Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4522/2025 07.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 23 iyul 2025-ci il tarixli 00100/02165/25 nömrəli EP-0236581 saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 23 dekabr 2024-cü il tarixli, 3-33- 1100/012/036516 saylı raportunun icarsı ilə əlaqədar olaraq bildirilirki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 9 gömrük bəyannaməsi üzrə 382.44(üş yüz səksən iki dollar qırx dörd sent) ABŞ dolları məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemin”-dən əlavə etdikləri məlumata əsasən Şəxs MMC-nin ********** saylı VÖEN-lə ünvan 1 ünvanında qeydiyyata alınmış, fəaliyyəti aktivdir, hüquqi şəxsin rəhbəri Azərbaycan Respublikası vətəndaşı, şəxsiyyət vəsiqəsi seriya nömrəsi AA2772715 olan, FİN4TYTD2D olan X2r. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC müxtəlif şirkətlər ilə bağlanılmış müqavilələrə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********7711, **********6710, **********1853, **********6663, **********5276, **********6476 **********9221, **********9427, **********0335 sorğu nömrəli gömrük bəyannamələri üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində umumilikdə 382.44 (üç yüz səksən iki dollar qırx dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük idarəsi məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “VAİS”-ə baxış protokolundan görünür ki, "xxxx" MMC müxtəlif şirkətlər ilə bağlanılmış müqavilələrə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********7711, **********6710, **********1853, **********6663, **********5276, **********6476, **********9221, **********9427, **********0335 sorğu nömrəli gömrük bəyannamələri üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici qtisadi fəaliyyət nəticəsində ümumilikdə 382.44 (üç yüz səksən iki dollar qırx dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının” 12,2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiva yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər. Beləliklə, araşdırma zamanı hüquqi şəxs "xxxx" MMC müxtəlif şirkətlər ilə bağlanılmış müqavilələrə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********7711, **********6710, **********1853, **********6663, **********5276, **********6476, **********9221, **********9427, **********0335 sorğu nömrəli gömrük bəyannamələri üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici qtisadi fəaliyyət nəticəsində ümumilikdə 382.44 (üç yüz səksən iki dollar qırx dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 23 iyul 2025-ci il tarixli 00100/02165/25 nömrəli EP-0236581 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/036516 nömrəli xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2 1» elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixdə alınmış məlumata esasən "xxxx" MMC tərəfindən 11.02 2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 9 (doqqüz) gömrük bəyannaməsi üzrə 382.44 (üç yüz saksen iki dollar qırx dörd sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. **********7711, **********6710, **********1853, **********6663, **********5276, **********6476, **********9221, **********9427, **********0335 gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən müxtəlif şirkətlərə sorğu nömrəli mallar ixrac edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanın 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsini təmin etməlidirlər. Lakin, fərmanda göstərilən müddətin bitməsinə baxmayaraq hüquqi şəxs tərəfindən yuxarıda qeyd edilmiş gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil edilmiş bankdakı hesablarına hər hansı vəsait daxil olmamışdır. Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, DGK-nin VAİS-a Baxış nəticəsində müəyyən edildi ki, hüquqi şəxs "xxxx" MMC müxtəlif şirkətlər ilə bağlanılmış müqavilələrə istinad etməklə Bakı Baş Gömrük İdarəsində **********7711, **********6710, **********1853, **********6663, **********5276, **********6476, **********9221, **********9427, **********0335 sorğu nömrəli gömrük bəyannamələri üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici qtisadi fəaliyyət nəticəsində ümumilikdə 382.44 (üç yüz səksən iki dollar qırx dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Şəxs MMC-nin gömrük qaydaları əleyhinə olan İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 23 iyul 2025-ci il tarixli 00100-02165/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, inzibati xəta haqqında iş üzrə Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar **********7711, **********6710, **********1853, **********6663, **********5276, **********6476, **********9221, **********9427, **********0335 sorğu nömrəli gömrük bəyannamələri üzrə malları Azərbaycan Respublikasından ixrac etmiş, lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 382.44 (üç yüz səksən iki dollar qırx dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Bununla da, Şəxs MMCnın gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 23 iyul 2025-ci il tarixli 00100/02165/25 nömrəli EP-0236581 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs(VÖEN**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 382.44 (üç yüz səksən iki dollar qırx dörd sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi miqdarında, yəni 114.73(bir yüz on dörd dollar yetmiş üç sent) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-4522/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4522/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver