Məhkəmə qərarları › İş №3(008)-4553/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4553/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4553/2025 07.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ28576526 saylı qərarın ləğv edilməsinə dair X2 şikayət ərizəsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ28576526 saylı qərarın ləğv edilməsinə dair X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 yazılı ərizə təqdim edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ28576526 saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. 128.2.3-cü maddəyə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə hesab edir ki, şikayət ərizəsi ilə müraciət etmək və həmin ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmək şəxsin hüququ olduğundan onun şikayət ərizəsini baxılmadan geri tələb etmək hüququnun olması nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ28576526 saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİM: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ28576526 saylı qərarın ləğv edilməsinə dair X2 şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar