Məhkəmə qərarları › İş №3(008)-4531/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4531/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4531/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X9 qızının katibliyi, X1, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, X4 Sabunçu rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Dövlət X12 əməkdaşı qanunsuz olaraq şirkətə məxsus nəqliyyat vasitəsinin hərəkətini məhdudlaşdıraraq 11 iyun 2025-ci il tarixində saat 07:22 radələrində cərimə meydançasına yerləşdirmişdir. Həmən an "xxxx" MMC-nin sürücüsü X6 şirkətə məxsus nəqliyyat vasitəsini idarə edirdi. 11 iyun 2025-ci il tarixində şirkətin nəqliyyat vasitəsi qanunsuz cərimə meydançasına yerləşdirilməsinə baxmayaraq və dəfələrlə protokolun yazılmasını tələb etməmizə baxmayaraq protokol qanunsuz olaraq hadisənin 4-cü günü yəni 14 iyun 2025-ci il tarixində İXP7203519 nömrəli protokol şirkətin sürücüsü olan X5 yazılmışdır. Daha sonra X6 protokoldan şikayət vermişdir və Sabunçu rayon DYPS 23 iyun 2025-ci il tarixində TP7329166 nömrəli qərar qəbul etmişdir. Qərarı Sabunçu rayon DYP şöbəsindən 15 iyul 2025-ci il tarixində əldə edilmişdir və qərardan şikayət ərizəsi Məhkəməyə təqdim edilmişdir. Belə ki, Sabunçu rayon DYPŞ-nin əməkdaşı Murad Hüseynli (döş nişanı 2325) nəqliyyat vasitəsinin cərimə meydançasına salınaraq hərəkətinin məhdudlaşdırılmasına qeyri rəsmi olmaqla yəni şifahi olaraq nəqliyyat vasitəsinin damının üzərində olan yük yerinin olmasını səbəb gətirmişdir. Nəqliyyat vasitəsinin damında olan yük yeri bütün standartlara cavab verir, xüsusi bağlantı yerləri olmaqla zavod istehsalıdır, belə olması adı gözlədə baxmaqla bu nəticəyə gəlmək olur. Belə ki, istehsalçı nəqliyyat vasitəsini istehsal etdiyi zaman damına yük yerinin əlavə edilməsi üçün xüsusi qabırğa adlanan yerləri əlavə etmişdir və zavod istehsalı olan yük yeri məhz həmən nəqliyyat vasitəsinin dam ölçülərinə uyğun istehsal etmişdir və 100% olmaqla uyğun montaj edilmişdir və heç bir normativ pozulmamışdır. Eyni zamanda Daha öncə Almaniya Respublikasında istifadə edilib və daha sonra Almaniya Respublikasından alınaraq üzərində yük olmaqla nəqliyyat vasitəsi sürülərək Azərbaycan Respublikasına gəlmişdir. Eyni zamanda bu formada gömrüklənmişdir və xüsusi ilə bildirmək istərdik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanının Texniki Eyniləşdirmə Şəhadətnaməsində nəqliyyat vasitəsinin şəkilləri gömrük sənədlərinə əlavə edilmişdir və bu şəkillərdə zavod istehsalı olan yük yeri də əks etdirilmişdir. Beləliklə qeyd olunan İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ-nə istinad etsək o zaman bizim nəqliyyat vasitəmizdə hər hansı bir inzibati xətanın olmaması tam aydın olur. Şəkillər məlumat olaraq məhkəmə sənədlərinə əlavə edilmişdir. Bizə daha sonradan yəni güya inzibati xəta pozuntusunun 6-cı günü Sabunçu rayon DYP Şöbəsi köhnə tarixlə lakin, fakt üzrə qanunsuz olaraq nəqliyyat vasitəsinin 11 iyun 2025-ci il tarixində hərəkəti məhdudlaşdıqdıqlarına baxmayaraq güya inzibati xəta 14 iyun 2025-ci ¡1 tarixində baş vermişdir kimi ptorokollaşdırıb və 16 iyun 2025-ci il tarixində bu barədə bəyan edilib. İnzibati məsuliyyətdən azad etmə, Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə, Maddə 38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə İXP7203519 nömrəli protokol qanunsuzdur və ləğv edilməlidir. Eyni zamanda qanunsuz protokolda maddə 342.2.2 maddəsi qeyd edilmişdir. Maddə 342. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması: Maddə 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına aid olan maddə Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu-nun 1 SAYLİ ƏLAVƏ-sinə əsasən Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısına istinad edir. 1) Tormoz sistemləri, 2) Sükan idarə mexanizmi, 3) Xarici işıq cihazları, 4) Qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, 5) Təkərlər və şinlər, 6) Mühərrik, 7) Konstruksiyanın digər ünsürləri. Beləliklə, bizə yazılan qanunsuz İXP7203519 nömrəli protokol 7-ci bəndə Konstruksiyanın digər ünsürləri bəndinə istinad edir və bu bəndin açıqlamasına diqqət etsək görərik ki, bu bənddədə şirkətimizə aid nəqliyyat vasitəsinin heç bir pozuntusunun olmadığını və Murad Hüseyinli tərəfindən tərtib edilən protokolun qanunsuz olduğunu açıq aydın ortaya çıxır. 1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda, 2) Səs siqnalı işləmədikdə, 3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə. Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. 4) Konstruksiyada nəzərdə tutulmuş kuzov və ya kabinə qapılarının qıfılları, yük platforması bortlarının cəftələri, sistem boğazının və yanacaq bakı tıxacının cəftələri, sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizm, qəza çıxış yerləri və onları hərəkətə gətirən qurğular, qapıları idarə edən ötürücü, spidometr, taxoqraf, ilin mövsümi şəraitlərindən asılı olaraq şüşəqızdıran və havaüfürən işləmədikdə, 5) Konstruksiyada nəzərdə tutulmuş arxa mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar və brızqoviklər olmadıqda, 6) Yedəkçinin və qoşquların ilişmə-dartı və ilişmə-dayaq qurğuları nasaz olduqda, habelə onların konstruksiyalarında nəzərdə tutulmuş sığorta trosları (zəncirlər) olmadıqda və ya nasaz olduqda. Motosikletin çərçivəsi ilə yanqoşqunun çərçivəsi birləşən yerdə lüft olduqda, 7) Aşağıdakılar olmadıqda: avtobusda, minik və yük daşıyan avtomobillərində, təkərli traktorda — dərman qutusu, odsöndürən, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər); icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və icazə verilmiş maksimum kütləsi 5 tondan çox olan avtobuslarda — diyirlənməyə qarşı dayaqlar (azı ikisi); yanqoşqulu motosikletdə — dərman qutusu, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər), 8) Operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət standartlarında nəzərdə tutulmuş işartılı ayakcıqlardan, səs çaları növbə ilə dəyişən səs siqnallarından və rəng qrafikası sxemlərindən istifadə olunduqda, 9) Təhlükəsizlik kəmərləri nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda belə kəmərlər olmadıqda və ya onlar kəmərləri yararsız olduqda, 10) Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə. Dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si qədər olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri verdikləri dövlət qeydiyyat nişanları yazılmadıqda, 11) Motosikletdə konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik qövsü olmadıqda, 12) Motosikletlərin və mopedlərin yəhərində əyləşmiş sərnişin üçün onların konstruksiyasında nəzərdə tutulmuş köndələn əl tutacaqları və ayaqaltılar olmadıqda, 13) Tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatların müəyyənləşdirilmiş tələblərə uyğun gələn əlavə elementləri konstruksiyada nəzərdə tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır. Möhtərəm Məhkəmə, 11 iyun 2025-ci il saat 07:22 radələrindən etibarən şirkətə məxsus nəqliyyat vasitəsi bu günə qədər hələdə 9 saylı cərimə meydançasında qanunsuz olaraq hərəkəti məhdudlaşdırılmış olmaqla məcburi dayandırılmışdır. 11 iyun 2025-ci il tarixində biz Bakı İnzibati Məhkəmə müraciət edərək nəqliyyat vasitəmizin qanunsuz olaraq cərimə meydançasında saxlanılmasından azad edilməsini, qanunsuz protokolun ləğv edilməsini və şirkətə dəymiş ziyanən ödənilməsinə dair qərar verilməsini xahiş etmişik. Lakin 14 iyul 2025-ci il tarixində Bakı İnzibati Məhkəməsində iclas keçirildi və bizim Sabunçu Rayon Məhkəməsinə müraciət etməyimiz tövsiyyə ediıdi. Xüsusi olaraq qeyd etmək istərdim ki, AZƏRBAYCAN RESPUBLİKASİ NAZİRLƏR KABİNETİNİN QƏRARİ, Avtomobil nəqliyyatı ilə yüklərin daşınması QAYDALARİ, 4.14. Qabaq və arxa tərəfdən avtonəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxan yüklər Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkətinə dair normativ hüquqi aktlarına uyğun nişanlanmalıdır. 34.5.4. paltar, yataq dəstləri, ayaqqabı, qab-qacaq, oyuncaqlar, kitab və başqa ev əşyaları çamadanlara, yeşiklərə və başqa bağlamalara yığılmalı, möhkəm bağlanmalıdır (bir yük yerinin çəkisi 50 kq-dan çox olmamalıdır) qeydlərinə əsasən nəqliyyat vasitəsinin damına yük yeri quraşdırmaqla yüklərimizi daşımaq hüququmuz vardır. Qeyd edilənləri nəzəra alaraq İnzibati Xəta haqqında qərara qəbul etmiş orqan Sabunçu Rayon Dövlət X10 qəbul etdiyi qərarın qanunsuz hesab edilərək TP7329166 nömrəli qərarın, İXP7203519 nömrəli protokolun ləğv edilməsi və nəqliyyat vasitəsinin 9 saylı cərimə meydançasından buraxılması barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasında X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2025-ci il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə izahat verərək X4 yol hərəkəti qaydalarını pozması ilə bağlı fotoşəkillər təqdim edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 07:05də Kürdəxanı yolu ərazisində “X14” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması nəticəsində X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən barəsində 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabunçu rayon X13 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati xəta haqqında qərara əsasən xx.xx.2025-ci il tarixdə saat 07:05 radələrində X2 Transit Yük markalı, 77JV684 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması aşkar edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Təqdim edilmiş foto şəkillərə baxış zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X4 İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Sabunçu rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Sabunçu rayon X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar