Məhkəmə qərarları › İş №3(008)-4540/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4540/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4540/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru, l dərəcəli ədliyyə qulluqcusu X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 29 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4125/2024-008 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 5070 (beş min yetmiş) manat tutularaq X2 verilməlidir. Şəxs göstərilən icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyi müəyyən olunmuşdur. Şəxs işsiz olduğu üçün tələbkarın hesabına 2000 (iki min) mant ödədiyini bildirmiş, hazırda Şəxs 3070 (üç min yetmiş) manat məbləğində borcu vardır. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X9 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Eminov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, elektron sistemə baxış zamanı Şəxs əmək haqqısı 217 manat olduğu müəyyən edilmiş, onun söylədiyi kimi 600 manat olmamışdır, ona görə də tutulma aparıla bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4125/2024-008 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən kredit müqaviləsi üzrə ödənilmiş 5000 (beş min) manat pul məbləği, 70 (yetmiş) manat bank rüsumu ondan tutularaq iddiaçı X2 ödənilməlidir. İcra sənədi üzrə 13 aprel 2025-ci il trixdə 2000 (iki min) manat ödəmişdir, gəliri olmadığından 3070 (üç min yetmiş) manat məbləğin ödəlinməsi üçün rəsmi işə girənə kimi vaxt istəmişdir. Hazırda 600 manat əmək haqqısı olan işə qəbul edilmişdir, əmək haqqından tutulmasına etiraz etmir. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, bu müddət ərzində işləmişdir, lakin borcları çox olduğundan hazırki icra sənədi üzrə ödəniş edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4125/2024-008 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən kredit müqaviləsi üzrə ödənilmiş 5000 (beş min) manat pul məbləği, 70 (yetmiş) manat bank rüsumu Şəxs tutularaq ona ödənilməsi qərara alınmışdır. İcra vərəqəsi xx.xx.2024-cü il tarixdə verilsə də, Şəxs həmin borcu ödəməmiş, həbs olunacağından çəkindiyi üçün aprel ayında cəmi 2000 manat ödəniş etmişdir, aprel ayından bugünədək dəfələrlə tələb etməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4125/2024-008 saylı xx.xx.2024cü il tarixli icra vərəqəsindən görünür ki, X4 ilə Şəxs arasınada xx.xx.2023-cü il tarixdə bağlanaraq, 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi natariusu tərəfindən təsdiqənmiş və reyestrdə 3M-642 nömrə ilə qeyd edilmiş “Borc müqaviləsi üzrə Şəxs 5000 (beş min) manat tutularaq X2 ödəilməlidir; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 2(008)-4125/2024-008 saylı xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Tələbin könüllü icrası haqqında xx.xx.2025 və xx.xx.2025-ci il tarixli bildirişlərin surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə İXM-nin 528.1 və CMnin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Şəxs məhkəmə iclasında hazırki icra sənədi üzr borcu ödəyə bilməməsini göstərmiş, hazırda işlədiyini 600 manat əmək haqqı aldığını əsas gətirərək borcun əmək haqqısına yönəldilməsini bildirmiş, lakin elektron məhkəmə sisteminə baxış zamanı onun əmək haqqısının 600 manat deyi, 217 manat olduğu müəyyən edilmişdir. Bundan başqa o, başqa borcları olması səbəbindən hazırki icra sənədini ödəyə bilmədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, göstrilən səbəb icra sənədinin icra edilməməsinə əsas ola bilməz. Borclu bunu bilərəkdən və maliyyə imkanlarını "minimallaşdıraraq" öhdəlikdən qismən yayınırsa, bu, qərəzli və məqsədli yayınma kimi hüquqi qiymət ala bilər. Borclunun qəsdən yüksək əmək haqqı olan rəsmi işə düzəlməməsi, alternativ iş imkanları axtarmağa dair sübut təqdim etməməsi bütün bu hallar İXM-nin 528.1-ci maddəsinə əsasən "üzrsüz səbəbdən icra sənədinin tələblərini yerinə yetirməmək" kimi qiymətləndirilə bilər və qərəzli yayınma faktını sübut edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Eminov X10 adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin çıxışları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib etmiş şəxs Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Şəxs icra sənədində qeyd olunan pul məbləğinin ödənilməsi tələbi qoyulsa da, o, məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar