 iyun 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarələrin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. 28 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 iyun 2025-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən evdə həyat yoldaşı X4 döymüşdür. AZA 004555 saylı İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:10-dan tutulmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, hadisə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində baş vermişdir. Zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti yoxdur, işin icraatına xitam verilməsini xahiş etmişdir. Şəxs qarşı tərəfin heç bir şikayət və tələbinin olmadığını bildirmiş və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X2 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmış, lakin hazırda barəsində inzibati qaydada icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.9-cu maddəsinə əsasən xitam verilməlidir. Şəxin barəsində inzibati qaydada tutma xitam edilməklə, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Şəxs məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-4516/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4516/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver