Məhkəmə qərarları › İş №3(008)-4551/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4551/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4551/2025 12.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş orqanın nümayəndəsi Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru polis leytenantı X1, Barəsində protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs idarə etdiyi **-GM-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobildə şəxsi istifadəsində olan yivsiz ov silahını və onun sursatını qanuna uyğun olmayan formada saxlayaraq daşımışdır. Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru polis leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 iyul 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru polis leytenantı X2 tərtib etdiyi protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Biləsuvar rayonundan maşınla idarə etdiyi maşınla gələrkən ailə üzvləri onları Olimpiya stationundan tədbirə düşürmələrini xahiş etdiyindən onları yol üstə stasiona düşərərkən, konsert tədbiri ilə əlaqədar yoxlama olmuş və onun maşının baqaj hissəsindən sayqa markalı 410 çaplı 1291673nömrəli ov tüfəngi və dörd ədəd daraq akt tərtib edilərək ondan götürülmüşdür. Həmin ov silahı rayondan gəldiyi üçün onun maşının baqaj hissəsində olmuş və həmin ov tüfənginə dair sənədləri olmuşdur. Həmin ov silahının ona uzun müddətdən məxsus olmasını və hər mövsümə uyğun olaraq müvafiq icazələr alınmaqla ov mövsümündə istifadə etdiyini bildirmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ov silahının müsadirə edilməməsini və yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan: 28 iyul 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Olimpiya stadionunda keçirilən dövlət tədbirində idarə etdiyi **-GM- *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobilin arxa saxlanc yerində sayqa markalı bir ədəd ov tüfəngini və 4 dörd ədəd olaraq 21 ədəd gülləni daşıma qaydalarını pozmuşdur. Aşkar olunmuş ov tüfəngi və patronlar aktlaşdırılmışdır. xx.xx.2025-ci il tarixli Aktdan müəyyən olunur ki, Şəxs məxsus olan Sayqa markalı 410 çaplı ******* nömrəli silah saxlanması üçün götürülmüşdür. xx.xx.2025-ci il tarixli Aktdan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Olimpiya stadionunda keçirilən dövlət tədbirində idarə etdiyi **-GM-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobilin arxa saxlanc yerində sayqa markalı bir ədəd ov tüfəngini və 4 dörd ədəd olaraq 21 ədəd gülləni daşıma qaydalarını pozmuş və silah saxlanması üçün götürülmüşdür. 114 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəxs məxsus silaha görə xx.xx.2005-ci il tarixdə Biləsuvar RPŞ tərəfindən şəhadətnamə verilmişdir. 204/69 saylı Biletin surətindən görünür ki, Şəxs ovçular birliyinin üzvüdür. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığı müəyyən edilmiş, ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri–ov silahı və onun sursatı müsadirə edilmədən cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və “Sayqa” markalı 410 çaplı ******* nömrəli ov silahı müsadirə edilməməklə 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. “Sayqa” markalı 410 çaplı ******* nömrəli ov silahı, həmin silaha aid 4 ədəd daraq 21 ədəd patronları Şəxs qaytarılsın. Qərardan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar