Məhkəmə qərarları › İş №3(008)-4542/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4542/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4542/2024 02.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru Gülarə Mustafayevanın, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, sürücülüklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi sovxozu, 1 ünvanında qeydiyyatda omaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 02 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1438/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı üzrə 1 uşağa görə 235 manat, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-544/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən 2 azyaşlı uşağa görə 470 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Hazırda Şəxs 2865 manat məbləğində aliment borcu vardır. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Gülarə Mustafayeva tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1438/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı üzrə 1 uşağa görə 235 manat, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-544/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən 2 azyaşlı uşağa görə 470 manat sait pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməsi qət olunmuşdur. İyun ayında 200 manat məbləğində ödəniş etmişdir. Qalan aliment borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir, ödəniş etməkdən imtina etmir. Hazırda hansısa məbləğdə ödəniş etməyə imkanı yoxdur. Belə ki, sürücü işləyir, xarici ölkələrə nəqliyyat vasitəsi sürdüyündən, hazırda isə icra məmuru tərəfindən ölkədən çıxışına qadağa qoyulduğundan ödəniş edə bilmir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1438/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı üzrə 1 uşağa görə 235 manat, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-544/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən 2 azyaşlı uşağa görə 470 manat sait pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Lakin Şəxs bu günədək sadəcə iyun ayında 200 manat məbləğində ödəniş etmişdir. Hazırda qalan aliment borcunun ona ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-544/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1438/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs hər ay 1 uşağa görə 235 manatsabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 2(004)-1438/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 2(004)-544/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-544/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1438/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir; Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında 02 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1438/2024 nömrəli, xx.xx.2024cü il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-544/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə aliment borcunu tam olaraq ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi onun hazırki sağlamlıq vəziyyətini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 02 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 02 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar