Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4530/2025 12.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 barəsində Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 12 radələrində idarə etdiy “Mercedes E 200” markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomobillə Zabrat Kürdəxanı istiqamətində bir istiqamətə iki zolaqlı yolda ikinci zolaqda hərəkət edərək “U” dönüşü edərkən eyni istiqamətdə arxadan hərəkət edən 166 Evakuator xitdmətinə məxsus **-JN-*** dövlət nömrə nişanlı avtomobil onu gözləmək və ya sağdan keçməli olduğu halda qəza şəraiti yaradaraq, yol hərəkəti qaydalarını kobud pozaraq, qoşa xətti keçməklə qarşı tərəf hərəkət zolağına keçərək onun idarə etdiyi avtomobili sol sürücü qapı və qanad hissəsindən vurmuşdur. Hadisə zamanı “Mercedes” markalı avtomobildə olan sərnişin X3 yüngül xəsarət almışdır. Buna baxmayaraq, işin icraatını aparan Sabunu RPİ-nin təhqiqatçısı Bəkir Eyvazlı qanunsuz və əsassız olaraq, onu təqsirkar olduğunu bildirmiş, xəsarət alan qadın sərnişinin post-travmatik şok yaşamasına baxmayaraq, heç bir zəruri tədbir və ya araşdırma aparmadan evakuatorun sürücüsünə haqq qazandıraraq, sonuncudan 100 manat alaraq, barəsində heç bir qanuni tədbir görməmişdir. Bunun əvəzinə onu təqsirkar çıxarmaqla, avtomobili 5 gün cərimə meydançasında saxlamaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Qeyd edir ki, hadisə kamera tərəfindən qeydə alınmış və tədqiq olunarkən evakuatorun təqsirkar olduğu tam sübuta yetmişdir. Hadisə nəticəsində onun “Mercedes” markalı avtomobilinə azı 1500 manat maddi zərər dəymişdir. Hazırda Sabunçu RPİ-nin təhqiqatçısı Bəkir Eyvazlının qanunsuz hərəkətlrinin nəticəsi olaraq, o, icbari sığortanı da əldə etməkdən məhrum olmuşdur. Təhqiqatçının qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X1 07 iyul 2025-ci il tarixli qərarına əsasən guya onun əməlində inzibati xəta əlamətləri vardır. Halbuki, sözü gedən hadisə 166 Evakuator xitdmətinə məxsus **- JN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 tərəfindən törədilməsi barədə video sübut əlavə olunmuşdur. Həmin videodan da aydın görünür ki, 166 Evakuator xitdmətinə məxsus **-JN-*** dövlət nömrə nişanlı avtomobil və onun idarə etdiyi “Mercedes E 200” markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomobillər ikinci zolaqla hərəkət edir və o, “U” dönüşü etmək üçün sürəti azaldıb sola dönmə siqnalını işə salır (Video məhkəmədə təqdim oluncaq) Buna baxmayaraq, üzərində ağır avtomobil olan, yanında daha iki nəfər oturan evakuator sürücüsü yol hərəkəti qaydalarını kobud surətdə pozaraq, “U” dönüşü edən “Mercedes” markalı avtomobilini qarşı hərəkət zolağına çıxaraq vurmuşdur. Beləliklə Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X5 icraatında olan işi sadəcə 166 evakuator xidmətinin xeyrinə həll etmişdir. Nəticədə o, qanunsuz və əsassız cərimə olunmuşdur. Göründüyü kimi, Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X5 hadisəni törədən 166 Evakuator xitdmətinə məxsus **-JN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 barəsində qanuna müvafiq tədbir görmək, dəymiş zərərin ödənilmsi, post travmatik şok yaşamış sərnişinə zəruri yardım göstərilməsini köməklik etmək əvəzinə polis orqanlarının işçisinə yaraşmayan hərəkətə yol verərək təqsirkarı maddi maraq müqabilində məsuliyyətdən azad etmişdir ki, bu da yol verilməzdir. Həmin qərar icra olunması üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Nəticədə barəsində Sabunçu RPİ-nin DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Sabunçu RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Sabunçu RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Cərimələr”ə dair çıxarışdan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 (qırx) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Mercedes” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİnin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(008)-72/2025 nömrəli qərarından görünür ki, X6 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin 07 iyul 2025-ci il tarixli qərarının “Mercedes” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi hissəsində qanunsuz hesab edilərək ləğv edilməsi, X2 şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı araşdırma aparılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 iyul 2025-ci il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Mercedes” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmçinin o da müəyyən olunmuşdur ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(008)- 72/2025 nömrəli qərarına əsasən Bakı şəhəri Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin 07 iyul 2025-ci il tarixli qərarının “Mercedes” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi hissəsində qanunsuz hesab edilərək ləğv edilməsi, X2 şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı araşdırma aparılması qərara alınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə, indiki vəziyyətdə Bakı şəhəri Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 iyul 2025-ci il tarixli qərarının “Mercedes” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi hissəsində qanunsuz hesab edilərək ləğv edilməsini və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(008)- 72/2025 nömrəli qərarının qanuni qüvvəsini almasını və həmin qərarın hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda X2 əməlində inzibati xəta tərkibi olmadığından, onun şikayəti təmin edilməli, Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Sabunçu RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(008)-4530/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4530/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver