Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4555/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X7 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 15 iyul 2025-ci il tarixli, EQ 29267476 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 (altı yüz manat) AZN məbləğində inzibati cərimə edilmişdir. Aşağıdakı əsaslara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 15 iyul 2025-ci il tarixli, EQ 29267476 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edirəm. Belə ki, X8 mülkiyyətində olan və etibarnamə əsasında onun istifadəsində olan 90CJ883 dövlət qeydiyyat nişanlı X10 furqon markalı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 11:36:11-də M-5 44.9 km, Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqamətində hərəkətdə olan zaman elektron tərəzi vasitəsilə nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisinin 20050 kq olduğu müəyyən edilmiş, sözügedən nəqliyyat vasitəsi üzrə çəki limitinin 18000 kq olduğu qeyd olunmuş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi üzrə EQ29267476 nömrəli protokol tərtib edilərək 600 (altı yüz manat) AZN məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İlk öncə bildirmək istəyirik ki, sözügedən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun yüksüz kütləsi 11000 kq təşkil edir və yüklə birlikdə ümumi maksimal kütləsi 25000 kq-dır. Beləliklə, qeydiyyat şəhadətnaməsindən göründüyü kimi elektron tərəzi vasitəsilə qeydə alınan 20050 kq kütlənin olması qanun pozuntusu hesab edilməməlidir. Buna baxmayaraq, İnzibati orqan onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması qənaətinə gələrək onu inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, bu hal həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin əsaslarına, həm də həmin Məcəllənin 12.1 -ci maddəsində qeyd olunan inzibati xəta anlayışına tamamilə ziddir. Bundan əlavə, qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-1 -ci maddəsinin tələblərinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinin normanı aşması xüsusi texniki vasitələrlə aşkar edildikdə, bu hal üzrə inzibati icraatın aparılması müəyyən edilmiş prosedur çərçivəsində həyata keçirilməlidir. Belə ki, qeyd olunan maddəyə görə, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun nəzarət məntəqəsinə yönləndirilməli, orada saxlanmalı, normadan artıq yük boşaldılmalı, təkrar ölçmə aparılmalı və nəticələr real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürülməlidir. Eyni zamanda, inzibati tənbeh haqqında elektron qərarın və texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surəti sürücüyə təqdim olunmalıdır. Lakin konkret halda bu prosedurların heç biri yerinə yetirilməmiş, nəqliyyat vasitəsi heç bir nəzarət məntəaəsinə cəlb olunmamış, artıq yük boşaldəılması və təkrar ölçmə prosesi aparılmamış, inzibati qərarın surəti isə sürücüyə təqdim edilməmişdirş Bütün proses qanunvericilikdə nəzərdə tutulmuş mərhələlər keçilmədən, yalnız avtomatik qeydə alınmış ölçməyə əsasən sürücünün şəxsi kabinetinə elektron qaydada cərimə bildirişi göndərilməklə məhdudlaşmışdır. Bu isə 127-1-ci maddənin müddəalarının pozulması, inzibati icraatın qanunsuz və prosedur qaydalarına zidd formada aparılması deməkdir. Eyni zamanda, 90CJ883 dövlət qeydiyyat nişanlı X10 furqon markalı nəqliyyat vasitəsi inzibati xətanın baş verdiyi qeyd olunan M-5 avtomobil yolunun 44.9-cu kilometrinə - yəni Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqaməti üzrə hərəkət trayektoriyasına çatana qədər müxtəlif inzibati ərazi vahidlərindən və nəqliyyat vasitələrinin çəkisinin ölçülməsi üçün quraşdırılmış bir neçə elektron tərəzi avadanlığı olan məntəqələrdən keçmişdir. Lakin bu müddət ərzində nəqliyyat vasitəsinin çəki normativlərini aşması ilə bağlı hər hansı hüquqi və ya texniki qeydə rast gəlinməmiş, heç bir elektron tərəzi vasitəsilə bu xarakterli pozuntu müəyyən edilməmişdir. Bu faktlar, inzibati xəta protokolunun tərtib edildiyi texniki avadanlığın (elektron tərəzinin) düzgün və etibarlı işləməməsi ehtimalını doğurur. Nəticə etibarilə, müvafiq texniki vasitədə sensor və ölçmə mexanizmləri ilə bağlı texniki nasazlığın mövcud olma ehtimalı əsaslı şəkildə nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 110.1 -ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli Plenumunun Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-1 maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürülür. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə icazə verilən qabarit parametrlərinə, habelə bölünməyən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən yükün həmin və ya digər nəqliyyat vasitəsilə hərəkətinə icazənin alınması təmin edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq İXM-nin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin günü Bakı şəhərindən çıxaraq rayona yola düşmüş, bir neçə yerdə eyni funksiyanı yerinə yetirən kameraların olmasına baxmayaraq 3 kamera olan ərazidən keçsə də, qayda pozuntusu qeydə alınmamış, nədənsə yalnız Şəki rayonunda göstərilən qayda pozuntusu qeydə alınmışdır. Hesab edir ki, tərəfindən kütlə parametrlərinə dair tələb pozulmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixində saat 11:36-da M5 44.9 km, Şəki rayonu, Göybulaq kəndi, Zaqatala istiqamətində “X10” yük markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 600 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir:122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə);122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası.122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Halbuki, iş materiallarında olan 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer və s. göstərilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, qərarı qəbul etmiş orqana hazırki inzibati xəta ilə bağlı materialın təqdim edilməsi təklif olunsa da, sözügedən nəqliyyat vasitəsinin X4 tərəfindən törədilməsini təsdiq edən hər hansı foto və ya video material təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxsə göndərilmiş inzibati xətanın törədilməsini təsdiq edən fotoşəkildə isə avtomobilin yalnış dövlət qeydiyyat nömrəsinin fotosu olmuş, kim tərəfindən idarə edilməsini təsdiq edən hər hansı foto və ya video material olmamışdır. Beləliklə, X4 barəsində DİN-nin Baş X12i İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, DİN-nin Baş X12i İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-nin Baş X12i İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati xəta törətməsinə dair DİN-nin Baş X12i İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, EQ seriyalı 29267476 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X12i İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4555/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4555/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver